Avropa İttifaqı bu layihəyə 25 milyon avro ayırır
Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ölkə.az-ın xəbərinə görə, bunu Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen İrəvanda Ermənistanın Baş naziri Nikol Paşinyanla birgə brifinqdə deyib.
Lyayen əvvəlcə müvafiq strategiyaya ehtiyac olduğunu vurğulayaraq əlavə edib ki, Aİ Ermənistana enerji təchizatının şaxələndirilməsinə kömək etmək istəyir:
“Bu məqsədlə bir qrup avropalı ekspert Ermənistana səfər edəcək. Bizim geniş təcrübəmiz var”.
Komissiya Prezidenti bunun üçün Ukrayna və Moldovada, eləcə də Avropanın özündə qazanılmış təcrübədən yararlanmağı tövsiyyə edib.
O bildirib ki, enerji təhlükəsizliyinə, yeni elektrik xətlərinin və şəbəkələrinin tikintisinə investisiyalar lazımdır. Aİ öz növbəsində bu məqsədlər üçün və Ermənistanın daxili bərpa olunan enerji potensialının inkişafına dəstək olmaq üçün 25 milyon avro ayıracaq ki, bu da ölkənin enerji müstəqilliyini artıracaq.
Mürtəza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 02 İyul 2026 13:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















