Autizmin müalicəsində yenilik İmmunitet sistemi ilə bağlı araşdırma
Icma.az, Medicina portalına istinadən məlumat yayır.
İmmunitet sistemi ilə əhval-ruhiyyə arasındakı əlaqəni göstərən yeni araşdırma insan sağlamlığı ilə bağlı mühüm ipuçları verir.
Medicina.az xəbər verir ki, Harvard Tibb Məktəbinin və Massaçusets Texnologiya İnstitutunun (MIT) tədqiqatçıları diqqətəlayiq nəticələr əldə ediblər.
İki ayrı araşdırma, immun reaksiya zamanı buraxılan "sitokinlər" adlanan molekulların əhval-ruhiyyə, narahatlıq səviyyələri və sosial davranışa əhəmiyyətli təsir göstərə biləcəyini ortaya qoyub. Yeni tədqiqat beyin sitokinlərinin hansı reseptorlara bağlandığını göstərib.

Harvard Tibb Məktəbinin immunoloqu Jun Huh bildirib:
"Bu təhlillər autizm və narahatlıq kimi psixi pozğunluqların müalicəsində yeni yol aça bilər".
Tədqiqatçılar bildiriblər ki, bu araşdırma beyin kimyasını birbaşa dəyişdirməkdənsə, gələcəkdə immunitet sistemi vasitəsilə əhval-ruhiyyəni tənzimləyən dərmanların hazırlanmasına gətirib çıxara bilər.
Aygün
Medicina.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 10 May 2025 15:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















