Icma.az
close
up
RU
Azərbaycan Avropa İttifaqı: yeni strateji yanaşma

Azərbaycan Avropa İttifaqı: yeni strateji yanaşma

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanla Avropa İttifaqı artıq yalnız bu günün maraqlarını deyil, gələcəyin çağırışlarını da birgə qarşılayacaqlarını nümayiş etdirirlər. Mövcud münasibətlər klassik diplomatik çərçivədən çıxaraq ortaq gələcəyin strateji əsaslarla qurulmasına yönəlmiş əməkdaşlığa çevrilir.

Prezident İlham Əliyevin Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitseprezidenti Kaya Kallası qəbul etməsi Azərbaycanın Avropa İttifaqı (Aİ) ilə münasibətlərində yeni mərhələnin simvolik başlanğıcı, strateji və hüquqi kontekstli bir dönüş nöqtəsi kimi qiymətləndirilə bilər. Görüş qarşılıqlı maraqların praktiki zəmində yaxınlaşdırıldığı, siyasi iradənin isə reallıqlarla uzlaşdırıldığı bir platforma rolunu oynadı. Uzun müddət Avropada hökm sürən geosiyasi stereotiplər, qərəzli yanaşmalar və regionla bağlı yanlış təsəvvürlər bu görüşdə səssizcə arxa plana çəkildi. Yerini isə daha praqmatik, realist və strateji maraqlara əsaslanan bir baxış aldı.

Artıq Brüsseldə Azərbaycanın geosiyasi çəkisi təkcə enerji resursları ilə deyil, həm də regiondakı sabitləşdirici rolu, nəqliyyat bağlantılarındakı qovşaq mövqeyi və gələcəyə yönəlmiş “yaşıl” enerji təşəbbüsləri ilə qiymətləndirilir. Avropa üçün enerji siyasi və təhlükəsizlik məsələsidir. Deməli, Azərbaycanı enerji tərəfdaşı kimi deyil, enerji təhlükəsizliyinin açar oyunçusu kimi görmək – əslində, Aİ-nin yeni reallığı dərk etdiyinin göstəricisidir.

Siyasi-hüquqi aspektdən baxdıqda Aİ-nin bu mövqeyi 1996-cı ildə imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi çərçivəsindən çıxaraq, daha müasir və kompleks Strateji Tərəfdaşlıq çərçivə sazişi ilə əvəzlənmək istiqamətində irəlilədiyini göstərir. Hazırda danışıqları davam edən bu sənəd tərəflərin hüquqi öhdəliklərini, qarşılıqlı maraqlarını, normativ bazasını daha müasir beynəlxalq hüquq prinsiplərinə uyğunlaşdırmaq məqsədi daşıyır və münasibətlərin institusional mahiyyət qazanması üçün ciddi addımdır.

Azərbaycan ilə Aİ arasında 1996-cı ildə imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi (TƏS) uzun illər boyunca tərəflər arasında siyasi, iqtisadi və hüquqi münasibətlərin əsasını təşkil edib. Lakin bugünkü geosiyasi reallıqlar, enerji təhlükəsizliyi çağırışları və diplomatik gündəm bu sənədin artıq kifayət qədər aktual olmadığını, münasibətlərin daha çevik, strateji və dərin inteqrasiya tələb etdiyini açıq şəkildə göstərir. Əslində, 1996-cı il sazişi postsovet məkanında yeni müstəqil dövlətlərlə Aİ-nin münasibətlərini tənzimləyən tipik bir çərçivə idi – daha çox ticarət, bazar iqtisadiyyatı və siyasi dialoqa dair ümumi prinsipləri əhatə edirdi. Lakin bu çərçivə nə Azərbaycan – Aİ münasibətlərinin bugünkü səviyyəsini, nə də Avropanın Cənubi Qafqazda dəyişən maraqlarını tam əhatə edə bilir.

Son illərdə, xüsusilə 2020-ci ildən sonra Azərbaycanın beynəlxalq rolunun artması, enerji təchizatında etibarlı tərəfdaş kimi ön plana çıxması və eyni zamanda, yaşıl enerji keçidində əsas oyunçuya çevrilməsi TƏS-in hüquqi və siyasi imkanlarını aşmış vəziyyətdədir və Azərbaycanın regional təşəbbüslərdəki rolu onun strateji çevikliklə yön verdiyi diplomatik xətti müqaviləyə uyğun gəlmir.

Üstəlik, Aİ ilə münasibətlərdə rəqəmsal transformasiya, süni intellekt, enerji tranziti, geosiyasi sabitlik və təhlükəsizlik sahələrində yaranan yeni əməkdaşlıq sahələri də TƏS-in gündəliyində yoxdur. Yəni, sənədin hüquqi çərçivəsi də tərəflərin mövcud və gələcək maraqlarına cavab vermir.

Hazırda danışıqları davam edən və layihəsi üzərində razılaşmalar aparılan TƏS bu boşluğu doldurmağa yönəlib. Sənədin məqsədi yalnız texniki və iqtisadi sahələrdə əməkdaşlığı dərinləşdirmək deyil, həm də siyasi dialoqun institusional əsaslarla genişləndirilməsidir. Yəni, Azərbaycan–Aİ münasibətləri artıq gündəlik əməkdaşlıqdan çıxaraq, strateji qərarların, qarşılıqlı öhdəliklərin və dəyərlərin paylaşılmasına əsaslanan bir müstəviyə keçir.

Postmüharibə dövründə Cənubi Qafqazda yaranmış yeni reallıqlar, xüsusilə Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi və regional sabitliyə çağırış edən sülh təşəbbüsləri Aİ üçün də yeni qiymətləndirmələrə səbəb olub. Azərbaycan bu gün, sadəcə olaraq, enerji mənbəyi deyil – regionda sabitliyin dayağı, kommunikasiya və nəqliyyat layihələrinin əsas təşəbbüskarı, yaşıl transformasiyanın lideridir.

Azərbaycanın Avropanın enerji xəritəsində oynadığı rolunun konturları da artıq tam aydındır. Əgər bir zamanlar bu əməkdaşlıq sadəcə layihələr səviyyəsində müzakirə edilirdisə, bu gün Cənub Qaz Dəhlizi (CQD) reallığa çevrilib və siyasi iradənin, qarşılıqlı etimadın və strateji sinxronizasiyanın canlı sübutudur. Bu gün Azərbaycan 10 Avropa ölkəsinə qaz ixrac edir, onların 8-i Aİ üzvüdür və bu, sadəcə statistik məlumat deyil – enerji diplomatiyasının siyasi çəkisi və Azərbaycanın Avropada etibarlı tərəfdaş statusunun rəsmi təsdiqidir.

TAP və TANAP kimi mühüm layihələr vasitəsilə Azərbaycan öz qazını Avropaya çatdırır və Aİ-nin enerji təhlükəsizliyi strategiyasına sabitlik və dayanıqlılıq bəxş edir. Enerji tərəfdaşlığı iki istiqamətli xarakter daşıyır: Azərbaycan öz resurslarını dünya bazarına çıxarır, Avropa isə öz enerji sabitliyini Bakı üzərindən təmin edir.

Əməkdaşlıq artıq təkcə təbii qazla məhdudlaşmır. Azərbaycanın yaşıl enerji sahəsində atdığı addımlar onu ənənəvi enerji təchizatçısından bərpaolunan enerjidə də aparıcı oyunçuya çevirir. Xəzərin Azərbaycan sektorunda yerləşən dəniz külək enerjisi potensialı Avropa üçün yeni enerji mənbəyi və alternativ yol deməkdir.

Bununla yanaşı, Transxəzər “Yaşıl” Enerji Dəhlizi və Gürcüstan–Rumıniya–Macarıstan–Bolqarıstan xətti üzrə formalaşan yaşıl enerji platforması Azərbaycanın bu sahədə də strateji mərkəz rolunu oynadığını təsdiqləyir. Burada söhbət təkcə enerji mənbələrindən deyil, dayanıqlı gələcək, texnoloji əməkdaşlıq və iqlim diplomatiyasından gedir. Azərbaycan bu proseslərdə yaşıl enerji dövrünün fəal iştirakçısı və təşəbbüsçüsüdür ki, bu amil də Avropa üçün xüsusi önəm daşıyır. Çünki yaşıl keçid geosiyasi etibarlılıq tələb edir və Azərbaycan da bu tələbi qarşılayan nadir ölkələrdəndir.

Siyasi müstəvidə isə Cənubi Qafqazda davamlı sabitliyin təmin olunması və Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində Azərbaycanın atdığı ardıcıl və prinsipial addımlar Avropa İttifaqının da diqqət mərkəzindədir.

Azərbaycan bu mürəkkəb prosesdə heç vaxt təşəbbüsü əldən verməyib. Bakı regiondakı sülh gündəliyini beynəlxalq vasitəçilərin monopoliyasına buraxmadan, onu öz diplomatik iradəsi və strateji baxışı ilə formalaşdırmağa çalışır. Buradan isə Azərbaycanın yalnız ərazi bütövlüyünü bərpa etməklə kifayətlənmədiyini, eyni zamanda, postmünaqişə dövründə sülh arxitekturasını özü dizayn etmək əzmində olduğunu görürük.

Azərbaycanın bu yanaşması klassik diplomatiyadan fərqlənir – bu, proaktiv və müstəqil xarici siyasət strategiyasıdır. Diplomatik prosesləri yönləndirmək və gündəmi müəyyənləşdirmək bacarığı Azərbaycanın beynəlxalq münasibətlər sistemində, aktiv “oyunçu”ya çevrildiyini sübut edir.

Brüsselin bu proseslərdəki rolu da dəyişməkdədir. Avropa İttifaqı Azərbaycanı regional sülh və sabitliyin əsas təminatçılarından biri kimi qiymətləndirir. Bu kontekstdə tərəflər arasında münasibətlərin strateji siyasi sinxronizasiyasına yol açan yeni bir dövrün artıq başlandığını söyləmək olar. Kaya Kallasın səfəri də məhz bu yeni mərhələnin göstəricisidir və Aİ-nin öz mövqeyinə yenidən baxdığını açıq şəkildə nümayiş etdirir. Bu görüş Aİ-nin Cənubi Qafqaz siyasətində ciddi bir dönüş nöqtəsi kimi qiymətləndirilə bilər.

Bu gün beynəlxalq münasibətlərdə vədlərdən çox nəticələr önəmlidir. Reallıq onu göstərir ki, Azərbaycanla Aİ arasında münasibətlər artıq sadəcə niyyət bəyanatları səviyyəsində deyil – təməli konkret layihələrlə möhkəmlənən strateji əməkdaşlığa çevrilməkdədir. Tərəflər arasında artan qarşılıqlı anlayış və ortaq maraqlar bu əməkdaşlığı daha da dərinləşdirir.

Şəbnəm ZEYNALOVA,
siyasi elmlər üzrə fəlsəfə doktoru

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 26 Aprel 2025 08:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə telefon və ağıllı saatlar qadağan ediləcək

04 İyun 2026 02:36see262

TƏBİB in yeni mətbuat katibi Zara İbrahimzadə kimdir?

02 İyun 2026 23:17see226

9% gəlirlilik: Dövlət şirkətinin dollar istiqrazları ticarətə buraxılır

03 İyun 2026 01:20see222

Zelenskinin məqsədi danışıqlar prosesinə ABŞ sız qatılmaqdır

04 İyun 2026 09:07see221

ABŞ məxfi hesabat hazırlayacaq TRAMP İMZALADI

03 İyun 2026 03:23see220

Nazir Anar Əliyev Beynəlxalq Əmək Konfransının sessiyasında çıxış edib

03 İyun 2026 17:53see196

Qədim Efes şəhərində gecə muzeylərinə səfərlər başlayıb

04 İyun 2026 04:02see196

Xocalıdakı “Qarabağ Tekstil Evi”ndə çalışacaq şəxslər üçün peşə kursları başlayıb

03 İyun 2026 11:28see189

Biləsuvarda ölümlə nəticələnən yol qəzası baş verib

03 İyun 2026 11:29see187

Şəfa nı çempionluğa daşıyan Kərəmli bölgə klubunda? Dəqiqləşdi

03 İyun 2026 02:25see186

Orta Dəhliz və Azərbaycanın yeni iqtisadi hədəfləri

03 İyun 2026 11:30see185

“Qərbi Azərbaycana qayıdış ideyası revanşizm deyil, tarixi ədalət çağırışıdır” Elçin Babayev

03 İyun 2026 11:28see180

Onlardan söz qoparmaq qeyri mümkündür

02 İyun 2026 23:04see178

QMİ rəsmisi görmə qabiliyyətini itirdi Səhv əməliyyat olunub?

03 İyun 2026 00:13see173

“Rheinmetall” silah şirkəti ilə Rumıniya arasında 5,7 milyard avroluq müqavilələr imzalanıb

02 İyun 2026 23:03see172

ABŞ Dövlət katibi Mərkəzi Asiya ölkələrinə səfər edəcək

04 İyun 2026 02:39see169

Makronun xanımının cinsiyyəti ilə bağlı yeni FAKTLAR üzə çıxdı!

03 İyun 2026 02:06see168

Məhərrəm ayı bu tarixdə başlayacaq MƏLUMAT

03 İyun 2026 01:07see165

Baş məşqçi millimizin finala yüksəlməsindən danışdı

04 İyun 2026 01:15see159

Aİ iqtisadiyyatları üçün risklər barədə xəbərdarlıq edildi

03 İyun 2026 20:48see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri