Avropa İttifaqı Şurası rusiyalı hakim və prokurora sanksiya tətbiq edib
Icma.az, Apa.az portalına istinadən məlumat yayır.
Avropa İttifaqı Şurası insan haqlarının pozulması hallarına görə Rusiyada ədliyyə orqanlarının iki rəsmisinə sanksiyalar tətbiq edib.
APA xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının rəsmi saytında məlumat yayılıb.
Bildirilib ki, insan haqlarının ciddi şəkildə pozulması, vətəndaş cəmiyyətinin və demokratik müxalifətin repressiyaya məruz qalması, eləcə də Rusiyada demokratiya və qanunun aliliyinə zərbə vurulması ilə bağlı ittihamlar əsasında biri hakim, biri prokuror olmaqla iki şəxsə sanksiya qərarı verilib.
Məlumata görə, sözügedən şəxslər Moskva Şəhər Məhkəməsinin hakimi Dmitri Qordyev və prokuror Lyudmila Balandinadır.
Onların hər ikisi vəzifə səlahiyyətlərindən siyasi motivli, qeyri-obyektiv və ədalətsiz qərarların çıxarılması məqsədilə istifadə etməkdə ittiham olunurlar.
Qərara əsasən, Dmitri Qordyev və Lyudmila Balandinanın aktivləri dondurulub, Avropa İttifaqına üzv dövlətlərin vətəndaşlarının və bu ölkələrdə qeydiyyatdan keçmiş şirkətlərin onların hesablarına maliyyə vəsaiti köçürməsi qadağan edilib. Eyni zamanda, sanksiya tətbiq edilən şəxslər Avropa ölkələrinə səyahət etmək və bu ölkələrdən tranzit kimi istifadə etmək hüququndan məhrum ediliblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:20
Bu xəbər 22 Dekabr 2025 15:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















