Niyə yeni dil öyrənmək çətindir? Mütəxəssisdən əsas səbəblərin izahı
Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.
"Xarici dil mənimsəyərkən insanların qarşılaşdığı ən böyük əngəllər əsassız dərəcədə yüksək gözləntilər və səhv etmək qorxusudur".
Redaktor.az xəbər verir ki, bu barədə NEWS.ru-ya müsahibəsində rusiyalı tərcüməçi və italyan dili müəllimi Lyudmila Şerbinina danışıb.
Mütəxəssis bildirir ki, əksəriyyət bu prosesə böyük coşqu ilə başlasa da, uzunmüddətli təlimin reallıqları ilə üzləşdikdə qısa zamanda həvəsdən düşür. L.Şerbininanın sözlərinə görə, "Üç ay ərzində sərbəst danışacağam" kimi yanaşmalar çox vaxt gözləntilərin qarşılanmaması ilə nəticələnir. Ekspert vurğulayır ki, yeni dil mənimsəmək ani nəticə vermir, bunun üçün kifayət qədər vaxt və sistemli yanaşma tələb olunur.
Müəllim digər ciddi çatışmazlıq kimi nizamsız təhsil prosesini - konkret bir sistemə əsaslanmadan fərqli tətbiqlər, kurslar və videodərslər arasında dolaşmağı göstərib. Belə hallarda tədris ardıcıllığını itirir. O, davamlılıq hər zaman ilhamdan daha vacibdir deyə qeyd edib.
Tərcüməçi, həmçinin yanlış ifadələr işlətmək qorxusunun yaratdığı psixoloji səddə toxunub. O vurğulayıb ki, səhvlər təlimin normal bir hissəsidir, lakin böyüklərin çoxu kənardan savadsız və ya bacarıqsız təsir bağışlamaqdan çəkinir.
İnkişafı ləngidən digər səbəblər sırasında mütəxəssis vaxt azlığını və dil praktikasının çatışmazlığını da qeyd edib. Gündəlik rejim olmadıqda öyrənmə prosesi tez bir zamanda dayanır. Ekspert inanır ki, təlimin səmərəliliyi insanın "istedadından" daha çox, seçilən metodikadan və dərslərin davamlılığından asılıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:213
Bu xəbər 30 Aprel 2026 03:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















