Icma.az
close
up
RU
Avropa Azərbaycan əməkdaşlığının ən uğurlu NÜMUNƏSİ

Avropa Azərbaycan əməkdaşlığının ən uğurlu NÜMUNƏSİ

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Azərbaycan ilə İtaliya arasındakı münasibətlər uzun illərdir ki, strateji tərəfdaşlıq səviyyəsində inkişaf etməkdədir. 

Bu əlaqələrin möhkəmlənməsində cənab Prezident İlham Əliyevin uzaqgörən siyasəti və liderliyi xüsusi rol oynayır. Onun təşəbbüsü ilə iki ölkə arasında yalnız siyasi deyil, eyni zamanda iqtisadi, enerji, təhsil və mədəni sahələrdə də etibarlı və qarşılıqlı faydalı əməkdaşlıq formalaşıb".

"Cebheinfo.az" xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Səbinə Salmanova deyib.

O xatırladıb ki, İtaliya Azərbaycan Respublikasının müstəqilliyini 1992-ci il yanvarın 1-də ta­nıyıb. Həmin ilin mayın 8-də isə iki ölkə arasın­da diplomatik əlaqələr qurulub:

“1997-ci ilin mart ayında İtaliyanın Azərbaycanda, 2003-cü ilin dekabr ayında isə Azərbayca­nın İtaliyada səfirliyi açılıb. Ümummilli Lider Heydər Əliyevin 1997-ci ilin sentyabrında İtaliyaya ilk rəs­mi səfəri iki dövlət arasında bütün sahələr­də münasibətlərin inkişaf etdirilməsi üçün əhəmiyyətli addım olub. 

Ulu Öndərin səfəri nəticəsində iki dövlət arasında siyasi, iqtisadi, mədəni və texniki əməkdaş­lıq üzrə yeddi saziş imzalanmışdı. Həmin səfərdən sonra qarşılıqlı münasibətlər və əlaqələr artan xətt boyunca inkişaf etməyə başladı və bundan sonra bir sıra səfərlər həyata keçirildi. İtaliya Prezidenti Sercio Mattarellanın 2018-ci ilin iyulunda Azər­baycana ilk dövlət səfəri də əlaqələrimi­zin inkişafında xüsusi yer tutur. 

Bu səfər­dən sonra Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci ilin fevralında İtaliya­ya dövlət səfəri baş tutub. Böyük uğurla keçən səfər çərçivəsində iki ölkə arasında siyasi, iqtisadi, enerji, mədəniyyət, turizm, kənd təsərrüfatı, hərbi, nəqliyyat, təhsil, idman, kosmos, investisiya, ixracın təşviqi və digər sahələri əhatə edən 28 sənəd im­zalanıb. 

Romada, həmçinin Azərbaycanın dövlət başçısı və İtaliya Nazirlər Şurasının Sədri “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”ni imzalayıblar. Dövlətimizin başçısının 2022-ci ilin sentyabrında İtaliya­ya baş tutan işgüzar səfərinin gündəliyi də kifayət qədər geniş olub. 

Səfər çərçivəsində dövlət başçımızın iştirakı ilə Romada Azər­baycan Respublikasının səfirliyinin yeni binasının açılışı oldu, İtaliya–Azərbaycan Univer­siteti üzrə əməkdaşlıq çərçivəsi müəyyən edildi, fakültə və proqramların yaradılması ilə bağlı ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi arasında akade­mik əməkdaşlığa dair sazişlərin imzalanma mərasimi keçirilmişdi. 

Dövlətimizin başçısının İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın dəvəti ilə ötən ilin sentyabrın 4-də Romaya işgüzar səfəri də gerçəkləşmişdi və Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxış etmişdi. 

Ötən gün Sercio Mattarellanın Azərbaycana rəsmi səfəri isə bu strateji tərəfdaşlığın yeni mərhələyə keçdiyini göstərir və iki ölkə arasında qarşılıqlı etimadın, əməkdaşlığın və dostluğun daha da möhkəmlənməsinə xidmət edir”.

S. Salmanova bildirib ki, Prezident İlham Əliyev Azərbaycan–İtaliya əlaqələrinin inkişafında xüsusi rola malikdir:

“Onun diplomatik liderliyi, strateji baxışı və milli maraqları ön plana çıxaran siyasəti nəticəsində əlaqələr təkcə ikitərəfli deyil, həm də regional və qlobal səviyyədə nümunəvi tərəfdaşlıq xarakteri alıb. Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən enerji layihələri, xüsusilə Cənub Qaz Dəhlizi Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolunu daha da artırıb. 

Bu layihə İtaliya ilə strateji əməkdaşlığın dərinləşməsinə, qarşılıqlı faydalı tərəfdaşlığın möhkəmlənməsinə xidmət edir. Xam neft və neft məh­sullarının ixracında İtaliya Azərbaycanın ən iri ticarət tərəfdaşına çevrilib”.

İşçi qrupun üzvü qeyd edib ki, Azərbaycan və İtaliya arasında iqtisadi əməkdaşlıq yüksək səviyyədədir:

“Ölkələr arasındakı illik ticarət dövriyyəsi hər il artmaqdadır və bu, İtaliyanın Cənubi Qafqaz regionunda əsas tərəfdaş olduğunu göstərir. İşğaldan azad edilmiş ərazilərin bərpası və infrastruktur layihələrində İtaliya şirkətlərinin iştirakı, həm iqtisadi əməkdaşlığın genişləndirilməsi, həm də iki ölkə arasında qarşılıqlı etimadın gücləndirilməsinə xidmət edir. Mədəni əlaqələrdən danışarkən isə Heydər Əliyev Fondunun təşəbbüsü ilə bərpa edilən Müqəddəs Marçellinio və Pietro katakombalarını da xüsusi qeyd etmək lazım­dır. 

Bu baxımdan, Vatikanda Heydər Əliyev Fondunun bəşəriyyət üçün dəyərli əsərlərin qorunması, gələcək nəsillər üçün saxlanıl­ması istiqamətindəki səyləri mədəni dünya tərəfindən çox yüksək qiymətləndirilir. İtaliya ilə Azərbaycan arasında təhsil sahəsində də əməkdaşlıq inkişaf etməkdədir. İtaliya-Azərbaycan Universitetinin açılışının baş tutması ilə bunun bariz nümunəsidir”. 

Parlamentari hesab edir ki, İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana rəsmi səfəri iki ölkə arasında strateji tərəfdaşlığı daha da inkişaf etdirəcək və münasibətlərdə yeni səhifə açacaq: 

“Həmçinin gələcək illərdə də İtaliya və Azər­baycan arasında siyasi, iqtisadi və mədəni əlaqələrini qorunub saxlanmasına və daha da inkişaf etdirilməsinə xidmət göstərəcək. Beləliklə, iki ölkə arasında qarşılıqlı münasibətlər Avropa və Azərbaycan arasında əməkdaşlığın ən uğurlu nümunəsi kimi öz əhəmiyyətini daha da artıracaq”. 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:186
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 01 Oktyabr 2025 10:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see397

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see367

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see355

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see296

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see279

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see256

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see250

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see247

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see235

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see225

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see222

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see222

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see216

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see213

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see201

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see201

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see192

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see167

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see166

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri