Icma.az
close
up
RU
İqtisadçıdan ŞOK PROQNOZ: Azərbaycanda qızıl bahalaşacaq

İqtisadçıdan ŞOK PROQNOZ: Azərbaycanda qızıl bahalaşacaq

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti yeni tarixi maksimumu yeniləyib.

"APA-Economics" birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə iyun fyuçerslərinin qiyməti 2,17% artaraq 3 400,64ABŞ dollarına bərabər olub.



 Tanınmış iqtisadçı-ekspert Razi Abbasbəyli “Sherg.az”a söyləyib ki, qızılın dünya bazarında qiymətinin bahalaşmasının ən başlıca səbəbi Amerika Federal Ehtiyatlar Bürosunun faiz dərəcələrini aşağı salması ilə bağlı gözləntiləridir:


“Gözlənilən ondan ibarətdir ki, 2025-ci  ilin sonlarına qədər FED uçot dərəcələrini azaldacaq. Məhz bu faktor qızılın qiymətinin sürətlə yüksəlməsinə səbəb olub. Digər tərəfdən bir sıra ticarət qarşıdurmaları, gərginlikləri də sabit liman kimi investorların qızıla yönəlməsinə gətirib çıxarıb. Xüsusilə də Amerika Birləşmiş Ştatlarının Çinə və digər dövlətlərə tətbiq etdiyi yüksək idxal rüsumları, eyni zamanda Avropa İttifaqının tətbiq etdiyi spirtli içkilərlə bağlı 200 faizlik rüsum dünən birjalardakı qeyri müəyyənlik və gərginliyi bir az da artırdı. Nəticə etibarilə də sabit gəlir investisiya mənbəyi kimi qızıla yönəlmələr sürətləndi. Burada bir məqamı da nəzərə almaq lazımdır ki,  Çin, Rusiya, Sinqapur kimi dövlətlər, hətta kiçik ölkələr belə son illərdə qızıl ehtiyatlarını artırmağa başlayıblar. Qızıla olan tələbin artması nəticə etibarilə də qiymətin yüksəlməsinə gətirib çıxarıb. Əlbəttə ki, bütün dünyada baş verən proseslər Azərbaycanın daxili bazarında da özünü mütləq göstərəcək. Azərbaycanda da qızıl bahalaşacaq. Proses hələlik yaxın zamanlarda sabitləşməyəcək. Yəni qızılın qiymətində eniş gözlənilmi".


İqtisadçı əlavə edib ki, Azərbaycanda  qızıl üzərindən aparılan ticarət son illər daha çox intensivləşib:

"Azərbaycan həm qızıl ehtiyatlarının istismarı və ixracatını, eyni zamanda da idxalını həyata keçirib. Təkcə Avstriyadan 70 min tondan çox qızıl idxal edilib. Azərbaycan məhz qızıl idxalını da artırmağa başlayıb. Təbii ki, Azərbaycan Ərəbistandan, Rusiyadan və Türkiyədən ən çox pərakəndə satış bazarını təmin etmək üçün qızıl idxal edir. Dünya birjalarında qızılın qiymətinin artması idxalçı ölkələrdə də qiymətlərin yüksəlməsinə səbəb olur və bu da özünü Azərbaycanın daxili bazarında göstərir. Nəzərə almaq lazımdır ki, artıq Azərbaycanda toylar və şənliklər dövrü başlayıb. Qızıla olan tələbat da müəyyən qədər artıb. Həmçinin Azərbaycanda böyük gəliri olan vətəndaşlar da daha çox qızıl almağa üstünlük verirlər. Qızıl əmanətlərinin Azərbaycan banklarında həcmi də artmağa başlayıb. Bütün bu proseslər bizə onu deməyə əsas verir ki, Azərbaycanda da bu şəkildə davam edəcəksə, ölkəmizdə də qızıl bahalaşacaq”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://sherg.az
archiveBu xəbər 21 Aprel 2025 14:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see288

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see286

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see208

Xəbərdarlıq Yer kürəsində maqnit qasırğası başladı

03 Yanvar 2026 01:15see187

Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi

03 Yanvar 2026 06:51see165

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see164

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see156

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see147

Dünya əhalisinin sayı rekorda yaxınlaşır

02 Yanvar 2026 23:37see144

Səhralar yaşıllaşacaq: Çinli alimlərdən inqilabi metod

02 Yanvar 2026 02:41see144

Cəbrayıl şəhərinin işğaldan azad olunmasından 2 il ötür

03 Yanvar 2026 03:59see144

İran xarici müdaxiləyə sərt cavab veriləcəyini bəyan edib

02 Yanvar 2026 18:54see143

Araqçi Trampın iranlı etirazçılara dəstək bəyanatlarını “düşünülməmiş və təhlükəli” kimi qiymətləndirib

03 Yanvar 2026 01:30see139

“Qurban Qurbanov çox sərt məşqçidir” Koxalski

02 Yanvar 2026 20:00see136

Məşhur ekstrasensdən Azərbaycanla bağlı 2026 PROQNOZLARI MÜSAHİBƏ

02 Yanvar 2026 10:12see136

23 Aprel Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür

02 Yanvar 2026 06:20see135

Ukrayna xüsusi xidmət orqanları Kapustinin ölüm xəbərindən sonra onun sağ olduğunu elan etdi

02 Yanvar 2026 10:15see133

Bayramdan sonra işə adaptasiya olmağın yolları

02 Yanvar 2026 18:59see131

Elnur Məmmədli yeni vəzifəyə getdi

03 Yanvar 2026 03:13see129

Lindblad: “F1” yeni pilotlarının çoxundan bir az fərqli vəziyyətdəyəm”

03 Yanvar 2026 03:14see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri