Avropa İttifaqında müəssisələrin beşdə biri İKT təhlükəsizliyi insidentləri ilə üzləşib
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Berlin, 8 oktyabr, AZƏRTAC
Avropa İttifaqı (Aİ) ölkələrində fəaliyyət göstərən müəssisələrin 21,5 faizi İKT sahəsində təhlükəsizlik insidentləri ilə qarşılaşıb. Bu hadisələr İKT xidmətlərinin müvəqqəti əlçatmazlığına, məlumatların məhv edilməsinə və ya korlanmasına, eləcə də məxfi məlumatların açıqlanmasına səbəb olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Avropa İttifaqının Statistika İdarəsinin (Eurostat) 2023-cü ilə aid hesabatında əksini tapıb.
İKT təhlükəsizliyi insidentləri ilə daha çox Finlandiyada fəaliyyət göstərən müəssisələr üzləşib. Bu göstərici 42,2 faiz təşkil edib. Sonrakı yerlərdə Polşa (32,5 faiz) və Malta (28,7 faiz) gəlir. Ən aşağı göstəricilər isə Avstriyada (11,5 faiz), Sloveniyada (11,6 faiz) və Bolqarıstanda (12,1 faiz) müşahidə olunub.
İKT ilə bağlı təhlükəsizlik insidentlərinin ən çox qeydə alındığı fəaliyyət sahələri arasında elektrik, qaz, buxar və havalandırma təminatı (28,8 faiz), informasiya və kommunikasiya (27,9 faiz), peşəkar, elmi və texniki fəaliyyətlər (26,8 faiz), daşınmaz əmlak fəaliyyəti (25 faiz), həmçinin su təchizatı, kanalizasiya, tullantıların idarə edilməsi və bərpa (24,1 faiz) sektorları yer alıb.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 08 Oktyabr 2025 14:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















