Avro bu səbəblərə görə bahalaşa bilər: İqtisadçıdan PROQNOZ
Icma.az, News24 portalına istinadən məlumat verir.
Son zamanlarda avronun bahalaşacağı ilə bağlı iddialar səngimək bilmir.
Üstəlik, bu iddialar sadəcə ölkəmizdə deyil, dünyada da geniş şəkildə müzakirə olunur. Belə ki, çox sayda ölkədə avronun yaxın perspektivdə bahalaşacağı ilə bağlı söz-söhbətlər yayılıb.
Bəs bütün bunlar nə dərəcədə doğrudur? Həqiqətən avronun bahalaşması gözlənilir?
News24.az xəbər verir ki, mövzu ilə bağlı iqtisadçı ekspert Elçin Rəşidov Hit.az-a açıqlama verib. O bildirib ki, avro Avropa Mərkəzi Bankı tərəfindən idarə olunan bir valyuta olduğu üçün qiyməti onun monetar siyasətindən asılıdır:
"Avropa Mərkəzi Bankı faiz dərəcələrini daha ehtiyatla azaldır. Yəni avronu dollara nisbətən yüksək saxlamağa çalışır. Bu da avronu dollara nisbətən daha cəlbedici edir. Cəlbedici valyuta isə hər zaman baha olur. Faiz dərəcələri yüksək olduğu üçün də investorlar avroya daha çox pul qoyurlar.
Federal Ehtiyatlar Sisteminin (FED) isə daha çox faiz endirimi edəcəyi gözlənilir. Bu da dolların zəifləmə ehtimalını yaradır. Ona görə də investorlar pullarının bir hissəsini dollardan çıxararaq avroya qoyurlar. Avronun bahalaşacağı iddialarının ən vacib səbəbi budur".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 16 İyul 2025 16:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















