Avropa İttifaqı ilə Azərbaycan arasında dialoq yaşıl enerji istiqamətində də sürətlə inkişaf edib ŞƏRH
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 2 iyul, AZƏRTAC
Avropa İttifaqı ilə Azərbaycan arasında enerji əməkdaşlığı son illərdə strateji xarakter alıb və tərəflər üçün qarşılıqlı əhəmiyyət daşıyır. Xüsusilə 2022-ci ildə Avropada yaranmış enerji böhranı və Rusiya qazından asılılığın azaldılması zərurəti fonunda Azərbaycan etibarlı enerji tərəfdaşı kimi ön plana çıxdı. Həmin dövrdən etibarən Azərbaycanın Avropa İttifaqına təbii qaz ixracı təxminən 65 faiz artıb ki, bu da ölkənin Avropanın enerji təhlükəsizliyində artan rolunu göstərməkdədir.
Bu fikirləri AZƏRTAC -a açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın üzvü, iqtisadçı ekspert Aslan Əzimzadə deyib.
O bildirib ki, iqtisadi əməkdaşlığın miqyası da olduqca önəmlidir: "Avropa İttifaqının Cənubi Qafqaz ölkələri ilə ümumi ticarət dövriyyəsinin həcminin 70 faizi Azərbaycanın payına düşür. Bu göstərici Azərbaycanın regionun aparıcı iqtisadi tərəfdaşı olduğunu və enerji əməkdaşlığının digər qtisadi istiqamətlərin inkişafına da müsbət təsir göstərdiyini nümayiş etdirir.
Eyni zamanda tərəfdaşlıq artıq yalnız neft və qazla məhdudlaşmır. Avropa İttifaqı ilə Azərbaycan arasında enerji dialoqu yaşıl enerji istiqamətində də sürətlə inkişaf edib. Azərbaycanın zəngin bərpaolunan enerji potensialı, xüsusilə külək və günəş enerjisi imkanları, həmçinin Mərkəzi Asiya ölkələrinin yaşıl enerji resursları Avropaya çatdırılacaq yeni enerji dəhlizinin formalaşmasına şərait yaradır. Bu, Avropanın enerji mənbələrinin diversifikasiyası ilə yanaşı, regionun tranzit və enerji mərkəzi kimi mövqeyini gücləndirir. Avropa İttifaqı təkcə enerji deyil, ümumilikdə ticarət və iqtisadi əlaqələrin daha da genişləndirilməsində maraqlıdır. Bu baxımdan Avropa Komissiyasının prezidenti Ursula Fon Der Lyayenin enerji əməkdaşlığı ilə yanaşı, bağlantı üzrə tərəfdaşlıq platformasının yaradılması təşəbbüsü əməkdaşlığın yeni mərhələyə keçə biləcəyindən xəbər verir. Belə bir platforma və enerji infrastrukturu elektrik ötürücü xətləri, yaşıl enerji layihələri və regional inteqrasiya istiqamətlərində əlaqələrin daha da dərinləşdirilməsinə xidmət edə bilər", - deyə o qeyd edib.
Müxbir - Nailə Həsənova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 02 İyul 2026 20:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















