Icma.az
close
up
RU
Avropa avtomobilləri üçün ÇİN TƏHLÜKƏSİ Ekspert nələri danışdı?

Avropa avtomobilləri üçün ÇİN TƏHLÜKƏSİ Ekspert nələri danışdı?

Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Çin avtomobil sənayesi də daxil olmaqla, bir sıra iqtisadi sektorlarda Avropadan öndədir. Bunu Niderlandın Baş naziri Rob Yetten deyib. O bildirib ki, Çin avtomobil sənayesi, xüsusən də elektrikli nəqliyyat vasitələri kimi bəzi sektorlarda Avropadan açıq şəkildə irəlidədir.

Bəs Çin yaxın gələcəkdə Avropanın və ümumiyyətlə dünyanın avtomobil brendlərini sıradan çıxara bilərmi?

Mövzu ilə bağlı "Azpolitika"ya açıqlama verən Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası İdarə Heyətinin sədri Eyyub Əliyevin sözlərinə görə, dünya iqtisadiyyatında baş verən proseslərə nəzər saldıqda, Avropa ilə Çin arasında ciddi rəqabətin mövcud olduğunu görürük:

"Bu rəqabət xüsusilə iqtisadi və ticarət sahəsində özünü göstərir. Avropa müəyyən sahələrdə Çindən asılılığı azaltmağa və özünə alternativ bazarlar yaratmağa çalışır.

Avropa öz maraqlarına uyğun şəkildə hərəkət edir və Çinlə münasibətlərdə müəyyən dəyişikliklərə nail olmağa çalışır. Onlar Çindən asılılığın azaldılması üçün müxtəlif addımlar atırlar. Amma Çinlə iqtisadi əlaqələrdən tamamilə imtina etmək o qədər də asan deyil. Çünki Çin böyük istehsalçı və nəhəng bazardır. Çin məhsulları həm Avropada, həm Amerikada, həm də dünyanın digər böyük bazarlarında geniş şəkildə satılır. Ona görə də Çindən tamamilə uzaqlaşmaq qısa müddətdə mümkün görünmür".

Ekspertin fikrincə, daha çox müəyyən strateji sahələrdə asılılığın azaldılması və alternativlərin yaradılması istiqamətində addımlar atılır:

"Bu prosesin nə qədər uğurlu olacağını isə zaman göstərəcək. Əsas məsələ ondan ibarətdir ki, Avropa ilə Çin arasında iqtisadi rəqabət bundan sonra da davam edəcək və müəyyən sahələrdə bunun daha da kəskinləşməsi mümkündür".

Günəş Fərəh

Azpolitika.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 25 Sentyabr 2026 17:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see780

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see521

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see310

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see286

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see281

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see264

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see254

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see243

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see239

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see239

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see231

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see228

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see225

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see222

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see211

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see202

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see199

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see197

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see187

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri