Icma.az
close
up
RU
Avropa İttifaqı mülki adlandırılan dırnaqarası missiyanın hərbi missiya ilə əvəz olunmasına çalışacaq

Avropa İttifaqı mülki adlandırılan dırnaqarası missiyanın hərbi missiya ilə əvəz olunmasına çalışacaq

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Avropa İttifaqının mülkü adlandırılan kəşfiyyatçılardan ibarət missiyasının bölgəyə yerləşdirilməsi və bununla bağlı Azərbaycanla razılaşma olmadan bunun həyata keçirilməsi şübhəsiz bölgədə tamamilə fərqli niyyətlərin olduğunu bir daha ortaya qoyur. Avropa İttifaqı, məhz bu missiyasının vasitəsilə bölgədə möhkəmlənir, Rusiyanı sıxışdırır və gələcəkdə mümkün olarsa, bu “mülki” adlandırılan dırnaqarası missiyanın hərbi missiya ilə əvəz olunmasına çalışacaq”.

Bu barədə Bizimyol.info xəbər portalına politoloq Oqtay Qasımov danışıb. Politoloq bildirib ki, hazırda Ermənistanla Avropa İttifaqı arasında müzakirə olunan məsələlərdən biri də, məhz bölgədə yerləşən missiyanın fevralda bitəcək dönəmi ilə bağlı qərar ətrafında müzakirələrin aparılmasıdır. Belə ki, Avropa İttifaqı və Ermənistan bu missiyanın vaxtının uzadılmasını istəyirlər və mümkün olarsa, tərkibini də genişləndirməyə çalışacaqlar.

Oqtay Qasımov

“İlk dönəmdə bu missiya 2 ay müddətində 40 nəfərdən ibarət təşkil olunmuşdusa, müddəti 2 il artırıldı və say tərkibi də 209-a çıxarıldı. Əsas niyyət, Avropa İttifaqının və Fransanın bölgədə maraqlarını təmin etmək, Rusiyanı bölgədən sıxışdırıb çıxarmaq və sülh prosesinu əngəlləmək, Ermənistanı silahlandırmaqla onu yeni revanşa təhrik etmək istəkləri güdülür. Fevral ayına qədər bu cür təxribatçı hərəkətlərin davamı olacaq. Nəzərə alsaq ki, Almaniyadakı hökumətin tərkibində olan Der Borg və bu tipli şəxslər nə qədər ki, var, neoliberal qlobalist düşüncənin daşıyıcılarıdır. Almaniya xarici siyasəti də Fransanın təsiri altında qalacaqsa, belə hallar davam edəcək. Nəzəri alsaq ki, məhz bu qadın son bir neçə ildə Azərbaycana qarşı qəbuledilməz açıqlamalar ilə yadda qalıb. Bir çox məqamlarda diplomatik etiket normalarını belə pozub”-deyən politoloq bildirib ki, 90-cı illərdən sonra Avropa İttifaqında və Avropa ölkələrində hakimiyyətə gələn liderlərin əksəriyyəti əslində, xarizmatik deyil də, cırlaşmış siyasətçilər kateqoriyasına aiddirlər. Oqtay Qasımov hesab edir ki, Azərbaycana qarşı edilən təzyiqlər bundan sonra da davam edəcək.

Politoloqun fikrincə, Azərbaycanla Avropa İttifaqı arasında strateji tərəfdaşlıq haqqında anlaşma var, amma Avropa İttifaqı həm də xristian təəsübkeşliyini irəli sürərək Ermənistanı açıq şəkildə dəstəkləyir.

“Azərbaycanın Ermənistan qarşısında qoyduğu tələblərdən biri də Avropa İttifaqının qeyd etdiyimiz missiyasının şərti sərhədlərdən çıxarılması məsələsidir. Ermənistan buna hələ də əməl etmir. Bu da onun göstəricisidir ki, bölgədə savaş riski qalmaqdadır. Bu riski artıran məqamlardan biri də, məhz Avropa ölkələrinin liderlərinin vaxtaşırı sərhədə gəlməsi və Azərbaycan ərazilərini binoklla müşahidə etmələri, eyni zamanda Ermənistanın sürətli şəkild silahlandırılması və onun yeni revanşa təhrik edilməsidir. Təəssüf ki, belə addımlar bölgədə savaş riskini saxlamaqdadır. Hansısa bir məqamda şərti sərhədlərdə təxribatların olması da istisna deyil. Belə bir ehtimal həmişə var”-deyə politoloq bildirib.

Xatırladaq ki, Almaniyanın Gürcüstan və Ermənistandakı hərbi attaşesi polkovnik-leytenant Andreas Sebald və Almaniyanın Tiflisdəki səfirliyinin hərbi attaşe idarəsinin rəhbəri Ziqfrid Ştaydl Azərbaycan mövqelərində kəşfiyyat müşahidələri aparıblar.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:88
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 09 Dekabr 2024 16:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see316

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see305

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see288

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see266

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see252

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see239

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see211

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see205

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see198

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see185

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see178

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see171

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see170

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see170

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see154

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see150

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see149

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see149

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see148

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri