“Atletiko” yarımmüdafiəçisi ilə müqavilənin müddətini uzadacaq
sport24.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Madrid "Atletiko"su yarımmüdafiəçisi Markos Lorente ilə müqaviləni uzatmağı planlaşdırır. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira sosial şəbəkə hesabında məlumat yayıb.
Mənbənin sözlərinə görə, 30 yaşlı ispaniyalı ilə yenilənmiş müqavilə 2030-cu ilin yayına kimi qüvvədə olacaq. Yay "transfer pəncərəsi" zamanı Lorente Səudiyyə Ərəbistanı klublarından birinin təklifini geri çevirib.
Qeyd edək ki, Lorente 2024/25 mövsümündə 49 matçda 5 qol vurub və 8 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına qədər idi. "Transfermarkt" portalı futbolçunun transfer dəyərini 25 milyon avro qiymətləndirir.
Baxış sayı:75
Bu xəbər 16 Sentyabr 2025 17:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















