Icma.az
close
up
RU
Avropa Komissiyası Macarıstanın 5,4 milyard avroluq müdafiə planını təsdiqləyib

Avropa Komissiyası Macarıstanın 5,4 milyard avroluq müdafiə planını təsdiqləyib

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Budapeşt, 29 oktyabr, AZƏRTAC

Avropa Komissiyası Macarıstanın müdafiə sahəsi ilə bağlı 5,4 milyard avroluq investisiya planını təsdiqləyib.

AZƏRTAC xəbər verir ki, plan Avropa İttifaqının (Aİ) 150 milyard avroluq SAFE (Avropa üçün Təhlükəsizlik Tədbiri) proqramı çərçivəsində hazırlanıb.

Komissiyanın sözçüsü Tomas Reqnye brifinqdə bildirib ki, Macarıstanın təklifi proqram üzrə təsdiq gözləyən sonuncu milli plan olub. Sənəd indi Aİ Şurasında üzv dövlətlər tərəfindən müzakirə olunmaq üçün təqdim ediləcək.

Reqnyenin sözlərinə görə, Macarıstanın planı təsdiqləndikdən sonra proqram üzrə 21 milyard avrodan bir qədər çox vəsait qalacaq. SAFE üzv ölkələrə müdafiə investisiyalarını və birgə satınalmaları maliyyələşdirmək üçün əlverişli uzunmüddətli kreditlər təqdim edir. Əvvəlcə Macarıstan üçün 16 milyard avro nəzərdə tutulmuşdu, lakin hökumət borclanmanı daha ehtiyatlı yanaşma ilə 5,4 milyard avroya endirib.

Macarıstanın müdafiə naziri Romulus Rusin-Sendi sentyabrda vurğulayıb ki, kreditlər geri ödəniləcək və ölkənin iqtisadi imkanları nəzərə alınmalıdır. İstifadə olunmamış vəsait üçün bu il yeni müraciət mərhələsi planlaşdırılır. Komissiya qalan vəsaitin bölüşdürülməsi ilə bağlı üzv dövlətlərlə sonradan əlaqə saxlayacaq.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Oktyabr 2026 15:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see742

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see573

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see323

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see317

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see286

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see284

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see278

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see273

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see272

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see268

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see268

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see267

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see265

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see246

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see231

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see227

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see220

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see215

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see200

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri