Icma.az
close
up
RU
Avropa İttifaqı yararsız quruma çevrilir TƏHLİL

Avropa İttifaqı yararsız quruma çevrilir TƏHLİL

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanın 44 günlük Vətən Müharibəsi ilə 30 il erməni işğalı altında olmuş torpaqlarını azad və ərazi bütövlüyünü bərpa etməsi ölkəmizin dünya miqyasında gücünə yeni güc qatdı. Bu parlaq hərbi, siyasi, diplomatik qələbənin ardınca 2023-cü ilin sentyabrın 19 -da başlayan və bir neçə saatlıq antiterror tədbirləri ilə Qarabağdakı bütün separatçıların məhv edilməsi və terrorçuların əsas başçılarının həbs edilərək ədalət mühakiməsinə verməsi dünyanı çalxalandırdı. Artıq bundan sonra əksər beynəlxalq təşkilatlar, ayrı-ayrı aparıcı dövlətlər Azərbaycanın gücünü etirafa edib, hər bir qlobal məsələlərdə onunla razılaşdı. Ancaq elə xəbis, riyakar qüvvələr, dövlətlər oldu ki, onlar dünya siyasətində Azərbaycanın əsas oyunçulardan olmasını qəbul etmək istəmədilər. Müxtəlif anomal paralament qərarları ilə ölkəmizə problemlər yaratmağa çalışırlar. Xüsusilə də, Fransa, Almaniya kimi dövlətlər Azərbaycana qarşı qarayaxma kampaniyası həyata keçirməklə açıq formada məkrli niyyətlərini nümayiş etdirirlər. Təbii ki, bu məsələdə erməni lobbisinin sifarişləri də rol oynayır. Erməni lobbisindən qidalanan, maddi və mənəvi dəstək alan bəzi xarici media orqanları, "hüquq müdafiə" təşkilatları sifarişlər əsasında ölkəmizə qarşı qarayaxma kampaniyası aparırlar.

Görünən ondan ibarətdir ki, hazırda əsasən ölkəmizə qarşı anormal mövqedə dayanan təşkilatlar arasında "Human Rights Watch", "Freedom House", "Amnesty International" təşkilatları, eləcə də "Amerikanın səsi", "Azadlıq", "BBC" kimi qondarma medi orqanları daha çox seçilirlər. Onlar Azərbaycana qarşı qərəzli hesabatlarla çıxış edir, şər və böhtandan ibarət informasiyalar paylaşırlar. Absurd hesabatlardan cızma-qaradan ibarət olan hesabatlarda iddialar ondan ibarətdir ki, guya Azərbaycanda "insan hüquqları pozulur", "mətbuat azad deyil", "siyasi məhbus" lar mövcuddur və bu kimi özlərindən uydurduqları məsələlərdir. Halbuki bu kimi iddiaların hamısı yalan üzərində qurulub və heç bir fakta söykənmir.

Avropa islamofobiya xəstəliyinə yoluxub

Hansı ki, sözügedən təşkilatlar islamofobiya xəstəliyinə yoluxmuş və insan hüquqları məsələsini əsassız şəkildə bəhanə edərək müsəlman ölkələrinə qarşı kampaniya aparmaq missiyasını yerinə yetirməklə məşğuldurlar. "Human Rights Watch", "Freedom House", "Amnesty International" kimi təşkilatların söz və fikir azadlığından, insan hüquqlarına münasibətdən danışmaları gülünc və istehza doğurur. Çünki onların bağlandıqları və maliyyə yardımları aldıqları ölkələrdə ciddi mətbuat azadlığı problemləri mövcuddur, addımbaşı insan hüquqları kobud şəkildə pozulur.

Aparılan araşdırmalara və əldə olunan məlumatlara istinadən demək olar ki, Avropanın bəzi dövlətləri Latın Amerkasından, Asiya və Afrikadan gələn insanlar üçün təhlükə mənbəyinə çevrilib. Əksər hallarda Avropaya üz tutan qeyri-avropalılar orada təqib olunur, döyülür, zorakılığa məruz qalırlar. Bunu Avropa ölkələrinin bəzi vətəndaş cəmiyyətinin nümayəndələri, eləcə də müstəqil mövqeli parlament üzvləri də təsdiq edirlər. Avropaya gedən insanların 55 faizi qeyd edirlər ki, Fransa, Almaniya və Niderlanda onlara qarşı zorakılıq hallarına yol verilir, 37 faizi deyir ki, irqi diskriminasiyanın qurbanı olub.

Fransa insanlıq üçün təhlükə mənbəyidir

Bütün və digər faktlar təsdiq edir ki, Avropa ölkələrində diskriminasiya və nasizm geniş vüsət alır. Bu sahədə cinayətlərin sayı da xeyli artıb. Məsələn, Almaniyada türklər, balkan əsillilər daha çox təzyiqlərə məruz qalırlar. Almaniyada yaşayan türklərin 52 faizi, balkan əsillilərin isə 46 faizi hesab edir ki, bu ölkədə ksenofobiya "çox yüksək səviyyədə inkişaf edir".

