“Fənərbağça”nın çox yaxşı oyunçuları var” İraola
futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Liverpul”un baş məşqçisi Andoni İraola UEFA Çempionlar Liqasının IV turunda “Fənərbağça” ilə keçiriləcək səfər qarşılaşması öncəsi media mənsublarının suallarını cavablandırıb.
Futbolpress.az xəbər verir ki, ispaniyalı mütəxəssis İstanbuldakı mətbuat konfransında rəqibin keyfiyyətinə və atmosferin təsirinə xüsusi diqqət çəkib:
“Fənərbağça”nın çox yaxşı oyunçuları var. Xüsusilə yarımmüdafiədə texniki səviyyələri yüksəkdir. Pressinqdə yaxşı olmalı, oyuna nəzarət etməli və rəqibin özünəinam qazanmasına imkan verməməliyik. İstanbul “Liverpul” üçün həmişə xüsusi şəhər olacaq, amma statistikaya baxanda İngiltərə klublarının Türkiyədə çətinlik çəkdiyini görürük”.
Rəqibdə baş məşqçi postuna Dirk Kuytun gətirilməsini şərh edən İraola oyunçuların eyni kaldığını və əsas üslubun kəskin dəyişməyəcəyini bildirib. Çempionlar Liqasında ilk 3 matçda 9 xal toplayan “Liverpul”un çalışdırıcısı hədəflərinin xal ehtiyatını 12-yə çatdırmaq olduğunu vurğulayıb:
“Çempionlar Liqasında üç oyundan doqquz xal toplamışıq. İndi xal ehtiyatımızı 12-yə çatdırmaq və ilk səkkizlikdə yer almaq istəyirik. Belə stadionda psixoloji cəhətdən tam hazır olmalıyıq”.
Qeyd edək ki, “Fənərbağça” – “Liverpul” qarşılaşması noyabrın 4-də İstanbulda keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 03 Noyabr 2026 23:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















