Icma.az
close
up
RU
Avqustun 8 i Beynəlxalq Oftalmologiya Günüdür

Avqustun 8 i Beynəlxalq Oftalmologiya Günüdür

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 8 avqust, AZƏRTAC

Avqustun 8-i Beynəlxalq Oftalmologiya Günü kimi qeyd edilir. Dünyanın bir sıra ölkələrində fəaliyyət göstərən oftalmoloqlar bu gün peşə bayramlarını keçirirlər. 2004-cü ildən başlayaraq avqustun 8-nin Beynəlxalq Oftalmologiya Günü kimi qeyd olunması göz cərrahiyyəsi sahəsində böyük uğurlara imza atmış sovet oftalmoloqu Svyatoslav Fyodorovun doğum günü ilə əlaqədardır.

AZƏRTAC xəbər verir ki, bu günün təsis edilməsi ilə bağlı Sankt-Peterburq şəhər Tibb Palatasının prezidenti Tamaz Mçelidze təşəbbüs irəli sürüb. O, dünya oftalmoloqlarına müraciət ünvanlayaraq onları həmin gün göz xəstələrinə təmənnasız məsləhətlər verməyə, görmə qabiliyyəti zəif olanları müalicə etməyə və belə şəxslərin əməliyyatlarını həyata keçirməyə səsləyib. Belə tədbirlərin keçirilməsi məşhur göz cərrahı S. Fyodorovun başladığı xeyriyyə işinin davam etdirilməsi və xatirəsinin yad olunması məqsədi daşıyıb. Həmin təşəbbüs təkcə Rusiyada deyil, Amerika Birləşmiş Ştatları, Yunanıstan, İtaliya, Çexiya və digər ölkələrdə də dəstəklənib.

Artıq 21 ildir qeyd edilən Beynəlxalq Oftalmologiya Günündə təbabətin bu sahəsində beynəlxalq əlaqələr qurulur, təcrübə mübadiləsi aparmaq üçün imkanlar yaradılır. Bu gün oftalmoloji yardım xəstələr üçün daha əlçatan olur, onlar yüksəkixtisaslı həkimlərin qəbuluna düşə və keyfiyyətli müalicə ala bilirlər. Dünyanın bir çox ölkələrində oftalmoloqlar pulsuz müayinə və əməliyyatlar həyata keçirirlər.

Həmçinin Beynəlxalq Oftalmologiya Günündə oftalmologiyanın problemlərinə, əhalinin görmə ilə bağlı şikayətlərinin aradan qaldırılması istiqamətində qabaqlayıcı tədbirlərin görülməsinə diqqət yönəldirilir.

Müasir oftalmoloji diaqnostika üsulları göz xəstəliklərini erkən mərhələlərdə aşkarlamağa, səmərəli müalicə və profilaktika aparmağa imkan verir. Görmə qabiliyyətini itiməməkdən ötrü zərərli vərdişlərdən uzaq olmaq, gözləri ultrabənövşəyi şüalardan qorumaq üçün yüksəkkeyfiyyətli günəş eynəklərindən istifadə etmək, qanda şəkər, qan təzyiqi və xolesterinin səviyyəsini nəzarətdə saxlamaq, tərkibində A vitamini, Omeqa-3 və antioksidantlar olan qidaların istehlakı tövsiyə olunur. Mütəxəssislər xüsusilə uşaqların 3D filmlərə həddindən artıq baxmağını məsləhət görmürlər.

Ölkəmizdə korluğun və görmə üzrə əlilliyin profilaktikası, həmçinin əhaliyə oftalmoloji yardım daim dövlətin diqqət mərkəzindədir. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi bu sahəyə öz töhfəsini verir. Mərkəz beynəlxalq standartlara cavab verən müasir diaqnostik avadanlıqlarla təchiz olunub. Mərkəzdə oftalmologiyanın bütün sahələrini əhatə edən şöbələr və yüksəkixtisaslı mütəxəssislər fəaliyyət göstərir. Eyni zamanda, kataraktanın qarşısını alan, qlaukoma zamanı gözün funksional vəziyyətini bərpa edən və torlu qişa qopmaları zamanı itirilmiş görməni qaytaran lazer texnologiyalarının köməyi ilə müalicə aparılır. Bu da göz xəstəliklərinin diaqnostikası və müalicəsinin keyfiyyətini, gözün müəyyən strukturlarında aparılan cərrahi əməliyyatların funksional nəticələrini dəfələrlə yüksəldib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:250
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Avqust 2025 10:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see380

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see323

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see304

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see279

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see273

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see264

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see251

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see245

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see239

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see228

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see215

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see202

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see201

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see197

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see196

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see194

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see190

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see182

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see180

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri