Icma.az
close
up
RU
Ölkəmizdə doğum sayı sürətlə azalır ARAŞDIRMA

Ölkəmizdə doğum sayı sürətlə azalır ARAŞDIRMA

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Son illərdə Azərbaycanda doğulan uşaqların sayı ilə bağlı həyəcan təbili çalınır.

Çünki ölkə üzrə doğulan uşaqların sayı hər il azalmağa doğru gedir. Üstəlik, bu tendensiya olduqca sürətli şəkildə özünü göstərir. Təəssüf ki, gələcəkdə bunun fəsadlarının üzə çıxma ehtimalı çox böyükdür. 

“Cebheinfo.az” doğumlarla bağlı illik statistikaları araşdırıb.

Belə ki, 2010-2015-cı illərdə ölkədə doğulan uşaqları sayı hər il 110 mindən yuxarı idi. 2016-2019-cu illər aralığında isə ən aşağı doğum göstəricisi 81 min 732 olub. Lakin son illərdə doğum sayları ən aşağı göstəricinin qeydə alındığı statistikalardan belə 2 dəfə azdır. 

Məhz 2020-ci ildə Azərbaycanda sadəcə 50 min 924 uşaq dünyaya gəlib. Onların 25 min 326-sı oğlan, 25 min 598-ı isə qız olub. 2021-ci ildə isə ölkədə son 31 ilin ən aşağı doğum sayı qeydə alınıb.Həmin il 19 min 923-ü oğlan, 15 min 483-ü qız olmaqla cəmi 35 min 406 nəfər olub. 

Düzdür, 2020-ci ildə koronavirus pandemiyasına görə evlənənlərin sayında azalma olması da bu statistikaya təsir edib. Hər halda, olduqca aşağı nəticə olduğu reallığı dəyişmir. 2022-cü ildə isə 62 min 36 uşaqla son 5 ilin doğuş rekordu qırılıb. Onların 31 min 783-ü oğlan, 30 min 253-ü isə qız olub. Lakin doğuş saylarının azalması 2023-cü ildə yenidən davam edərək 52 min 470-ə düşüb.

Bu da 26 min 694 oğlan, 25 min 776 qız deməkdir. Təəssüf ki, ötən il də son 3 ilin ən aşağı göstəricisi qeydə alınıb. Daha dəqiq desək 2024-cü ildə Azərbaycanda 43 min 401 uşaq dünyaya gözlərini açıb. Onların 21 min 785-i oğlan, 21 min 616-sı isə qız olub. Qeyd edək ki, doğuların qızların saylarının hər il oğlanlardan az olması da diqqətçəkən digər məqamdır.

Elmir Mustafa
“Cebheinfo.az

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:253
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 13 Oktyabr 2025 16:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see432

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see428

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see306

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see282

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see271

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see265

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see262

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see258

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see242

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see227

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see220

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see217

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see216

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see213

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see212

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see211

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see208

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see207

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see205

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri