Icma.az
close
up
RU
Menu

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

Aviaşirkətlər pilotları hədələyərək Yaxın Şərqə uçuşlara məcbur edir KİV

Aviaşirkətlər pilotları hədələyərək Yaxın Şərqə uçuşlara məcbur edir KİV

Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.

Aviaşirkətlərin pilotları Yaxın Şərq ölkələrinə uçuşlar həyata keçirməyə məcbur etdiyi və imtina edənlərin işdən çıxarılma riski ilə üzləşdiyi bildirilir. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The Independent" nəşri yazır.

Məlumata görə, davam edən İranla bağlı münaqişə fonunda bu marşrutlarda çalışan pilotlar işəgötürənlər tərəfindən ciddi təzyiqə məruz qaldıqlarını bildirirlər. Onların sözlərinə görə, təhlükəsizlik səbəbilə uçuşdan imtina maaş itkisi və ya işdən çıxarılma ilə nəticələnə bilər.

Bunu Beynəlxalq Aviaşirkət Pilotları Assosiasiyaları Federasiyasının (IFALPA) prezidenti Ron Hey açıqlayıb. Onun sözlərinə görə, dünyanın müxtəlif ölkələrindən olan pilotlar təhlükəli reyslərdən imtina etdikləri halda cəzalandırılacaqlarından narahatdırlar.

Bildirilir ki, Livandan Hindistana qədər müxtəlif ölkələrdə çalışan pilotlar sürətlə dəyişən və qəfil təhlükəli ola bilən şəraitdə uçmaqdan imtina etsələr, təqib olunacaqlarından ehtiyat edirlər. Regionda hava məkanı raket və ya pilotsuz aparat hücumları səbəbindən istənilən an bağlana bilər.

"Cəza ilə bağlı gizli qorxu mövcuddur”, deyə Ron Hey "Reuters" agentliyinə bildirib.

Bu narahatlıqlar bəzi aviaşirkətlərin qeyri-sabit iki həftəlik atəşkəsə baxmayaraq uçuşları bərpa etməsi fonunda yaranıb. Yeni hücumlar səbəbindən vəziyyətin sabitliyi sual altındadır.

Heyin sözlərinə görə, bəzi pilotlar birbaşa işdən çıxarılmaqdan qorxur, digərləri isə uçuşdan imtina edərsə maaşsız qala bilər. "Onlar işlərini itirməyə bilər, lakin onlara deyilir ki, uçmursansa – maaş da yoxdur”, deyə o qeyd edib.

Hey konkret aviaşirkətlərin adını çəkməsə də, belə təcrübənin pilotların risklər barədə açıq danışmaq hüququnu təmin edən təhlükəsizlik mədəniyyətinə zidd olduğunu vurğulayıb. Onun sözlərinə görə, Yaxın Şərqdə bu mədəniyyət əvvəl də kifayət qədər inkişaf etməmişdi və hazırkı münaqişə vəziyyəti daha da gərginləşdirib.

Qeyd olunur ki, IFALPA-nın mənzil-qərargahı Monrealda yerləşir və təşkilat Bəhreyn, Misir, İsrail, Küveyt və Livandan olan pilot assosiasiyalarını birləşdirir. Eyni zamanda, BƏƏ və Qətərin iri aviaşirkətlərində həmkarlar ittifaqları mövcud deyil.

Aviaşirkətlər təhlükəsizliyin prioritet olduğunu və xüsusi hava dəhlizlərindən istifadə etdiklərini bildirsələr də, regiondakı pilotların əksəriyyəti vəziyyət barədə açıq danışmaqdan, hətta anonim şəkildə belə, çəkinir.

Atəşkəs elan edildikdən sonra Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi Avropa aviaşirkətlərinə Fars körfəzi bölgəsində bəzi ölkələrin hava məkanında uçuşlara qoyulan qadağanı 24 aprelə qədər uzadıb. Bununla yanaşı, Dubay, Doha və Hindistandan olan aviaşirkətlər uçuşları davam etdirir.

Artan narahatlıq fonunda IFALPA pilotların uçuş təhlükəsizliyi ilə bağlı qərarlara təsir etmək üçün "mütləq” hüquqa malik olduğunu xatırladan sənəd yayımlayıb. Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) isə münaqişə zonalarında çalışan personal üçün ciddi psixoloji risklər barədə xəbərdarlıq edib.

Belə şəraitdə aviasiya işçiləri yüksək stress, narahatlıq və yorğunluqla üzləşirlər. Pilotlar həmçinin risklərlə bağlı aydın təlimatların olmamasından şikayət edirlər ki, bu da hücumlar səbəbindən hava limanlarının qəfil bağlanması halında uçuş planlaşdırmasını çətinləşdirir.

Problemlər enişdən sonra da davam edir. Ron Hey bildirib ki, Beyrutdan olan bəzi pilotlar dağıdılmış infrastruktur səbəbindən evlərinə qayıda bilməyiblər.

"Onların hava limanı ilə evləri arasındakı yollar tamamilə məhv edilmişdi. Necə geri dönəcəklərini bilmirdilər”, deyə o əlavə edib.

Mövcud vəziyyət silahlı münaqişə fonunda aviasiya sahəsində dərin böhranı göstərir və burada təhlükəsizlik məsələləri getdikcə daha çox iqtisadi maraqlarla toqquşur.

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:161
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 10 Aprel 2026 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see294

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see283

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see274

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see271

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see248

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see245

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see236

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see232

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see227

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see224

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see224

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see215

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see206

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see201

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see200

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see182

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see180

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see179

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see177

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri