Icma.az
close
up
RU
Ölkəmiz Avrasiyanın yeni nəqliyyat xəritəsini formalaşdırır

Ölkəmiz Avrasiyanın yeni nəqliyyat xəritəsini formalaşdırır

Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Zəngəzur dəhlizi Şərq-Qərb və Şimal-Cənub marşrutlarını əlaqələndirən nəhəng haba çevriləcək

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində keçirilən Dünya Hökumətləri Zirvə Toplantısı çərçivəsində “Yeni İpək Yolu” Forumu keçirilib.  Qlobal forumda dünyanın aparıcı korporasiyaları və innovasiya, rəqəmsal şirkətlərinin rəhbərləri, Beynəlxalq Valyuta Fondu, Dünya Bankının üzvü olan Beynəlxalq Maliyyə Korporasiyasının, eləcə də 35-dən çox dövlət başçısı və hökumət nümayəndə heyəti iştirak edib. Tədbirdə 5 əsas mövzu - qlobal idarəetmə və effektiv liderlik, sosial rifah və gücləndirilmiş potensiallar, iqtisadi rifah və strateji investisiyalar, şəhər gələcəyi, inkişaf edən sərhədlər istiqamətləri üzrə məruzələr dinlənilib, müzakirələr aparılıb. Həmçinin beynəlxalq nəqliyyat əməkdaşlığının gücləndirilməsi, nəqliyyat dəhlizlərinin inkişafı və regional logistika potensialının reallaşdırılması forumun əsas müzakirə mövzularından biri olub.

Dünya Hökumətləri Zirvəsi Təşkilatının sədri Məhəmməd Əl Qerqavi bildirib ki, dünya hazırda ənənəvi sistemlərin hərtərəfli yenidən qurulmasının şahidi olur, bu, qısamüddətli dəyişikliklər qlobal iqtisadiyyatın yeni xəritəsini formalaşdırır. Yeni mənzərədə ən çox diqqətçəkən məsələlərdən biri kommunikasiyaların coğrafi fraqmentasiyalarındakı dəyişikliklərdir. Müxtəlif regionlarda nəqliyyat-kommunikasiya xətlərinin inteqrasiyaları qlobal ticarətin və logistikanın da sərhədlərini dəyişdirir, investisiyaların strukturuna təsir edir. Bu dəyişikliklər iqtisadi, kommersiya və investisiya əlaqələrində də bir sıra meyilləri meydana çıxarır.

Orta Dəhliz vasitəsilə yükdaşımalar 11 faiz artıb

Tədbirdə çıxış edən Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov ölkəmizin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsindəki rolunun qlobal təchizat zənciri, o cümlədən “Bir kəmər, bir yol” təşəbbüsü, Orta Dəhliz üçün həlledici əhəmiyyət daşıdığını vurğulayıb. Qeyd edilib ki, Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilməklə, beynəlxalq nəqliyyat dəhlizlərinin modernləşdirilməsində də fəal rol oynayır, müasir infrastrukturlar qurur, bu infrastruktur quruculuğu və modernləşmə Orta Dəhlizin daşınma qabiliyyətinin güclənməsinə xidmət edir. 2025-ci ildə Orta Dəhliz vasitəsilə yükdaşımalar 11 faiz, Şimal-Cənub dəhlizi üzrə isə 12 faiz artıb. Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilməsi nəticəsində illik ötürücülük qabiliyyəti 5 milyon tona çatdırılıb, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının gücü daha da artırılıb və 2025-ci ildə Bakı Limanında konteyner aşırılması əvvəlki illə müqayisədə 40 faiz yüksələrək 107 mini keçib. Hazırda Limanın yükötürmə gücünün (TEU) 25 milyon tona çatdırılması istiqamətində işlər davam etdirilir.

S.Şərifov Vaşinqtonda əldə olunan üçtərəfli razılaşmaya əsasən, “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) kimi tanınan Zəngəzur dəhlizinin strateji önəmindən bəhs edərək bildirib ki, bu layihə Avropa ilə Mərkəzi Asiya arasında etibarlı quru əlaqəsi yaratmaqla yanaşı, 2040-cı ilə qədər 865 min TEU həcmində yük axınını təmin etmək potensialına malikdir.

Çoxvektorlu nəqliyyat siyasəti Azərbaycanın qlobal platformalarda layiqli yerini möhkəmləndirməklə, bu coğrafiyalarda yer alan ölkələrin əməkdaşlıq və rifahın yeni koordinatlarını müəyyən etməyə, yeni tərəfdaşları inteqrasiyaya cəlb etməyə hesablanıb. Beləliklə, Azərbaycan Orta Dəhliz-Zəngəzur blokunu koordinasiyalı inkişafı sayəsində bir neçə qitəni logistika inteqrasiyasında birləşdirən körpü quruculuğuna töhfə verməkdədir.

Mərkəzi Asiya-ABŞ-Azərbaycan logistika zənciri

“Yeni İpək Yolu” Forumunda çıxış edən digər natiqlər nəqliyyat dəhlizlərində tarif siyasəti və sərhəd-keçid məntəqələrinin buraxıcılıq qabiliyyətinin, logistika imkanlarının artırılması, rəqəmsallaşmavə gömrük prosedurlarının harmonizasiyası istiqamətində beynəlxalq əməkdaşlığın gücləndirilməsi, Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri arasında koordinasiyanın qurulması sahəsində birgə fəaliyyətin zəruriliyinə toxunublar.

Azərbaycanın da strateji mövqe tutduğu Orta Dəhlizin Yeni İpək Yolunun əsas arteriyalarından birinə çevrildiyinə diqqət çəkən Qırğızıstan baş nazirinin birinci müavini Daniyar Amangeldiyev müasir geosiyasi vəziyyətlər fonunda yük daşınmasının pozulmasının qarşısını almaq üçün Avrasiya xətlərinin əhəmiyyətini vurğulayıb. Orta Asiya ölkələrinin qlobal nəqliyyat zəncirlərinə qoşulmasında fəal rol oynamasına toxunaraq Avrasiya bölgəsində və digər regionlarda çoxqütblü kommunikasiya xətlərinin rifah və inkişafa xidmət etdiyini diqqətə çatdırıb. Qeyd edilib ki, bir müddət əvvəl Bişkekdə Mərkəzi Asiya Ölkələri və ABŞ arasında İqtisadi Əməkdaşlığın Gücləndirilməsi üzrə “B5+1” modeli yaradılıb ki, bu format beynəlxalq kommunikasiyalara inteqrasiyanın bir hissəsidir. Qırğızıstanın iqtisadiyyat və ticarət naziri Bakıt Sıdıkov yeni əməkdaşlıq formatlarının regional əməkdaşlığın keyfiyyətcə yeni bir mərhələsini təmsil etdiyini və bu mərhələdə biznesin iqtisadi transformasiyanın əsas hərəkətverici qüvvəsinə çevrildiyini vurğulayıb.

Göründüyü kimi, Azərbaycanın əsas oyuncu və mərkəzi coğrafiya olduğu Orta Dəhlizin vahid nəqliyyat arteriyası formalaşmaqdadır. Dəhlizin növbəti dayanacağı Zəngəzur xətti olacaq ki, nəticədə Çin və Mərkəzi Asiya ölkələri ilə Avropa ölkələri arasında nəqliyyat əlaqələrinin şaxələndirilməsi tam təmin ediləcək. İkitərəfli, üçtərəfli və çoxtərəfli əməkdaşlığın simvoluna çevrilən Orta Dəhlizdə Azərbaycan müasir geoiqtisadi və geosiyasi platformalarda yerini və mövqeyini daha da gücləndirəcək.

E.CƏFƏRLİ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:263
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 07 Fevral 2026 10:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see666

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see352

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see325

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see314

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see313

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see293

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see285

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see282

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see266

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see239

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see228

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see227

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see227

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see220

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see217

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see212

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see207

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see186

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see179

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri