Türkiyədə motosiklet oğurlayan gəncdən maraqlı özünümüdafiə: Ayaq barmağım ağrıdığı üçün etdim
Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Türkiyənin Adana şəhərində xəstəxananın dayanacağından motosiklet oğurlayan şəxs özünü müdafiə etmək üçün maraqlı açıqlama verib.
Oxu.Az bu barədə "SABAH" nəşrinə istinadən xəbər verir.
Məlumata görə, gənc bir müddət təcili yardım şöbəsinin qarşısında gözləyib və daha sonra dayanacağa doğru gedib. Şübhəli buradakı mühafizəçilərin yanında dayanacaqdan motosiklet oğurlayıb. Motosikletin oğurlandığını görən mühafizəçi polisə məlumat verib.
Polis gənci motosikletlə xəstəxanadan çıxmağa imkan tapmamış saxlayıb və nəzarət altına alıb.
"Baş barmağımda ağrı olduğu üçün xəstəxanaya getdim. Maşınım olmadığına görə evə qayıtmaq üçün motosikleti götürdüm. Onu geri qaytaracaqdım", - deyə o bildirib.
Polis bölməsindəki prosedurlardan sonra şübhəli göndərildiyi məhkəmə tərəfindən həbs edilib. Motosiklet sahibinə qaytarılıb.
Hadisə anbaan təhlükəsizlik kamerasına əks olunub.
Türkiyədə motosiklet oğurlayan gəncdən maraqlı özünümüdafiə: "Ayaq barmağım ağrıdığı üçün etdim"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 28 Oktyabr 2025 03:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