Diqqətçəkən məqam ondan ibarətdir ki, Azərbaycan ərazisində yaradılmağa cəhd edilmiş erməni separatizmini məhv etdikdən sonra Avropanın bəzi dövlətləri terrorçulara dəstək verən açıqlamalar yayır, anomal fikirlər səsləndirirlər. Bir qədər əvvəl Böyük Britaniyanın parlamentində Azərbaycan qanunvericiliyinə və beynəlxalq hüquq normalarına uyğun şəkildə aparılan məhkəmə prosesində layiqli cəzalarını alan Ermənistan vətəndaşları olan hərbi canilərlə bağlı araşdırmalar aparacaqları barədə müzakirələr qurmaları birabaşa separatizmə və terrorçuluğa dəstək verilməsi deməkdir. Haqlı olaraq onların bu cür absurd müzakirələr Azərbaycanda və dünyanın əksər ölkələrində sərt şəkildə qınanılır. Halbuki, Böyük Britaniyada, Fransada, İtaliyada, Belçikada, İspaniyada separatizm baş qaldıran zaman onun qarşısı sərt hərbi tədbirlərərin görülməsi ilə aradan qaldırılıb. Bir qədər əvvəl İspaniya Katoloniyada və Barselonada geniş vüsət almış separatizmi ağır texnikadan və müasir silahlardan istifadə etməklə zərərsizləşdirdi və başçılarını həbs edərək ömürlük azadlıqdan məhrum etdi.

İtaliyanın Sardiniya, Belçikanın Valloniya bölgəsində mülki vətəndaşlara təhlükə yaradan separatçılara qarşı qırıcı təyyarələrdən, tanklardan istifadə etməklə məhv etdilər. Nəticədə, onlarla separatçı və dinc sakin həyatlarını itirdilər. Fransa müasir dünyanın gözü qarşısında müstəmləkə altında saxladığı xalqlara qarşı açıq soyqırımı siyasəti həyata keçib və bu gün də insanlıq üçün təhlükə mənbəyi olan cinayətlərini davam etdirir. Ona görə də, bu dövlətlərin, ümumilikdə Avropa İttifaqının Azərbaycanın iç məsələlərinə burunlarını soxmaları yersiz və ədəbsizlikdir. Azərbaycan düzgün və əsaslı siyasət aparır və bu siyasət ölkə əhalisinin sabitliyinin təmin olunmasına, eləcə də regionda sülhün və təhlükəsizliyin təmin olunmasına xidmət edir.

İLHAM ƏLİYEV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:95
embedMənbə:https://sia.az
archiveBu xəbər 05 Mart 2026 13:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

17 Sentyabr 2026 02:10see287

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

17 Sentyabr 2026 03:02see287

ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib

17 Sentyabr 2026 05:29see272

Tramp gələn həftə Körfəz ölkələrinin liderləri ilə görüşəcək

17 Sentyabr 2026 06:43see257

Tanınmış türkiyəli aktyor Münir Canar öldü

17 Sentyabr 2026 12:04see255

Dövlətin ən həssas sərhədi xəritədə deyil

17 Sentyabr 2026 17:32see243

Vərəmin icbari tibbi sığorta hesabına müalicəsi təklif edilib

17 Sentyabr 2026 15:46see224

Yeni BMW hər kilometrə görə 10 avro itirdi: qiyməti niyə kəskin aşağı düşdü

18 Sentyabr 2026 03:24see218

Hokkey üzrə dünya çempionu Hans Tvillinq 98 yaşında vəfat edib

18 Sentyabr 2026 03:33see192

Mbappe “Real”ın əfsanələrindən danışdı

18 Sentyabr 2026 02:01see187

Azərbaycanda mənzil almaq niyə əlçatmaz olub? REAL SƏBƏBLƏR

17 Sentyabr 2026 18:10see184

Şoyqu İrəvanı Rusiya biznesini ələ keçirməkdə ittiham edib

17 Sentyabr 2026 15:46see183

“Bolt” Bakıda keçirilən biznes platformasına tərəfdaşlıq edir AÇIQLAMA VİDEO

17 Sentyabr 2026 20:20see183

Polina Qaqarina ilə Vanya Dmitrienko çəkilişdə mübahisə etdilər

18 Sentyabr 2026 05:27see177

Robert Fitso bu gün Kiyevə gedir

18 Sentyabr 2026 02:04see176

Cennifer Lopez 18 milyon dollarlıq evini nümayiş etdirdi

17 Sentyabr 2026 05:22see174

Qadın qiyafəsində qaçmağa çalışarkən tutuldu “80 nəfəri öldürmüşəm” Video

17 Sentyabr 2026 02:40see173

Barselona Yamala görə dəstək aksiyasından imtina etdi

18 Sentyabr 2026 02:03see170

Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi VİDEO

17 Sentyabr 2026 18:50see170

Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb

18 Sentyabr 2026 03:03see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri