Attestasiyadan keçən müəllimlərə əlavə təlimlər keçiriləcək
Azvision saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a bildirilib ki, bu sahədə keyfiyyətin artırılması və təhsilverənlərin peşəkarlıq səviyyəsinin ölçülməsi məqsədilə təşkil olunmuş attestasiyanın növbəti mərhələsi Mərkəzi Aran, Gəncə-Daşkəsən və Qarabağ regionlarını əhatə edib.
Attestasiya komissiyaları tərəfindən müəllimlərin bilik, bacarıq və metodiki hazırlıq səviyyəsi müvafiq meyarlar üzrə dəyərləndirilib. Bu mərhələdə 430-dan artıq təhsilverən komissiya üzvlərinin 2 lehinə, 3 əleyhinə səsi ilə qiymətləndirilib. Həmin şəxslər üçün əlavə inkişaf imkanlarının yaradılması məqsədilə onların xüsusi təlim proqramına cəlb edilməsi nəzərdə tutulub.
Mədəniyyət Nazirliyinin tapşırığı ilə Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi həmin müəllimlər üçün attestasiya komissiyaları tərəfindən qeyd edilən təlim ehtiyaclarına uyğun olaraq fortepiano, musiqi nəzəriyyəsi, xor dirijorluğu, tar, kamança, saz, violin, qarmon, nağara, vokal, xanəndəlik və rəssamlıq – ümumilikdə 12 istiqamət üzrə xüsusi təlim proqramları hazırlayıb.
Təlimlərin əsas məqsədi sözügedən müəllimlərin peşəkar bilik və bacarıqlarının yenilənməsi və metodiki hazırlıqlarının artırılmasına, onların işə qəbul imtahanlarında uğurlu nəticə əldə etmələrinə dəstək göstərməkdir.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı olan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin dəstəyi ilə reallaşacaq təlimlər əyani və distant formatda təşkil ediləcək.
Təlimlər cari ilin iyun ayının ikinci yarısından başlayaraq mərhələli şəkildə həyata keçiriləcək. Dərslər təcrübəli pedaqoqlar və sahə üzrə mütəxəssislər tərəfindən aparılacaq.
Təlimlərin başlanması ilə əlaqədar iştirakçılara yaxın günlərdə bildirişlər göndəriləcək.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.

Bu mövzuda digər xəbərlər:4100 müəllim attestasiyadan keçiriləcək
06 Dekabr 2024 15:08
Nazirlikdən attestasiyadan keçə bilməyən müəllimlərə SEVİNDİRİCİ XƏBƏR
04 Aprel 2025 23:05
4100 müəllim attestasiyadan keçiriləcək FOTO
06 Dekabr 2024 14:49
Attestasiyadan keçməyən müəllimlər üçün inkişafyönümlü təlimlər davam edir
21 İyul 2026 16:35
Diplomatlar attestasiyadan keçəcəklər
13 Dekabr 2024 12:47
Baxış sayı:110
Bu xəbər 09 İyun 2026 16:33 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları