Icma.az
close
up
RU
Avropa bizə nə qədər lazımdırsa, biz də Avropaya o qədər lazımıq

Avropa bizə nə qədər lazımdırsa, biz də Avropaya o qədər lazımıq

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Cəmi 24 il əvvəlin söhbəti olduğuna  görə, yəqin ki, çox adamın yadındadır.  2001-ci il yanvarın bu günlərində həm Azərbaycan mətbuatı, həm də Avropa Şurasına üzv olan ölkələrdəki həmkarlarımız iki cümləlik bir xəbəri dönə-dönə təkrarlayırdılar: “2001-ci il yanvarın 17-də  Avropa Şurası Nazirlər Komitəsi Azərbaycanın təşkilata tamhüquqlu üzv qəbul olunması haqqında qərar qəbul edib. 25 yanvar 2001 — Azərbaycan Avropa Şurasına tamhüquqlu üzv olub. Strasburqda, Avropa Şurası Mənzil-Qərargahının qarşısında Azərbaycanın Bayrağı qaldırılıb”.

Olduqca yığcam xəbərdir. Ancaq gənc müstəqil Azərbaycan dövlətinin üçrəngli bayrağının Avropanın mərkəzində, qitə miqyaslı mötəbər təşkilatın mənzil-qərargahı qarşısında qaldırılmasına gedən yol o qədər də asan olmamışdı. O zaman bizə dəfələrlə demişdilər ki, Sovet “şinelindən çıxmış” Azərbaycan Respublikasının Avropa ailəsinə üzv olması çətin məsələdir. Guya, Azərbaycanda çoxsahəli islahatlar aparılmalı, SSRİ dönəmindən qalmış qanunvericilik bazası tamamilə dəyişdirilməlidir. Bizə bu iradları tutanlar inana bilmirdilər ki, Azərbaycan Prezidenti Heydər Əliyev qısa müddətdə ölkəmizin Avropa dəyərlərinə cavab verə biləcək qanunvericilik  bazasının və xüsusən, yeni Əsas qanunumuzun ərsəyə gəlməsini təmin etmişdir. 
Ulu öndər bütün bunları nəzərə alaraq, Azərbaycanın AŞPA-ya tamhüquqlu üzv  qəbul edilməsi mərasimində çıxış edərkən avropalı siyasətçilərin diqqətinə iki mühüm tezisi çatdırmışdı: Avropa bizə nə qədər lazımdırsa, biz də Avropaya o qədər lazımıq. Azərbaycan Avropa mədəniyyətinə öz töhfələrini verməyə hazırdır. Geridə qalan illər sübut etdi ki, Azərbaycan dövləti öz əzəli prinsiplərinə nə qədər sadiq olsa da, AŞPA rəsmiləri həmin sədaqəti qiymətləndirə bilmədilər. Bu isə artıq başqa yazının mövzusudur. Çünki indiki yazıda ölkəmizin bu quruma üzv olmasının tarixçəsindən söz açacağıq. 
Məlum olduğu kimi, Azərbaycan Respublikası milli maraqlarını qlobal səviyyədə müdafiə etməklə beynəlxalq təşkilatların işində fəallığı ilə seçilir və təhlükəsizlik problemlərinə tərəfdaş dövlətlərin diqqətini cəlb edir. Müxtəlif maraqların toqquşduğu Cənubi Qafqaz regionunda balanslaşdırılmış xarici siyasət yürüdən Azərbaycan beynəlxalq prinsiplər əsasında ayrı-ayrı dövlətlər və təşkilatlarla bərabərhüquqlu və qarşılıqlı hörmətə əsaslanan əlaqələrə üstünlük verir. Belə nüfuzlu təşkilatlardan biri də Avropa Şurasıdır. Təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan  xarici siyasət kursumuzda beynəlxalq təşkilatlarla münasibətlərin qurulması və inkişaf etdirilməsi prioritet istiqamətlərdən biridir.
Xatırladaq ki, 1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə qayıdan Heydər Əliyev respublikada möhkəm təməllər üzərində ictimai-siyasi sabitliyin təmin olunması, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi, sürətli iqtisadi inkişafın təmin olunması üçün bütün qüvvələri səfərbər etdi. Regionun nüfuzlu beynəlxalq təşkilatı sayılan Avropa Şurası ilə əməkdaşlıq da həmin dövrdən zəruri məsələ kimi gündəmə gəlmiş, respublikamızın öz maraqlarını qorumaq, ölkə həqiqətlərini dünyaya çatdırmaq, demokratikləşmə prosesini sürətləndirmək məqsədilə təşkilata üzvlüyü vacib saymışdır.
Ulu öndərin dediyi “Ümidvaram ki, Azərbaycan tezliklə Avropa Şurasının tamhüquqlu üzvü olacaqdır. Biz müasir Avropa demokratiyasının yüksək standartlarına cavab vermək üçün öz tərəfimizdən hər şeyi edəcəyik”, tezisi qısa müddətdə reallaşdırılmışdır. Üstəlik, bu siyasi kursun nəticəsi olaraq Azərbaycan dünyanın nüfuzlu beynəlxalq təşkilatlarının  –  BMT, ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər mötəbər qurumların üzvü kimi onların işində yaxından iştirak etməklə özünəməxsus nüfuz və reytinq qazanmışdır. 
O ki qaldı, Azərbaycanın Avropa Şurasına üzv kimi qəbul edilməsinə, deməliyik ki, bu fakt  ölkəmizin beynəlxalq münasibətlər sistemindəki mövqeyinin formalaşmasında önəmli rol oynayıb. Hamının yadındadır ki, müstəqilliyinin ilk illərində ağır daxili və xarici böhran yaşayan Azərbaycan bu beynəlxalq təşkilata tamhüquqlu üzv olmaq üçün çətin yol qət edib. 
Azərbaycan ilə Avropa Şurası arasında əlaqələrin tarixi 1992-ci ildən başlayıb. Həmin il yanvarın 24-də Azərbaycan parlamenti “xüsusi dəvət edilmiş qonaq” statusu almaq üçün Avropa Şurasına müraciət edib. 1996-cı il martın 17-18-də Azərbaycan Avropa Komissiyasına üzv qəbul olunub. Həmin il iyunun 28-də AŞPA Bürosu Azərbaycana “xüsusi dəvət edilmiş qonaq” statusunun verilməsi barədə qərar qəbul edib. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev iyulun 13-də Avropa Şurası baş katibinin adına məktub göndərərək, Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul edilmək və digər üzv dövlətlər kimi, İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasına qoşulmaq arzusunda olduğunu bildirib.
Qeyd olunur ki, Ulu öndər 1998-ci il yanvarın 20-də  “Azərbaycan Respublikası ilə Avropa Şurası arasında əməkdaşlığın dərinləşdirilməsi və Azərbaycan Respublikasının Avropada mənafelərinin müdafiə edilməsi sahəsində tədbirlər haqqında”, 1999-cu il oktyabrın 21-də “Avropa Şurasında Azərbaycan Respublikasının təmsilçiliyinin təşkilati təminatı haqqında” sərəncamlar imzalayıb.
Sonrakı  il iyunun 26-28-də isə AŞPA-nın növbəti sessiyasında Azərbaycan Respublikasının Avropa Şurasının tamhüquqlu üzvlüyünə qəbul edilməsinə dair müsbət rəy verilib. Avropa Şurası Nazirlər Komitəsinin 2000-ci il noyabrın 7-9-da keçirilən sessiyasında “Azərbaycanın Avropa Şurasına üzv olmağa dəvət edilməsi” adlı 14 saylı qətnamə qəbul edilib.
Nəhayət, 2001-ci il yanvarın 17-də Avropa Şurası Nazirlər Komitəsinin nümayəndələr səviyyəsində keçirilmiş iclasında Azərbaycan Respublikasının Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsinə dair qərar qəbul olunub. Həmin il yanvarın 25-də Prezident Heydər Əliyevin iştirakı ilə Strasburqda Azərbaycanın Avropa Şurasına üzv qəbul edilməsi münasibətilə rəsmi mərasim keçirilib və qurumun binasının qarşısında dövlətimizin bayrağı ucaldılıb.
Bəs bu faktın  gənc müstəqil Azərbaycan dövlətinə faydası nə olub? Bu suala cavab verən ekspertlər yazırlar ki, ­2001-ci il aprelin 24-27-də Avropa Şurası Parlament Assambleyasının plenar sessiyası bizim üçün daha əlamətdar olub. Çünki Azərbaycan Respublikasının AŞPA-dakı nümayəndə heyəti İlham Əliyevin rəhbərliyi ilə ilk dəfə olaraq bu qurumun iclasında tamhüquqlu üzv kimi iştirak edib. Elə ilk sessiyadan başlayaraq Ermənistanın işğalçılıq siyasətinin nəticələri avropalıların diqqətinə çatdırılıb. Sessiyada 9 ölkə və AŞPA-da fəaliyyət göstərən 5 siyasi qrupu təmsil edən 29 nümayəndə tərəfindən imzalanmış “Ermənilər tərəfindən azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımının tanınması” adlı yazılı bəyanat və 14 ölkəni təmsil edən 20 nümayəndə tərəfindən imzalanmış “Ermənistan və Dağlıq Qarabağda saxlanılan müharibə əsirləri və girovları” adlı tövsiyə üçün təklif AŞPA-nın rəsmi sənədləri kimi yayılıb. 
Mütəxəssislərin fikrincə, həmin sənədlərdə ermənilər tərəfindən Xocalı əhalisinin kütləvi şəkildə qətlə yetirilməsi, Ermənistanın Azərbaycan ərazilərinin 20 faizini işğal etməsi, Ermənistanda və işğal altındakı torpaqlarımızda uşaqlar, qadınlar və yaşlılar da daxil olmaqla 783 azərbaycanlı girovun saxlanılması faktı və digər vacib məsələlər vurğulanıb.
2003-cü il yanvarın 27-də isə AŞPA Bürosunun iclasında Azərbaycanın Assambleyadakı nümayəndə heyətinin rəhbəri İlham Əliyev Büronun üzvü və qurumun vitse-prezidenti seçilib. Ölkəmizin  Avropa Şurasına tamhüquqlu üzv seçilməsindən sonra bu qurumla münasibətlərin genişləndirilməsi istiqamətində önəmli addımlar atılıb. Əlaqələrin daha da dərinləşdirilməsi məqsədilə bir sıra qarşılıqlı səfərlər həyata keçirilib.
Bildirilir ki, 2004-cü il aprelin ­28-29-da Prezident İlham Əliyev Strasburqa səfəri çərçivəsində Avropa Şurasının bir sıra yüksək rütbəli nümayəndələri ilə görüşüb. Səfər zamanı Avropa Şurası Parlament Assambleyasının sədri Piter Şider Azərbaycan Prezidentinə AŞPA-nın fəxri üzvü diplomunu və medalını təqdim edib.
... Çox təəssüf ki, Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun gündən-günə artması, bütün beynəlxalq təşkilatlarda fəal iştirakımız, xüsusən, ölkəmizin ərazi bütövlüyünü və suverenliyimizi təmin etməyimiz dünyanın müxtəlif qütblərindəki anti-türk və anti-Azərbaycan qüvvələri ciddi şəkildə narahat etmişdir. Erməni diaspor və lobbisinin hərtərəfli dəstəyini alan həmin qüvvələr AŞPA tribunasını anti-Azərbaycan çağırışlar meydanına çevirmişlər. Təbii ki, Azərbaycan bu haqsızlıqlara və qeyri-adekvat addımlara dözə bilməzdi və dözmədi. Ancaq biz inanırıq ki, qədim dövlətçiliyə və demokratiyaya malik olan Avropa siyasətçiləri tutduqları səhv yoldan iimtina edəcək və Azərbaycanın AŞPA ilə münasibətləri öz əvvəlki məcrasına qayıdacaqdır. 

İttifaq MİRZƏBƏYLİ 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:249
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 Yanvar 2025 11:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see373

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see286

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see284

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see281

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see280

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see274

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see273

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see255

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see252

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see247

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see243

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see241

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see236

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see224

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see216

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see216

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see215

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see198

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see191

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri