Icma.az
close
up
RU
ATU da Tibb festivalının açılış mərasimi keçirilib

ATU da Tibb festivalının açılış mərasimi keçirilib

Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Tibb Universitetinin 95 illik yubileyi və Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Tibb Festivalının açılış mərasimi keçirilib.

APA xəbər verir ki, Türkiyə, Özbəkistan və Belarusdan gəlmiş alimlərin, tibb ictimaiyyəti nümayəndələrinin də qatıldığı festival aktual elmi mövzuların müzakirəsinə həsr edilib.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstünün və ölkəmizin suverenliyi və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhid həkimlərin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri düzüblər. Sonra qonaqlar Tibb Festivalının sərgi və startap guşəsinə baxıblar.

Mərasimdə açılış nitqi ilə çıxış edən Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli 95 il öncə ali məktəbin yaradılmasını ölkəmizdə səhiyyənin və tibb təhsilinin inkişafı tarixində önəmli bir dönüş nöqtəsi kimi qiymətləndirib. Rektor Ulu Öndər Heydər Əliyevin elmə, təhsilə, xüsusilə də tibb sahəsinin inkişafına böyük diqqət və qayğı ilə yanaşdığını, Azərbaycan Tibb Universitetinin inkişafını strateji əhəmiyyətli bir məsələ kimi dəyərləndirdiyini bildirib: “Ümummilli Lider həm dövlət müstəqilliyinin bərpasından əvvəlki, həm də müstəqillik dövründə dəfələrlə Azərbaycan Tibb Universitetində olub. Dahi Heydər Əliyev ideyalarının sədaqətli davamçısı Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva üç dəfə universitetimizin tələbə-gəncləri, professor-müəllim heyəti ilə görüşüb, eləcə də ATU-nun nəzdində xalqımıza ərməğan etdikləri klinikaların təməlqoyma və açılış mərasimlərində iştirak ediblər”.

Professor G.Gəraybəyli müasir dövrdə ATU-nun fəaliyyəti və əldə olunan nailiyyətlərdən danışıb: “Hazırda 1500-dən çox əməkdaşı olan ATU kollektivində akademiklər, Milli Elmlər Akademiyasının müxbir üzvləri, əməkdar elm xadimləri fəaliyyət göstərir. Universitetdə təqribən 7500 tələbə təhsil alır ki, onların 3000-ə yaxını 45 ölkədən olan əcnəbi tələbələrdir. Xarici tələbələrin sayına görə Azərbaycan Tibb Universiteti ölkədəki ali məktəblər arasında öndə gedir. Bu göstərici həm də Azərbaycan Tibb Universitetinin dünya akademik ailəsində artan nüfuzunun və beynəlxalq əlaqələrinin göstəricisidir. Eyni zamanda, bu gün ATU-nun məzunları dünyanın dörd bir yanında peşəkar həkimlər və alimlər olaraq fəaliyyət göstərir, ölkəmizi layiqincə təmsil edirlər”.

Rektor qeyd edib ki, hazırda Azərbaycan Tibb Universiteti “EduRank” və “H-index Azerbaijan” kimi nüfuzlu beynəlxalq platformalarda yüksək mövqe tutmağa çalışır. Həm yerli, həm də xarici ali məktəblərlə əlaqələri gücləndirən ATU 25-dən çox ölkə və 110-dan artıq universitet və elmi təşkilatla əməkdaşlıq edir. Müxtəlif beynəlxalq proqramlar vasitəsilə tələbə və müəllimlərin mübadiləsi uğurla həyata keçirilir. Son illər aparılan islahatlar tədrisin keyfiyyətinin artırılması və rəqəmsallaşmasına, beynəlxalq əməkdaşlığın genişlənməsinə, tədris proqramlarının beynəlxalq akkreditasiyadan keçməsinə xidmət edib. ATU “Tədqiqat universiteti” statusunun əldə olunması, infrastrukturun və idarəetmənin təkmilləşdirilməsi, startap təşəbbüslərinin genişləndirilməsi istiqamətində işləri də intensivləşdirib.

Professor Gəray Gəraybəyli qeyd olunan uğurların arxasında bütün kollektivin, o cümlədən müəllimlərin, tədqiqatçıların və tələbələrin fədakar əməyinin dayandığını bildirib: “Biz ATU ailəsi olaraq, gələcəkdə də səhiyyə sistemimizə dəyərli mütəxəssislər qazandırmaq, beynəlxalq akademik mühitdə mövqeyimizi gücləndirmək və elmin inkişafına töhfələr vermək yolunda qərarlıyıq. Sizinlə birgə bu şərəfli yolu getmək bizim üçün böyük fəxr və məsuliyyətdir”.

Çıxışının sonunda rektor G.Gəraybəyli yubiley münasibətilə hər kəsi təbrik edib, festival iştirakçılarına məhsuldar müzakirələr, elmi nailiyyətlər arzulayıb.

Sonra ATU-nun tarixi inkişaf yolundan və bu günündən bəhs edən “95 ilin işığında” film nümayiş olunub.

Tibb Festivalının açılış mərasimində AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektoru, professor Əziz Əliyev, Naxçıvan Dövlət Universitetinin rektoru, dosent Elbrus İsayev, Türkiyənin Sağlamlıq Elmləri Universitetinin rektoru, professor Kəmaləddin Aydın, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun direktoru, professor Nazim Qasımov, Səmərqənd Dövlət Tibb Universitetinin rektoru, professor Cəsur Rzayev, Belarus Dövlət Tibb Universitetinin rektoru Sergey Rubnikoviç və Buxara Dövlət Tibb Universitetinin rektoru, professor Şöhrət Taşayev də təbrik nitqi ilə çıxış edərək konqresin işinə uğurlar arzulayıblar.

Tədbir zamanı ATU-nun rektoru, professor Gəray Gəraybəyliyə Səmərqənd Dövlət Tibb Universitetinin fəxri professoru diplomu və digər xatirə hədiyyələri təqdim edilib.
Tibb Festivalının açılışında musiqiyə də yer verilib. Xalq artisti, “Şöhrət” ordenli professor Mənsum İbrahimov təbriklərini Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağımızı tərənnüm edən mahnılarla çatdırıb. Onu tarda xalq artisti Elçin Həşimov, kamançada əməkdar artist Elnur Əhmədov müşayiət edib.

Qeyd edək ki, növbəti günlərdə Tibb Festivalı öz işini paralel panel sessiyalarla davam etdirəcək. Bir neçə məkanda baş tutacaq sessiyalarda daxili xəstəliklər, radiologiya, nevrologiya, klinik mikrobiologiya, pediatriya, epidemiologiya və cərrahiyyə sahəsində yeniliklərə, müasir çağırışlara həsr olunmuş təqdimatlar keçiriləcək, elmi müzakirələr aparılacaq.

Festival çərçivəsində “ATUREK 13” konfransı və ATU Tələbə Elmi Cəmiyyətinin yekun konfransı da baş tutacaq.

Tibb Festivalına mayın 8-də geniş konsert proqramı ilə yekun vurulacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://apa.az
archiveBu xəbər 06 May 2025 15:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri