Icma.az
close
up
RU
AzərbaycanTürkiyə kino əməkdaşlığının İLK NÜMUNƏSİ: “Azərbaycan Atabəyləri”nin YARATDIĞI TƏƏSSÜRAT

AzərbaycanTürkiyə kino əməkdaşlığının İLK NÜMUNƏSİ: “Azərbaycan Atabəyləri”nin YARATDIĞI TƏƏSSÜRAT

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

Azərbaycan Dövlət Televiziyası (AZTV), Mədəniyyət Nazirliyi, Kino Agentliyi (ARKA), həmçinin “Şahdağfilm”, Türkiyənin “İkinciYeniFilm”, “Patik Prodüksiyon” və “Ernet Grup” prodakşnlarının birgə iştirakı ilə “Azərbaycan Atabəyləri” adlı tarixi bədii-sənədli film çəkilib. Ötən gün Heydər Əliyev Mərkəzində filmin qala gecəsi keçirilib. Mərasimdə dövlət və hökumət rəsmiləri, millət vəkilləri, tanınmış mədəniyyət xadimləri və digər qonaqlar iştirak ediblər.

Qeyd edək ki, filmin ssenarisi Azərbaycan Milli Elmlər Akademiyası Tarix və Etnologiya İnstitutunun əməkdaşları, müstəqil tarixçilər və hərbi ekspertlərin bilik və təcrübələri əsasında yazılıb. Orta əsrlərin orijinal dil-üslubu, sosial və mədəni strukturunu əks etdirmək üçün geniş araşdırmalar əsasında hazırlanan ssenari tarixi mənbələrdən istifadə edilərək qələmə alınıb. Filmdə Dəbil döyüşü, 1139-cu il böyük Gəncə zəlzələsi və dövrün saray çevrilişləri kimi hadisələr də əks etdirilib.

Moderator.az bildirir ki, Medianews.az “Azərbaycan Atabəyləri”nin qala gecəsində iştirak edən, ekran əsərinin ilk tamaşaçılarından olan ziyalıların film barədə təəssüratını öyrənib.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, tarix elmləri doktoru Vasif Qafarov bildirib ki, tarixi mənbələr əsasında yazılan ssenari üzrə çəkilən bu film çox müsbət təəssürat yaradıb. Millət vəkilinin sözlərinə görə, belə bədii-sənədli filmlərin Azərbaycan tarixinin bütün dövrləri üzrə çəkilməsinə ehtiyac var: “Azərbaycan Atabəyləri” adlı tarixi bədii-sənədli filmin Heydər Əliyev Mərkəzində keçirilən qalasında biz də iştirak etdik. Tarixi mənbələr əsasında yazılan ssenari üzrə çəkilən bu film çox müsbət bir təəssürat yaratdı. Belə tarixi bədii-sənədli filmlərin Azərbaycan tarixinin bütün dövrləri üzrə çəkilməsinə ehtiyac var. Biz böyük, zəngin tarixə malik xalqıq. Tariximizin hər bir dövründə xalqımızın, dövlətimizin taleyində çox mühüm rol oynayan qəhrəmanlarımız var. Tariximizdəki mühüm qəhrəmanlıq səhifələri ilə bağlı tarixi bədii-sənədli filmlərin çəkilməsi dövlətçilik tariximizin öyrənilməsi və təbliği baxımından da zəruridir. Bu cür tarixi sənədli filmlərin ssenarilərinin yazılmasına tarixçilər də cəlb edilməlidir və onların tövsiyələri nəzərə alınmalıdır. Azərbaycan səltənətində bir-birini əvəz edən sülalələrin iqtidar dövrü ayrı-ayrı dövlətlər şəklində deyil, Azərbaycan taxtında bu sülalələrin hakimiyyət dövrü kimi təqdim edilməlidir”.

Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Mətbuat Şurasının sədri Rəşad Məcid ilk növbədə yaradıcı heyəti, filim üzərində çalışanları, prodakşınları təbrik edib. O bildirib ki, bu filim üçün sanbalı əmək, böyük zəhmət çəkildiyi hiss olunur: “Elə filimə layiq, təntənəli tətqimat mərasimi, premyerası keçirildi. Film tarixi bədii-səndəli janırdır. Ona görə də tarixi həqiqətləri çatdırmaq nöqteyi-nəzərindən daha geniş imkanlar verir. Film bir necə baxımdan mənim üçün dəyərli oldu. İlk növbədə maarifləndirici funksiya daşıyır. Bizim tariximizin qaranlıq dövrləri var ki, o illərdə baş verən hadisələrin məhz belə tarixi, bədii-sənədli film janırında təqdim olunması maraqlıdır, vacibdir. Bunlar tariximizin öyrənilməsi baxımından əhəmiyyət daşıyır. Eyni zamanda bu günümüzdən, qalib Azərbaycan nöqteyi-nəzərindən keçmişə baxıb baş verən hadisələrdən ibrətamiz məqamlar götürmək üçün də əhəmiyyətlidir. Prezident İlham Əliyev hər zaman qeyd edib ki, çoxəsrli Azərbaycan tarixində bizim Qarabağ zəfəri kimi parlaq zəfər olmayıb. Ona görə də keçmişdəki zəfərlərimizin öyrənilməsi, bu günlə müqayisəsi də vacib və lazımlıdır. Hesab edirəm ki, vətənpərvərlik baxımından da tarixi gerçəklikləri bilməyimiz çox vacibdir”.

R.Məcid aktyor oyununu xüsusi vurğulayaraq, onların işini də yüksək qiymətləndirib: “Aktyor oyunu çox yaxşı idi. Aktyorlar doğru seçilmişdi. Həmçinin, bu ekran əsəri Azərbaycan və Türkiyə film istehsalı sahəsində əməkdaşlığının ilk nümunəsidir, başlanğıcıdır. Son illərdə Türkiyə həm bədii filmlər, həm serial istehsalında xeyli öndədir. Bu baxımdan Azərbaycanla Türkiyənin kino çəklişində əməkdaşlıq etməsi önəmlidir və öz bəhrəsini verəcək. Bir daha prosesdə əməyi olan hər kəsi təbrik edirəm”.

Xatırladaq ki, “Azərbaycan Atabəyləri” filminin çəkilişləri Azərbaycan və Türkiyədən olan peşəkar kino işçilərinin birgə əməkdaşlığı ilə həyata keçirilib. Yaradıcı və texniki heyətin 80 faizindən çoxu azərbaycanlı kino mütəxəssisləridir. Çəkilişlərdə məkan olaraq ölkəmizdə mövcud olan real tarixi qala və komplekslərdən istifadə edilib.

Filmin quruluşçu rejissoru Məcit Güvən, ssenari müəllifləri Sərvər Bayramov, İlqar Mehti, Səxavət Sahil və Ərcan Kayadır. Prodüserlər İlqar Mehti, Sərvər Bayramov və Türkiyədən “İkinciYeniFilm”i təmsil edən Furkan Bəsli, quruluşçu rəssam isə Zəfər Malkoçdur.

Bədii-sənədli filmdə tanınmış K1 döyüşçüsü Zabit Səmədov Şəmsəddin Eldəniz obrazını canlandırıb. İlqar Mehti isə Qara Sunqur rolunda çəkilib. Digər əsas rollarda isə Xalq artisti Mehriban Zəki (Möminə xatın), Əməkdar artist Bəhruz Vaqifoğlu (Məhəmməd Cahan Pəhləvan), Jalə Həsənli (Zübeydə xatın), Günay Əhməd (Laçın), Tural Əhməd (Arslan şah), İlqar Musayev (Candar Çavlı), Səmimi Fərhad (Vəzir əl-Xəzni), Samir Qulamov (Gəncər bəy), Salam İsmayılov (Şeyx İmad), Türkay Cəfərli (Şeyx İmadın köməkçisi), Rəşad Kəsəmənli (Sərkərdə), Hidayət Əliyev (Sultan Məsud) və ölkəmizin digər sənətçiləri yer alıblar.

Filmdə 100-dən çox aktyor epizodları canlandırıb, ümumilikdə isə heyətdə 500 nəfərdən çox insan çalışıb. Dövlət-özəl tərəfdaşlığı ilə ərsəyə gətirilən film dekabrın 5-dən kinoteatrlarda nümayiş olunacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:138
embedMənbə:https://moderator.az
archiveBu xəbər 04 Dekabr 2024 16:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri