Icma.az
close
up
RU
Avropa birmənalı şəkildə Trampa qarşı dayandı ŞƏRH EDİLDİ

Avropa birmənalı şəkildə Trampa qarşı dayandı ŞƏRH EDİLDİ

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“ABŞ prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putinin görüşü gözlənilir və hazırda bununla əlaqədar işlər başlanılıb. Artıq Səudiyyə Ərəbistanda hər iki tərəfindən nümayəndə heyətinin iştirakı ilə görüş keçirilib. Görüşdə təmas quruplarının yaradılması barədə razılığına gəlinib. Müəyyən məsələlər hazır olmalıdır, eləcə də 60-70% razılaşdırılmış məsələlər ortaya gəlməlidir ki, liderlər əlavələrini edərək sonda razılaşsınlar. Bu görüş iki istiqamətdə gedir. Rusiya və Amerika münasibətlərinin normallaşdırılması, Rusiyaya olan sanksiyaların mümkün dərəcədə yüngülləşdirilməsi və ona uyğun digər məsələlər, həmçinin Rusiya tərəfi hansı güzəştlərə gedəcək və hansı sahədə geri çəkiləcək mövzusunda müzakirələr olacaq”. Bu sözləri siyasətçi, Azad Vətən Partiyasının sədri Akif Nağı SİA-ya açıqlamasında deyib.

Onun sözlərinə görə, digər məsələ isə Rusiya-Ukrayna müharibəsinin dayandırılması və ərazidə atəşkəsə dair sənədin imzalanması üzrədir: “Danışıqların gedişində hansısa sazişin mətninin hazırlanmasına dair işlər aparıldığını göstərir. Hər halda söhbət Rusiya-Ukrayna müharibəsinin dayandırılmasından gedir və ortada müxtəlif mövqelər var. Trampın mövqeyi imkan daxilində daha tez hərbi əməliyyatları dayandırmaq istiqamətindədir və prinsipli yanaşmada ondan ibarətdir ki, Ukrayna müəyyən ərazi itkiləri ilə hesablaşmalıdır. Ukrayna prezidenti Zelenski ərazi itkilərini minimuma endirməyə və tam məğlub vəziyyətdə qalmamağa çalışır. Rusiyanın isə bu məsələ ilə bağlı mövqeyi bundan ibarətdir ki, ərazilərin mübadiləsindən söhbət gedə bilməz. Burada Ukrayna Kursk vilayətinin ərazilərini öz ərazilərinin bir hissəsi ilə əvəz edilməsindən də söhbət gedir. Ona görə də razılıq əldə olunması çox çətindir”.

Siyasətçi həmçinin bildirib ki, Ukrayna rəhbərliyi müqavimət göstərir: “Avropa da birmənalı şəkildə Trampa qarşı dayandı. Həmçinin Amerikanın müttəfiqqi olan İngiltərə də Trampa qarşı dayandı və Avropa bloku ilə birlik oldu. Fransanın təşəbbüsü ilə Avropa liderlərinin görüşü oldu. Lakin konkret qərar olmadı, hər halda mövqe nümayiş etdirirlər ki, bunlar Trampın variantı ilə razı deyillər. Eyni zamanda NATO-nun rəhbəri Ruttenin də Amerikaya qarşı çıxış etməsi maraqlıdır. Çünki Amerika NATO-nun nəzarəti altında olan ölkədir, lakin rəhbəri açıq şəkildə Amerikaya qarşı çıxır. Hər halda nəticə əldə olunacağına ümid etmək olar.

Türkiyə isə hər zaman regionda məsələlərin həllində həlledici rol oynayıb. Türkiyənin də mövqeyi ortadadır və vasitəçi rol oynamağı təklif edib. Böyük ehtimalla ola bilsin ki, məhz Türkiyənin variantı ilə məsələ həll olunsun. Həmçinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlamasında bildirib ki, Trampla mövqeyi demək olar üst-üstə düşür. Bununla yanaşı Zelenski Türkiyəyə gələrək görüş keçirdi və danışıqlar apardı. Rusiya prezdenti ilə ABŞ prezdenti arasındakı görüş regionda bir sıra mövqeləri aydınlaşdıracaq. Həmçinin Azərbaycanın da mövqeyi Türkiyə ilə üst-üstə düşür. Hər halda bu görüşdən sonra Azərbaycanın mövqeyi azalmayacaq”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:189
embedMənbə:https://sia.az
archiveBu xəbər 19 Fevral 2025 15:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see392

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see308

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see236

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see231

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see220

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see213

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see211

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see210

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see207

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see199

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see199

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see194

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see193

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see191

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see190

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see181

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see178

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see175

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see175

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri