Icma.az
close
up
RU
Avropa epidemiya ilə bağlı həyəcan siqnalı verib, ölkəmizdə də sürətlə yayılacaq

Avropa epidemiya ilə bağlı həyəcan siqnalı verib, ölkəmizdə də sürətlə yayılacaq

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Avstraliyada ortaya çıxan və 7 mutasiya keçirən “H3N2” virusu sürətlə yayılır. Mütəxəssislər influenza epidemiyasının yaxın günlərdə Türkiyədə, hətta Azərbaycanda da başlayacağını bildiriblər.

Avstraliyada yaranan “H3N2” influenza virusu dünya üzrə artan yoluxma halları ilə gündəmə gəlmişdi.

Sherg.az xəbər verir ki, ağciyər xəstəlikləri üzrə mütəxəssis Prof. Dr. Təvfiq Özlü, klassik qriplə müqayisədə daha sürətlə yayıla bilən və bəzi risk qruplarında daha ağır simptomlara səbəb ola bilən virusla bağlı xəbərdarlıqlar edib.

“H3N2 virusu əslində bizim bildiyimiz və influenza A adlandırdığımız tipik qrip virusudur”, – deyə Prof. Özlü bildirib. “Bu il Cənub Yarımkürəsində başlayan bir epidemiya var. Avstraliyada bu epidemiya səbəbilə görülən virus alt tipinin araşdırılması zamanı onun müxtəlif nöqtələrdə təxminən 7 mutasiya keçirdiyi məlum olub.”

Mutasiya səbəbilə virusun yoluxduruculuğunun adi qrip virusu ilə müqayisədə daha yüksək olduğunun müəyyən edildiyini vurğulayan Özlü, “Hazırda ağır xəstəlik tablosuna səbəb olduğuna dair məlumat yoxdur, lakin yoluxma sürətinin artdığına dair məlumatlar mövcuddur”, – deyə əlavə edib.

Özlü, risk qruplarının mütləq peyvənd olunmasının vacibliyinə də diqqət çəkib.

“H3N2” virusunun yaxın zamanda Türkiyədə də görülmə ehtimalının yüksək olduğunu bildirən mütəxəssis sözlərinə belə davam edib:

“Xüsusilə 5 yaşdan aşağı və 50 yaşdan yuxarı şəxslərdə qrip viruslarının ağır keçdiyini, fəsad yarada və ölümcül ola bildiyini bilirik. Keçirdiyi mutasiyalar peyvəndlərin təsirini qismən zəiflədib. Mövcud peyvəndlərə baxmayaraq, xəstələnmə riski yenə mövcuddur. Lakin peyvənd olunanların ağır xəstəlik keçirmədiyinə dair məlumatlar var. Peyvəndlənmiş şəxslər hər halda daha yaxşı qorunacaq.”

Özlü, Türkiyədə hələ influenza epidemiyasının başlamadığını da qeyd edərək əlavə edib:

“Avropada tez-tez görülür. Ölkəmizə gəlməsi çox vaxt almayacaq. Qarşıdakı günlərdə belə bir epidemiya ölkəmizdə də başlayacaq.”

Prof. Dr. Özlü, virusun simptomlarının adi qrip əlamətləri ilə oxşar olduğunu ifadə edərək sözlərini belə tamamlayıb:

“Peyvənddən əlavə belə bir epidemiya riskini idarə etmək üçün xəstə şəxslərin ictimai məkanlara çıxmaması, evdə istirahət etməsi, xəstələrin maska taxması və gigiyenaya diqqət etməsi lazımdır. Sağlam şəxslər isə özlərini qorumaq üçün xəstə insanlarla təması kəsməlidirlər.”

Bəs virusun əlamətləri necə olur?

Özlü, qızdırma, burun axıntısı, asqırma, bədəndə halsızlıq, ümumi zəiflik və baş ağrısının “H3N2” virusunun əsas əlamətləri olduğunu bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:89
embedMənbə:https://sherg.az
archiveBu xəbər 02 Dekabr 2025 13:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see257

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see215

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see213

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see205

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see197

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see163

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see159

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see159

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see158

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see150

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see149

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see148

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see145

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see144

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see143

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see142

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see141

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see140

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see131

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri