Icma.az
close
up
RU
“Avropa İttifaqı Bayden administrasiyasının yolunu gedir” Ekspert

“Avropa İttifaqı Bayden administrasiyasının yolunu gedir” Ekspert

Icma.az, 525.az saytına istinadən bildirir.

"Avropa İttifaqı (Aİ) ilə Ermənistan arasında dekabrın 2-də imzalanan “Avropa İttifaqı-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik” sənədi 2018-ci ildə qəbul edilən tərəfdaşlıq prioritetlərinə dair yol xəritəsinə əvəzləyici kimi baxılır. Yəni bəziləri bu sənədi Ermənistanla Aİ arasında 2017-ci ildə razılaşdırılan və 2021-ci ildə qüvvəyə minən hərtəfli və genişləndirlşmiş tərəfdaşlıq razılaşmasına alternativ kimi görür, amma bu, səhv fikirdir”.

Bu barədə 525.az-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) eksperti Sultan Zahidov “Avropa İttifaqı-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik” sənədini şərh edərkən deyib.

Ekspert bildirib ki, hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq razılaşması bu gün Ermənistan və Aİ arasında münasibətlər üçün əsas hüquqi baza, əsas çərçivə rolunda çıxış edir. Həmin sənəddə qeyd olunan məqsədlərin reallaşması üçün isə 2018-ci ildə tərəfdaşlıq prioritetləri adlı yol xəritəsi qəbul edilib. O yol xəritəsi də 2025-ci ilin dekabrında strateji gündəliklə əvəzlənmiş oldu.

“Strateji gündəliyə baxanda görürük ki, burada əvvəki yol xəritəsindən fərqli olaraq Aİ-Ermənistan əməkdaşlığında məqsədlər daha da genişləndirilir. İnsan hüquqları, demokratiya, qanunun aliliyi, iqtisadi-ticari sahələrdən əlavə, müdafiə və təhlükəsizlik sahəsi, o cümlədən hibrid və kibertəhdidlərlə mübarizə məsələsi, eyni zamanda, seçkilərə müdaxilə və manipulyasiya ilə mübarizə məsələləri burada yer almaqdadır ki, bu, bir daha sənədin əslində həm də geosiyasi layihə olduğunu göstərir. İmzalanma mərasimindən  sonra Aİ-nin Genişlənmə üzrə komissarı Marta Kos və digərləri açıq şəkildə Rusiyanın adını çəkdilər, hətta misal da gətirdilər ki, məqsəd Moldovada olduğu kimi, Rusiyanın Ermənistana müdaxiləsinin qarşısını almaqdır. Bu o deməkdir ki, Aİ Cənubi Qafqaz siyasətinə Rusiyaya qarşı bir layihə kimi baxır və bu layihənin mərkəzində Ermənistanı görür. Ermənistandan həm də bir forpost kimi istifadə edir. Məqsəd budur ki, növbəti parlament seçkilərində Paşinyan qalib gəlsin, onların təbirincə desək, Rusiyanın təsiri altında olan qüvvələr hakimiyyətə gəlməsinlər. Ona görə də strateji gündəlikdə Rusiyanın adı çəkilməsə də, açıq vurğulanıb hibrid hücumlar, seçkilərə müdaxilə, eyni zamanda, manipulyasiya kimi müdaxilələrin qarşısının alınmasında Ermənistana dəstək veriləcək”, - ekspert deyib. 

O əlavə edib ki, imzalanma mərasimindən sonra xarici işlər naziri Ararat Mirzoyan bildirdi ki, mayın 5-də ilk Aİ-Ermənistan sammiti baş tutacaq: “Yəni İrəvanda 4 mayda keçiriləcək Avropa Siyasi Birliyinin sammitindən bir gün sonra. Parlament seçkilərindən bir ay əvvəl iki gün Aİ ilə sammitlərin keçirilməsi sözsüz ki, həm də ona yönəlib ki, Paşinyanın xalq qarşısında siyasi nüfuzu daha da artsın. Aİ bu yolla Paşinyana dəstəyi daha da artırmağa çalışır”.

S.Zahidov hesab edir ki, təəssüf doğuran məqamlardan biri Azərbaycanın maraqları nəzərə alınmadan sənədin işlənib hazırlanmasıdır. Onun sözlərinə görə, digər regional aktorların, əsas da Cənubi Qafqazın ən böyük gücü olan Azərbaycanın maraqları burda lazımi şəkildə nəzərə alınmayıb:

“Bu, daha çox Ermənistan narrativlərinə əsaslanan bir sənəddir. Azərbaycanın adı təxminən sülhlə bağlı 4-5 dəfə çəkilir. Sənəddə qərəzli məqamlar ondan ibarətdir ki, ilk növbədə qeyd olunur ki, “Azərbaycanın hərbi əməliyyatından sonra erməni qaçqın və məcburi köçkünlərin sosial inteqrasiyasına Aİ-nin yardımı”.  Birincisi, onlar qaçqın və ya məcburi köçkün deyillər, çünki Qarabağda mövcud olmuş separatçıların təşviqi ilə könüllü şəkildə oradan çıxıb gediblər. Ona görə də qaçqın və köçkünlükdən söhbət gedə bilməz. İkincisi, Azərbaycanın apardığı əməliyyat düzgün təqdim edilməyib, çünki bu, antiterror əməliyyatı idi. Məqsəd bölgəni separatizmdən və terrorçulardan təmizləmək idi. Digər bir məqam beynəlxalq məhkəmələrin qərarları ilə bağlıdır. Açıq şəkildə deyilmir, konkret hansı işlər, amma aydındır ki, söhbət beynəlxalq Ədalət məhkəməsinin 2021, 2023, daha sonra 2024-cü il qərarlarından gedir. Burada Ermənistan Azərbaycana qarşı iddia qaldırıb, guya ermənilərə yanaşmada diskrimativ siyasət yürüdüb. Sənəddə bu məqamın yer alması paraflanmış sülh sazişi mətninə ziddir, çünki sazişdə qeyd olunub ki, tərəflər bu kimi iddialardan geri çəkilməlidirlər”.

Ekspert Aİ-nin Müşahidə Missiyasına da toxunub, qeyd edib ki, sənəddə onların lazımi qədər Ermənistanda qalacaqları vurğulanıb:

“Bu o deməkdir ki, yenə də Aİ bu məsələyə həm geosiyasi layihə kimi baxır, həm də Ermənistan hələ də Azərbaycanla tam etimad mühitinin yaradılmasına hazır deyil, yaxud bunu istəmir. Çünki üçüncü qüvvələrin şərti sərhəddə yerləşməsi sözsüz ki, etimad mühitin zədələyir. Sülh sazişi mətninin 7-ci bəndində tərəflər üçüncü qüvvənin olmamasını razılaşdırıblar. Bu kimi məqamlar Azərbaycana qarşı müəyyən qərəzin mövcudluğunu, bu sənədin Aİ-nin bir geosiyasi layihəsi olduğunu, Qafqaz siyasətində balansın pozulduğunu göstərir. Çünki iqtisadi məsələlərə də baxanda biz görürük ki, daha çox “sülh kəsişməsi”nin adı çəkilir, nəinki TRİPP layihəsinin. Ermənistanın Qara dəniz iqtisadi zonasına inteqrasiyasından danışılır, amma Qafqazın digər ölkələrinə yer verilmir. Aİ Cənubi Qafqaz siyasətinə selektiv yanaşır. Düşünmürəm ki, bu da qurum üçün müsbət nəticələr verə bilər. Vaxtilə Bayden administrasiyası da eyni yanaşmadan çıxış etdi və həmin dönəm ABŞ-ın Qafqaz siyasətində fiasko ilə nəticələndi. Aİ-nin də bu sənədlə hələ ki, eyni yolu getdiyinin şahidi oluruq”.  

Pərvanə Sultanova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:122
embedMənbə:https://525.az
archiveBu xəbər 11 Dekabr 2025 17:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see392

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see377

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see313

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see308

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see307

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see301

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see293

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see238

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see226

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see224

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see222

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see208

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see207

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see202

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see198

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see184

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see181

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see180

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see169

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri