Icma.az
close
up
RU
Avropa İnvestisiya Bankı ölkəmizdə “yaşıl istiqrazlar” buraxacaq

Avropa İnvestisiya Bankı ölkəmizdə “yaşıl istiqrazlar” buraxacaq

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Avropa İnvestisiya Bankı (AİB) Azərbaycanda “yaşıl istiqrazlar”ın emissiyası (buraxılışını) imkanını nəzərdən keçirir. Bankın açıqlamasında qeyd edilir ki, Azərbaycanın iqtisadiyyatın şaxələndirilməsi istiqamətində yürütdüyü qətiyyətli siyasət, o cümlədən, bərpaolunan enerji mənbələrinə və enerji səmərəliliyinə fəal şəkildə sərmayə yatırması, xarici investorlarla və maliyyə institutları ilə sıx əməkdaşlığı artırması “yaşıl istiqrazlar”ın buraxılması üçün münbit şəraiti formalaşdırıb. AİB Azərbaycan hökumətinin, bank təşkilatlarının “yaşıl taksonomiya” planlarını, etibarlı normativ baza yaratmasını və ekoloji cəhətdən dayanıqlı layihələrin aydın xəttini müəyyənləşdirməsini nəzərə alaraq “yaşıl maliyyə” vəsaitinin cəlb edilməsini mümkün hesab edir.

Qeyd edək ki, Avropa İnvestisiya Bankı dünyada “yaşıl maliyyələşdirmə” sahəsində, o cümlədən ekoloji cəhətdən dayanıqlı layihələri dəstəkləyən istiqrazların buraxılmasında böyük təcrübəyə malikdir. Bank “yaşıl maliyyə” alətlərindən olan “yaşıl istiqraz” və “yaşıl səhm”lərin buraxılışın ekoloji cəhətdən təmiz texnologiyaların genişləndirilməsi və iqlim dəyişikliyinin azaldılması istiqamətində strategiyaya kömək məqsədilə dəstəkləyir. Son 5 ildə bu kağızların emissiyası qlobal bazarlarda 230 milyard dolları ötüb ki, həmin maliyyələşmədə Dunya Bankı, Avropa Komissiyası ilə birlikdə Avropa İnvestisiya Bankı da fəal yer alır.

“Yaşıl iqtisadiyyat” quruculuğu prinsiplərindən biri

“Yaşıl istiqrazlar” maliyyə sektorunda davamlılığı təşviq etmək, iqlimlə əlaqəli və ya digər növ xüsusi ekoloji layihələri dəstəkləmək, sosial və ətraf mühitin yaxşılaşdırılmasına töhfə vermək baxımından daha cəlbedicidir. Ekoloji və iqlim layihələrini dəstəkləmək üçün sabit gəlirli bir maliyyə aləti olan “yaşıl istiqraz” enerji səmərəliliyi, ekoloji çirklənmə ilə mübarizədə  öz səmərəsini verməkdədir. Avropa Birliyi ölkələrindən Finlandıya, İsveçrə, Estoniya, Niderland, İrlandiya, Norveç və digərləri  davamlı kənd təsərrüfatı, ekosistemlərin qorunması, təmiz nəqliyyat, davamlı su idarəçiliyinə yönəlmiş layihələri bu qiymətli kağız vasitəsilə maliyyələşdirir.

Azərbaycanın bank sistemi üçün “yaşıl istiqrazlar”ın emissiyası əsas hədəflərdən biridir. Hazırda maliyyə bazarlarında yaşıl ekosisteminin qurulması və mühafizəsi ilə bağlı reallaşan tədbirlərə uyğun olaraq qabaqcıl beynəlxalq təcrübə hərtərəfli nəzərdən keçirilir. Mərkəzi Bank (MB) tərəfindən ötən il təsdiq edilmiş “Yaşıl Maliyyə Taksonomiyası” sənədinin də əsas prioritetlərindən biri dünya ölkələrinin maliyyə bazarı iştirakçıları ilə əməkdaşlığı artırmaqla müasir maliyyə alətlərinin ölkəmizdə tətbiqinin təmin edilməsidir. “Yaşıl maliyyə” investisiyaları adlanan həmin alətlər “yaşıl iqtisadiyyat” quruculuğu prinsiplərinə əsaslanır və dayanıqlı iqtisadiyyatın inkişafa xidmət edir. Bu baxımdan Avropa Bankı ilə bu sahədə əməkdaşlıq gündəmdə aktual yer alan hədəfə çatmaq üçün yaxşı fürsətlərdən biri hesab oluna bilər.

Banklar “yaşıl istiqraz”ların buraxılışına start verib

Artıq ölkəmizdə pilot ssenari kimi bir sıra təşkilatlar tərəfindən “yaşıl istiqrazlar” yerləşdirilib. “Rabitəbank” ASC tədavül müddəti 2 il və illik faiz dərəcəsi 9,5 % olmaqla ümumi dəyəri 10 milyon manat olan istiqrazlar buraxıb. Eləcə də “Unibank” ASC isə tədavül müddəti 36 ay, illik faiz dərəcəsi 11,5 % olan 20 milyon manatlıq istiqrazlar yerləşdirib. SOCAR “SOCAR Green” layihələrinə dəstək məqsədilə “yaşıl istiqrazlar”ın buraxılışını təmin edib, nominal dəyəri 1000 dollar olan istiqrazların illik gəlirliliyi 6 faiz, emissiyanın ümumi həcmi 200 milyon dollar, tədavül müddəti isə 5 ildir.

“Yaşıl enerji subsidiyaları”na dəstək

Yeri gəlmişkən, Avropa İnkişaf Bankı Azərbaycanda “yaşıl enerji” sahəsinə də maliyyə dəstəyində maraqlı olduğunu bəyan edib. Nəzərə alsaq ki, bankın emissiya etdiyi istiqrazların təxminən 35-40 faizi bərpaolunan enerji mənbələrinə aiddir, bu zaman “yaşıl enerji” mənbələri üzrə zəngin potensialı olan Azərbaycana həmin istiqamət üzrə maliyyə dəstəyinin göstəriləcəyi istisna deyil. Həmçinin, “yaşıl enerji subsidiyaları”na da dəstək veriləcəyi ehtimal olunur. Qeyd edək ki, bu qiymətli kağızlar da Aİ ölkələrində geniş yayılmış maliyyə alətlərindən biridir. Belə ki, müxtəlif ekoloji fondlar, eləcə də BMT-nin ətraf mühitlə bağlı qurumları da Aİ ilə əməkdaşlıq çərçivəsində ekoloji subsidiyaların ayrılmasında fəal rol oynayır.

Beləliklə, Avropa İnvestisya Bankı ilə əməkdaşlıq  Azərbaycan üçün mühüm əhəmiyyət kəsb etməklə “yaşıl maliyyə” mənbələrinə çıxış üçün geniş imkanlar açacaq, yuxarıda qeyd edilən maliyyə və investisiya alətlərindən faydalanmasına səbəb olacaq.

E.CƏFƏRLİ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 15 Aprel 2025 10:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri