Belçika çoban itinin fındıq sevgisi təəccübləndirdi
Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Türkiyənin Düzce vilayətinin Çilimli rayonunda fındıq bağında böyüyən Belçika Malinua cinsli itin qeyri-adi qidalanma vərdişi diqqət çəkib.
Sherg.az xəbər verir ki, İhlas Haber Ajansının məlumatına görə, Eyüp Kumaşoğlunun balalıq dövründən fındıq bağında böyütdüyü it yerdə qalan fındıqları toplayır, qabıqlarını dişləri ilə qıraraq ləpəsini yeyir. İtin qara üzümə də xüsusi maraq göstərməsi görənləri təəccübləndirir.

Sahibi itin çox ağıllı olduğunu və fındıq bağında böyüdüyü üçün bu vərdişi qazandığını bildirib. Onun sözlərinə görə, fındıq verilməyəndə it özü bağa girərək yerə tökülmüş fındıqları toplayıb yeyir.
Eyüp Kumaşoğlu qeyd edib ki, it bağda sərbəst dolaşmadığı vaxtlarda ona yem əvəzinə fındıq verirlər.
Elif Kumaşoğlu da itin həm qara üzüm, həm də fındıq yeməyi sevdiyini söyləyib.
Baxış sayı:50
Bu xəbər 10 Noyabr 2026 18:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















