Icma.az
close
up
RU
Avqustun 12 si Beynəlxalq Gənclər Günüdür

Avqustun 12 si Beynəlxalq Gənclər Günüdür

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 12 avqust, AZƏRTAC

Hər il avqustun 12-də Beynəlxalq Gənclər Günü kimi qeyd edilir. Bu günün təsis olunması barədə qərar 1998-ci ildə Gənclərin İşləri üzrə Nazirlərin Ümumdünya konfransında qəbul edilib və BMT Baş Assambleyasının 1999-cu il 17 dekabr tarixli qətnaməsi ilə rəsmiləşdirilib. Bu günün əsas məqsədi gənclərin ictimai həyatın müxtəlif sahələrində fəal iştirakına təkan vermək, onların nailiyyətlərini tanıtmaq və qarşılaşdıqları problemlərin həlli istiqamətində beynəlxalq əməkdaşlığı gücləndirməkdir.

AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, 2026-cı ildə Beynəlxalq Gənclər Günü “Fərqli reallıqlar, ortaq arzular” devizi altında qeyd edilir.

Təşkilatın bəyanatında bildirilir ki, gənclər yaşadıqları məkandan asılı olaraq fərqli reallıqlarla üzləşsələr də, bu gün qarşılaşdıqları bir çox mühüm problemlər sərhədləri aşır: “Keyfiyyətli təhsilə məhdud çıxış, layiqli iş imkanlarının qarşısındakı maneələr, rəqəmsal bağlantıda bərabərsizlik, iqlim dəyişmələri, sosial təcrid və psixi rifahla bağlı narahatlıqlar bütün dünyada milyonlarla gəncə təsir göstərir.

Bu problemlər çox vaxt ən az inkişaf etmiş ölkələrdə, dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrdə və kiçik ada dövlətlərində daha kəskin xarakter daşıyır. Maliyyə imkanlarının məhdudluğu, coğrafi təcrid, iqlim dəyişmələrinə həssaslıq və infrastruktur çatışmazlıqları kimi struktur amillər gənclər üçün mövcud imkanları məhdudlaşdıra bilər.

Bununla yanaşı, həmin ölkələrdə yaşayan gənclər sahibkarlıq, rəqəmsal texnologiyalar, icma təşəbbüsləri, iqlim dəyişmələrinə uyğunlaşma və sosial innovasiyalar vasitəsilə yeni və yaradıcı həllər irəli sürürlər”,- deyə BMT vurğulayır.

BMT-nin bəyanatında vurğulanır ki, fərqli reallıqların nəzərə alınması qlobal həmrəyliyi gücləndirməli, hər bir gəncə dəstək göstərməklə onların diqqətdən kənarda qalmadığı gələcək təmin edilməlidir.

Gənclərin inkişafına yönəlmiş bu kimi qlobal çağırışlar Azərbaycanın təcrübəsində də öz əksini tapıb. Hələ 1997-ci ildə Ümummilli Lider Heydər Əliyevin Fərmanı ilə fevralın 2-nin Azərbaycan Gəncləri Günü elan edilməsi MDB və Şərqi Avropa məkanında bu sahədə atılmış ilk və unikal təşəbbüs idi.

Azərbaycanda dövlət gənclər siyasətinin formalaşması və inkişaf mərhələləri

Azərbaycanda dövlət gənclər siyasətinin təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli Liderin rəhbərliyi ilə qəbul edilmiş qanunlar, fərmanlar, dövlət proqramları gənclərin sosial, iqtisadi, mədəni və mənəvi inkişafına güclü təkan verib. 1997-ci ildə təsis olunan Azərbaycan Gəncləri Günü gənclərin cəmiyyətin mühüm təbəqəsi kimi formalaşmasına və onların milli-mənəvi dəyərlərə bağlılığının güclənməsinə töhfə verib.

Ulu Öndərin siyasətində gənclərin təhsilinə, peşə hazırlığına, sağlam həyat tərzinin təşviqinə xüsusi önəm verilib. Bu istiqamətdə həyata keçirilən tədbirlər nəticəsində gənclər yalnız ölkə daxilində deyil, beynəlxalq miqyasda da uğurlar qazanıblar. Prezident İlham Əliyevin rəhbərliyi ilə gənclər siyasəti yeni mərhələyə qədəm qoyub, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” kimi mühüm layihələr reallaşdırılıb. Bu proqram çərçivəsində minlərlə gənc dünyanın nüfuzlu ali məktəblərində təhsil almaq imkanı əldə edib.

İdmanın inkişafına yönəlik dövlət siyasəti də gənclərin potensialının reallaşdırılmasında mühüm rol oynayıb. Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə 50-yə yaxın Olimpiya İdman Kompleksi inşa edilib, Azərbaycan beynəlxalq idman yarışlarının keçirildiyi mərkəzə çevrilib. Qazanılan beynəlxalq uğurlar gənclərin motivasiyasını artırıb, onların milli qürur hissini gücləndirib.

Müasir mərhələdə gənclərin rolu və perspektivləri

XXI əsrdə qlobal iqtisadi və texnoloji dəyişikliklər Azərbaycan gənclərinin qarşısında yeni imkanlar və vəzifələr açıb. 2015-ci ildə təsdiq edilmiş “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” gənclərin intellektual, fiziki və mənəvi potensialının artırılmasına, onların sosial-iqtisadi və mədəni həyatdakı rolunun möhkəmləndirilməsinə yönəlib. Sənədin əsas məqsədi innovativ düşüncəyə malik, yaradıcı və rəqabətqabiliyyətli gənc nəslin formalaşdırılmasıdır.

Azərbaycan gəncləri yalnız təhsil və idman sahələrində deyil, həm də ictimai-siyasi proseslərdə fəal iştirak edirlər. 2020-ci il Vətən müharibəsində gənc hərbçilərimizin göstərdiyi qəhrəmanlıq, onların adlarını xalqımızın müasir tarixində əbədi olaraq yazdırıb. Bununla yanaşı, arxa cəbhədə fəaliyyət göstərən gənclər də informasiya müharibəsində mühüm rol oynayıb, ölkəmizin haqlı mövqeyini beynəlxalq ictimaiyyətə çatdırıblar.

Dövlətin dəstəyi ilə həyata keçirilən “Yüksəliş” müsabiqəsi, Gənclərin İnkişaf və Karyera Mərkəzlərinin yaradılması və könüllülük hərəkatının genişləndirilməsi gənclərin liderlik və idarəçilik bacarıqlarını inkişaf etdirməkdədir. Xüsusən “Könüllülər İli” çərçivəsində icra edilən sosial layihələr gənclərin həm yerli, həm də beynəlxalq səviyyədə fəallığını artırıb.

Pandemiya dövründə gənclərin göstərdiyi sosial həmrəylik də dövlət-gənclər münasibətlərinin yüksək səviyyəsini nümayiş etdirib. Onlar maarifləndirmə kampaniyaları, sosial yardımlar və könüllü fəaliyyətlərlə həmrəylik nümunəsi göstəriblər.

Bu gün Azərbaycan gəncliyi dövlətin əsas strateji resurslarından biri kimi qəbul olunur. Onların milli dəyərlərə sadiqliyi, modern düşüncəsi və inkişafyönümlü fəaliyyəti ölkənin sabit və dinamik inkişafına töhfə verir. Prezident İlham Əliyevin “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram” fikri dövlətin gənclərə inamının və etimadının rəmzi kimi tarixə düşüb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Avqust 2026 08:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see310

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see301

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see293

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see285

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see282

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see273

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see264

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see250

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see247

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see244

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see237

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see222

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see220

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see217

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see209

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see208

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see196

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see180

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see176

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri