Icma.az
close
up
RU
Avrokuboklar üçün təşəkkür, gedə bilərsən, Berdıyev!

Avrokuboklar üçün təşəkkür, gedə bilərsən, Berdıyev!

Icma.az bildirir, Footbal-plus portalına istinadən.

“Turan Tovuz” 32 il sonra avrokuboklara qayıda bilər. Əslində Qərb təmsilçisi ötən mövsüm də buna yaxın idi. Kurban Berdıyevin komandası mövsümü 4-cü yerdə bitirdi. Amma kubokun finalında “Qarabağ” sensasiyalı şəkildə “Sabah”a uduzmaqla tovuzluların avrokubok arzusunu ürəyində qoydu.

Komanda bu mövsüm praqmatik futbolla bunu bacara bilər. Möcüzə baş verməsə, tovuzlular mövsümü 3-cü pillədə başa vuracaq. Düzdü, uğurun memarı baş məşqçi sayılır. Deyə bilərsiz ki, Ayxan Abbasova da şans verildi, o nə etdi? Ayxan Abbasova Berdıyevə verilən imkan verildimi? Söhbət zamandan yox, maliyyədən gedir.
Ayxan bəyin klubun idarə heyətinin sədri Ehtiram Quliyevlə son görüşündə, bilirsiz, nə olmuşdu? İclasda idarə heyətinin üzvləri, Ayxan Abbasov və Ehtiram Quliyev var idi. Növbəti mövsümün planları danışılırdı. Ehtiram bəy digər iştirakçılardan Ayxan Abbasovla onu tək qoymalarını xahiş edib. Yarım saat sonra otaqdan çıxıblar, bəlli olub ki, Abbasov komandadan gedir. Ehtiram Quliyev avrokuboklar istəyib, amma büdcə limiti ilə. Yəni Berdıyevə verilən qədər yox. Söhbət maaşdan yox, futbolçuların gətirilməsindən gedir.
Xülasə bu uğuru Ayxan Abbasov da bacarardı. Amma iş elə gətirdi ki, Quliyev həmvətəninə yox, əcnəbiyə güvəndi. Abbasovun yaxınlarından eşitdiyimizə görə, o belə futbolçuların gətirilməsinə icazə veriləcəyi təqdirə qalıb işləyəcəyini deyib.
Kurban Berdıyev uğur qazandı, sağ olsun. Amma belə sıxıcı futbol Tovuz camaatını həmişə qane etməyəcək. Azarkeşlər rəngarəng, baxımlı oyun arzulayır. Kurban Berdıyev isə heç vaxt bunu bacarmayıb. Rusiya futbolunda azarkeşlərin ondan əsas narazılığı müdafiə futbolunu bu ölkəyə gətirib, çempionata marağı aşağı salmasıyla bağlı idi.
Nəticə daha vacibdi, “ok”. Amma bu həmişə olmayacaq. Necə ki, ötən mövsüm olmadı. Çox güman, “Turan Tovuz” avrokuboklara gedəcək. Bu uğur üçün təşəkkürlər, Berdıyev! Gedə bilərsən...
MÜZƏFFƏR QULUZADƏ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 17 Aprel 2026 00:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see320

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see291

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see275

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see274

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see266

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see266

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see246

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see233

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see229

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see220

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see204

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see203

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see196

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see196

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see192

“17 ildir günahsız yerə həbsdə yatıram“ 70 yaşlı ömürlük məhkum

13 Oktyabr 2026 18:14see190

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see189

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see187

Meyitdən ürək köçürülən Rəşad cəmi 1 il yaşadı

13 Oktyabr 2026 15:51see183

Aktrisa Selma Bler Nyu York Hava Limanında uçuş heyətinə hücum etdiyi üçün həbs olunub

13 Oktyabr 2026 16:28see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri