Avropa ABŞ texnologiyalarından asılılığı azaltmağa çalışır
Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.
Avropadakı ABŞ müttəfiqləri, eləcə də Böyük Britaniya və Avstraliya Amerika texnologiyaları və silahlarından asılılığı azaltmağa daha fəal şəkildə çalışırlar. Buna səbəb Vaşinqtonun xarici tərəfdaşların kritik əhəmiyyətli xidmətlərə, o cümlədən “Microsoft”un bulud məhsullarından “Anthropic” şirkətinin süni intellekt modellərinə qədər müxtəlif texnologiyalara çıxışını məhdudlaşdırdığı hallar olub, — The Economist yazır.
Müttəfiqlərin narahatlığını Donald Trampın Beynəlxalq Cinayət Məhkəməsinə qarşı tətbiq etdiyi sanksiyalar daha da artırıb. Bu sanksiyalar nəticəsində keçmiş prokuror Kərim Xan “Microsoft”un xidmətlərindən istifadə imkanını itirib. Şirkət isə onun xidmətlərə çıxışının dayandırıldığını təkzib edir. Bundan əlavə, Ağ Evin qərarı ilə xarici ölkələrin “Anthropic” şirkətinin süni intellekt modellərinə çıxışına müvəqqəti məhdudiyyət qoyulub.
Digər mühüm siqnal isə ötən il ABŞ-ın Ukraynaya silah tədarükünü iki dəfə dayandırması olub. Bu hadisə bir təchizatçıdan texnoloji asılılığın yaratdığı riskləri nümayiş etdirib.
Buna cavab olaraq bir sıra ölkələr “texnoloji suverenliyi” təmin etmək istiqamətində addımlar atmağa başlayıb. Almaniyanın Şlezviq-Holşteyn federal torpağında rəqəmsallaşma naziri Dirk Şredter 30 min dövlət qulluqçusunu “Microsoft Teams” platformasından Avropanın “OpenTalk” xidmətinə keçirib və “Windows” əməliyyat sistemindən “Linux”a keçid prosesinə başlayıb.
Fransa dövlət səviyyəsində “Teams”dən imtina etməyi və kompüterlərin bir hissəsini “Linux”a keçirməyi planlaşdırır. İspaniyanın Reus şəhəri və Danimarkanın Orhus şəhəri Avropanın “Nextcloud” və “Hetzner” bulud xidmətlərinə keçib. İspaniya həmçinin “Lockheed Martin” şirkətinin istehsal etdiyi F-35 qırıcılarının alınması ilə bağlı sifarişi ləğv edib.
Müttəfiqlərin ABŞ şirkətlərindən asılılığının miqyasını statistika da göstərir. ABŞ-ın ictimai şirkətlərinin 25 trilyon dollarlıq satışının təxminən 500 milyard dolları, yəni 2 faizi xarici hökumətlərin payına düşür. Bu, ABŞ istisna olmaqla, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) üzv ölkələrdə bütün dövlət satınalmalarının təxminən 7 faizinə bərabərdir.
TenderAlpha-nın məlumatına görə, ABŞ şirkətlərinin dövlət müqavilələrindəki payı Avstraliyada 6 faiz, Böyük Britaniyada 4 faiz, Fransada 2 faiz, Almaniyada isə 1 faizdir.
ABŞ şirkətlərinin xarici hökumətlərdən əldə etdiyi gəlirlərin təxminən 40 faizi informasiya texnologiyaları və müdafiə sektorlarının payına düşür.
S.ELAY
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 17 Avqust 2026 10:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















