Icma.az
close
up
RU
Avropa İttifaqı niyə parçalanır: Səbəblərin nəticələri...

Avropa İttifaqı niyə parçalanır: Səbəblərin nəticələri...

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Avropa İttifaqı daxilində Şərqi və Qərbi Avropa ölkələri arasında davam edən iqtisadi fərqliliklər təkcə maliyyə və inkişaf göstəricilərində deyil, həm də siyasi qərarvermə proseslərində təsirini göstərir. Xüsusilə sərt büdcə qaydaları və mərkəz–periferiya münasibətlərindəki tarazlıq problemləri ittifaqın daxili həmrəyliyini sarsıda bilər.

Belə bir şəraitdə Avropa İttifaqının real inteqrasiyasını gücləndirmək üçün institusional islahatlar, maliyyə mexanizmlərinin yenidən tənzimlənməsi və vahid iqtisadi siyasətlərin tətbiqi kimi addımlar mühüm rol oynaya bilər.

İttifaq daxilində iqtisadi və siyasi bərabərsizlikləri azaltmaq üçün hansı islahatlar ən effektiv ola bilər?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Elçin Xalidbəyli deyib ki, hazırda Avropa Birliyi daxilində müəyyən neqativ proseslərin başladığı müşahidə olunur:

"Hətta ehtimal etmək olar ki, bu proseslər yaxın gələcəkdə Aİ-də mərkəzdənqaçma meyllərinə stimul verə bilər, çünki qurum daxilində qruplaşmalar formalaşmaqdadır. Qərbi Avropa ölkələri əsasən Rusiyaya qarşı sərt sanksiya siyasətinin davam etdirilməsini müdafiə edirlər".

Onun sözlərinə görə, Mərkəzi Avropa ölkələri isə Rusiya ilə iqtisadi və enerji əlaqələrinin qorunmasının vacibliyini vurğulayırlar. Şərqi Avropa ölkələri, xüsusilə Macaristan, Rusiya ilə münasibətlərin ən qısa zamanda bərpasını tərəfdar çıxış edirlər:

"Bütün bu fərqliliklər təbii ki, Avropa Birliyinin daxilindəki proseslərə birbaşa təsir göstərir. Kəskin ziddiyyətlərin mövcudluğu artıq inkar olunmaz reallıqdır. Əgər bu gedişat davam edərsə, AB daxilində parçalanma prosesi real və neqativ nəticələrə yol aça bilər".

Elçin Xalidbəyli: Avropada ciddi iqtisadi və maliyyə böhranı təhlükəsi mövcuddur

Həmsöhbətimiz vurğulayıb ki, bu proseslər Avropa İttifaqının maliyyə-iqtisadi siyasətinə də ciddi təsir göstərir. Xüsusilə Ukrayna savaşına və Ukraynaya hərbi yardım üçün ayrılan maliyyələrə qarşı müqavimət artmaqdadır: 

"Macarıstan və bir neçə Şərqi Avropa ölkəsi Aİ-nin Ukraynaya 90 milyard avroluq maliyyə dəstəyini bloklamaq və ya veto qoymaq qərarı veriblər. Hazırda bu veto Ukraynaya dəstəyin əngəllənməsi kimi görünür".

Elçin Xalidbəyli vurğulayıb ki,  Rusiyaya qarşı 20-ci sanksiya paketinin razılaşdırılması baş tutmayıb və proses yarımçıq qalıb:

"Avropada ciddi iqtisadi və maliyyə böhranı təhlükəsi mövcuddur. Buna görə də dövlətlər hazırda ilk növbədə öz maraqlarını ön plana çəkir və mövcud çətinliklərdən çıxmaq üçün daha pragmatik və realist addımlar atmağa çalışırlar".

Əli Hüseynov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 04 Mart 2026 15:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see314

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see311

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see298

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see251

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see247

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see245

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see240

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see238

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see236

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see226

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see209

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see205

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see205

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see203

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see203

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see201

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see199

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see199

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see197

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri