Avropa indi başa düşür ki, müharibə qapısındadır Ekspert
Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Avropa hələ indi ayılıb ki, müharibə onun qapısının ağzındadır. İndiyə qədər Rusiya-Ukrayna müharibəsini özlərindən çox uzaq hesab edirdilər.
Bu sözləri Axar.az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov Avropanın Ukraynaya hərbi qüvvə göndərməməsinə münasibət bildirərkən deyib.
Ekspert hesab edir ki, Avropa uzun müddət Rusiya təhlükəsini görməzdən gəlib, lakin artıq ayılmaq məcburiyyətində qalıb:
“Avropa çox dağınıq vəziyyətdə idi. Ən elementar qərarları belə qəbul etməkdə tərəddüd edirdilər. İndi isə başlayıblar yavaş-yavaş hansısa konsensusa gəlməyə.
Bu gün Avropa çox məsələlərdə geridə qalır, Rusiya da bundan istifadə edir. Avropa öz rahat, lüks həyatını pozmaq istəmir”.
Şimali Koreyanın Rusiyaya ordu göndərməsinə toxunan ekspert iki ölkənin ittifaqının davamlı olmadığını vurğulayıb:
“Rusiya Şimali Koreyanın resurslarından istifadə etməyə çalışsa da, bu strategiya uzun müddət effektiv ola bilməz”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 06 Sentyabr 2025 07:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















