Avrokomissiya İtaliyaya 8,7 milyard avro yardım paketi ayırıb AZƏRTAC
Azertag saytına istinadən Icma.az xəbər verir.
Roma, 23 dekabr, AZƏRTAC
Avropa Komissiyası İtaliyaya 8,7 milyard avroluq altıncı yardım paketini ayırıb.
AZƏRTAC xəbər verir ki, İtaliya Nazirlər Şurası ayrılan vəsaitin Avropa İttifaqı tərəfindən müəyyən edilmiş 23 mərhələ və 16 hədəf çərçivəsində 39 məqsədə nail olunması üçün ayrıldığını açıqlayıb. Bildirilir ki, vəsaitin 6,9 milyard avrosu kreditlər, 1,8 milyard avrosu qrantlar şəkildə ayrılıb.
İtaliyanın Baş naziri Ciorcia Meloni ölkəsinin Avrokomissiyadan ən böyük məbləğdə maliyyə alan Avropa İttifaqına üzv dövlət olduğunu qeyd edib. Deyib ki, həmin vəsait İtaliyaya bir çox strateji sektorlara sərmayə yatırmağa imkan yaradacaq. Bu, eyni zamanda, hökuməti vətəndaşların rifahı naminə fəaliyyətini davam etdirməyə sövq edir.
Qeyd edək ki, Avrokomissiya bu vaxtadək İtaliyaya təxminən 122 milyard avro vəsait ayırıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
Baxış sayı:61
Bu xəbər 23 Dekabr 2024 18:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















