Icma.az
close
up
RU
Menu

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

İdarə sədri: İçərişəhərdə tunellərin başlanğıc nöqtələri bəllidir, bu yaxınlarda yerin altında çox maraqlı tikili aşkarlamışıq MÜSAHİBƏ

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

Ölümdən sonra insanı nə gözləyir?

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

Ağıllı iqtisadiyyatın formalaşdırılmasında süni intellektin rolu müzakirə olunub

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

Azərbaycanda səhiyyə üçün xüsusi mərkəzlər yaradıla bilər

Ötən onilliklərin solmayan kinolentləri

ERMƏNİ KİLSƏSİNDƏ “ƏCƏL ZƏNGİ” ÇALINIR Paşinyan Qaregini devirə biləcəkmi?

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? Mərkəzi Bankdan AÇIQLAMA

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

Bərpaolunan enerji layihələrinə investisiyaların cəlbi müzakirə olunub

Tiflisdə qazıntı: türklərə aid şəhər tapıldı, dərhal bağladılar...

Manaf Ağayevin qardaşının dəfnində ürəkdağlayan görüntüləri VİDEO

Avqustun 12 si Xəzər Günüdür

Avqustun 12 si Xəzər Günüdür

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 12 avqust, AZƏRTAC

Avqustun 12-si Xəzər Günü və ya Xəzər Dənizinin Ətraf Mühitinin Mühafizəsi Günüdür.

AZƏRTAC xəbər verir ki, 2006-cı ilin bu günündə “Xəzər dənizinin ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası”nın qüvvəyə minməsindən sonra hər il avqustun 12-si Xəzər Günü kimi qeyd olunur.

“Xəzər dənizinin ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası” BMT-nin Ətraf Mühit Proqramının və digər beynəlxalq təşkilatların dəstəyi ilə Xəzəryanı dövlətlərin mütəxəssisləri tərəfindən hazırlanıb. Konvensiya mətninin müzakirələri 1995-ci ildən 2003-cü ilədək keçirilən görüşlər zamanı davam edib və 2003-cü il noyabrın 4-də Xəzəryanı ölkələr tərəfindən imzalanıb.

Təsdiq olunduğu şəhərin adı ilə “Tehran Konvensiyası” kimi tanınan həmin saziş Xəzər dənizinin ətraf mühitinin bütün növ mənbələrdən çirklənməsinin qarşısının alınmasına, habelə Xəzər dənizinin ətraf mühitinin mühafizəsi, saxlanması və bərpasına qulluq edir. Konvensiyada Xəzər dənizinin bioloji sərvətlərinin davamlı və səmərəli istifadəsinə, ətraf mühitə təsirin qiymətləndirilməsinə, ekoloji monitorinqə və elmi tədqiqatlara aid müddəalar da əksini tapıb. “Tehran Konvensiyası” beş Xəzəryanı dövlətin hökumətləri tərəfindən ratifikasiya olunduqdan sonra 2006-cı il avqustun 12-də qüvvəyə minib. Sonradan bu tarixin Xəzər Günü kimi qeyd edilməsinə başlanılıb.

Xəzər dənizinin ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası onun sahilində yerləşən beş dövlət arasında regionda təbiəti mühafizə şərtlərini və müvafiq təşkilati mexanizmi əks etdirən ilk hüquqi sazişdir.

2018-ci il avqustun 12-də isə Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalanıb.

Son 30 il ərzində iqlim dəyişmələri Xəzər dənizinin hövzəsində özünü daha həssas göstərib. Bunun nəticəsində Xəzər dənizinin sahil boyunda yaşayan əhali ciddi iqlim dəyişmələrinin, dənizin su səviyyəsinin tərəddüdünün, sel və quraqlıqların mənfi təsirlərinə daha çox məruz qalıb. İqlim dəyişmələri səbəbindən Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi region üçün potensial təhlükəyə çevrilib. Dənizə tökülən çayların suyunun azalması yağıntıların miqdarının azalması ilə bərabər, həm də çay sularından kənd təsərrüfatının artan tələbatının ödənilməsinə yönəldilməsi ilə də izah edilir.

Xəzər dənizində səviyyə üzərində instrumental ölçmələr 1840-cı ildən başlayaraq aparılır. Ötən dövr ərzində ən yüksək səviyyə 1882-ci ildə (Baltik Sistemində −25.2 metr), ən aşağı səviyyə isə 1977-ci ildə (−29.0 metr) qeydə alınıb. Səviyyənin tərəddüd amplitudası 3,8 metr təşkil edib.

XX əsrdə səviyyə dəyişkənliyinin az olduğu üç uzun dövr ayırd edilir. Birinci dövrdə (1900−1929) səviyyə demək olar ki, sabit qalıb və -26.3 metr ətrafında az dəyişib. İkinci dövrdə (1930-1977) səviyyə monoton olaraq düşüb, 1930-1938-ci illərdə azalma 1.75 metr təşkil edib, 1977-ci ildə isə ilk dəfə -29.0 metrə çatıb və bu illərdə dənizin sahəsi 48 min kvadrat kilometr kiçilib. Üçüncü dövrdə (1978-1995) səviyyənin kəskin qalxması (2.0 metr) müşahidə edilib.

XX əsrin axırı, XXI əsrin ilk onilliklərində səviyyə yenidən enməyə başlayıb. 2020-2023-cü illərdə Azərbaycanın Xəzər sektorunda bu azalma 75 santimetr təşkil edib və 2024-cü il yanvarın 1-də səviyyə Baltik Sistemində -28.7 metr olub.

Çoxillik dövr ərzində səviyyənin dəyişməsinə təsir edən müxtəlif xarakterli amilləri dörd böyük qrupa bölmək olar: kosmogeofiziki qüvvələr, geoloji və geodinamik proseslər, hidrometeoroloji proseslər və antropogen amillər. Səbəb-nəticə əlaqələrinin təhlilinin nəticələrinə görə, Xəzər dənizinin səviyyəsinin uzunmüddətli dəyişkənliyi okean (Şimali Atlantik) - atmosfer - quru səthi (Volqa çayının hövzəsi) sistemində irimiqyaslı rütubət mübadiləsinin inteqral göstəricisidir. XX əsrdə səviyyə dəyişkənliyində Volqa çayı hövzəsində əmələ gələn çay sularının payı təxminən 64 faiz təşkil edib. Dənizə tökülən digər 130-a yaxın çayın, xüsusilə Kür, Ural, Terek və Sulak çaylarının axımı da nəzərə alınarsa, bu göstərici artaraq 70 faiz təşkil edər. Qalan 30 faiz isə digər amillərin başlıca olaraq, buxarlanmanın təsiri ilə izah edilir. Belə ki, Xəzər regionunda (dəniz və ona bitişik ərazilərdə) havanın orta illik temperaturu 1980–2020-ci illəri əhatə edən dövrdə monoton şəkildə hər il 0.030 °C, ümumilikdə isə 1.2 °C artıb və buxarlanmanı sürətləndirib.

Məlum olduğu kimi, ötən ilin noyabrında Azərbaycan mötəbər beynəlxalq tədbirə - BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etdi. COP29 çərçivəsində Xəzər dənizinin problemlərinə həsr olunmuş tədbirlər keçirildi. Həmçinin “Xəzəryanı dövlətlərin nazirlərinin və yüksəkvəzifəli şəxslərinin Xəzər dənizi səviyyəsinin azalması ilə bağlı əməkdaşlığın gücləndirilməsi haqqında Bəyannamə” də qəbul edildi.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Avqust 2025 10:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see317

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

26 Sentyabr 2026 00:02see226

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see212

İdarə sədri: İçərişəhərdə tunellərin başlanğıc nöqtələri bəllidir, bu yaxınlarda yerin altında çox maraqlı tikili aşkarlamışıq MÜSAHİBƏ

25 Sentyabr 2026 20:02see207

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

25 Sentyabr 2026 23:42see206

Ölümdən sonra insanı nə gözləyir?

25 Sentyabr 2026 19:07see202

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

25 Sentyabr 2026 19:40see201

Ağıllı iqtisadiyyatın formalaşdırılmasında süni intellektin rolu müzakirə olunub

25 Sentyabr 2026 19:06see201

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

25 Sentyabr 2026 21:53see200

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

26 Sentyabr 2026 00:41see200

Azərbaycanda səhiyyə üçün xüsusi mərkəzlər yaradıla bilər

25 Sentyabr 2026 13:48see198

Ötən onilliklərin solmayan kinolentləri

25 Sentyabr 2026 13:18see197

ERMƏNİ KİLSƏSİNDƏ “ƏCƏL ZƏNGİ” ÇALINIR Paşinyan Qaregini devirə biləcəkmi?

25 Sentyabr 2026 20:25see197

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

26 Sentyabr 2026 01:18see196

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

26 Sentyabr 2026 03:05see195

Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? Mərkəzi Bankdan AÇIQLAMA

25 Sentyabr 2026 19:30see192

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

26 Sentyabr 2026 06:14see192

Bərpaolunan enerji layihələrinə investisiyaların cəlbi müzakirə olunub

25 Sentyabr 2026 20:43see192

Tiflisdə qazıntı: türklərə aid şəhər tapıldı, dərhal bağladılar...

26 Sentyabr 2026 13:43see169

Manaf Ağayevin qardaşının dəfnində ürəkdağlayan görüntüləri VİDEO

26 Sentyabr 2026 01:02see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri