Icma.az
close
up
RU
Avropa İttifaqında fikir ayrılığı...

Avropa İttifaqında fikir ayrılığı...

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

Rusiyaya qarşı 17-ci sanksiya paketi qəbul olunmaya bilər

Hazırda dünyada baş verən hadisələr fonunda “sanksiya siyasəti” daha geniş şəkildə tətbiq olunmağa başlayıb. Dünyanın böyük dövlətləri və blokları qarşılıqlı olaraq sanksiyalar tətbiq etməklə öz üstünlüklərini təmin etməyə çalışırlar. Bu mənada, son illərdə ən çox sanksiyalara məruz qalan ölkələrdən biri Rusiyadır. Ukrayna ilə müharibə səbəbilə Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 16 sanksiya paketi qəbul edib. Sonuncu - 16-cı sanksiyalar paketi bu ilin fevral ayında Ukraynada hərbi əməliyyatların üçüncü ildönümü ilə əlaqədar təsdiqlənib. Bu paketdə nəzərədə tutulan məhdudiyyətlər 13 banka, eləcə də Aİ-nin Rusiyanın “kölgə” donanmasının bir hissəsi hesab etdiyi 73 gəmiyə, ilkin alüminiumun idxalına şamil olunub. Ümumilikdə, Rusiyanın 35 şirkəti və 48 fiziki şəxsi sanksiyalara məruz qalıb. Digər məsələlərlə yanaşı, Aİ ölkələri xrom və bəzi kimyəvi maddələrin idxalını, həmçinin neft və qaz emalı zavodlarına xidmət göstərilməsini qadağan edib.

Macarıstanın isə 16-cı paketdə nəzərdə tutulan məhdudiyyətlərdən Rusiya nefti və neft məhsullarından istifadə üçün istisnanı təmin edib və həmçinin Budapeşt metrosunun texniki xidməti ilə məşğul olan Rusiyanın “Metrovaqonmaş” şirkətinin fəaliyyətinə qoyulan qadağadan yayınıb.

Macarıstan etiraz edir

Hazırda Avropa İttifaqı  Rusiyaya qarşı 17-ci sanksiyalar paketini hazırlayır və may ayında bu barədə razılığa gəlməyi planlaşdırır. Bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas Aİ Şurasının Lüksemburqda keçirilən iclasından sonra mətbuat konfransında deyib. Jurnalistlərin yeni sanksiyalar paketində Rusiyadan mayeləşdirilmiş təbii qazın tədarükünə qadağanın daxil olub-olmayacağı ilə bağlı sualına Kallas belə cavab verib: “Müzakirələr davam edir, lakin siz bilirsiniz ki, sanksiyaların tətbiqi üçün 27 ölkənin hamısının razılığı lazımdır. Mənim fikrimcə, mümkün olan ən güclü sanksiyalar paketini tətbiq etmək lazımdır”.

Amma görünən odur ki, rəsmi Budapeşt bu məsələdə də müqavimət göstərəcək. Belə ki, Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto bəyan edib ki, ölkəsi enerji təchizatı sahəsində Avropa İttifaqının  Rusiyaya qarşı yeni sanksiyalarını dəstəkləməyəcək. Nazir Aİ-nin XİN başçılarının görüşündə Rusiyaya qarşı 17-ci sanksiyalar paketi layihəsinin müzakirə olunduğunu və tədbirə videobağlantı vasitəsilə qoşulan Ukraynanın xarici işlər naziri Andrey Sibiqanın “Rusiyanın enerji resurslarına və nüvə sənayesinə qarşı sanksiyaların tətbiqini tələb etdiyini” vurğulayıb. “Avropa İttifaqından bir neçə həmkarımız bu tələblərə qoşulub. Biz bunu heç bir şəkildə dəstəkləməyəcəyik”, - deyə Peter Siyarto vurğulayıb.

Məlumdur ki, Rusiya-Ukrayna müharibəsində Avropa İttifaqı rəsmi Kiyevi dəstəkləyir. Aİ-nin sanksiyalarının məqsədi  Rusiyanı zəiflətmək, Ukraynanın isə müqavimət gücünü artırmaqdır. Rusiya-Ukrayna müharibəsi bəzən sanksiyalar müharibəsi kimi də səciyyələndirilir. İndiyədək Aİ-nin mərhələlərlə Rusiyaya qarşı qəbul etdiyi sanksiyaların əhatə dairəsi kifayət qədər genişdir. Qadağalar ilk növbədə Rusiyanın iqtisadi gücünü zəiflətməklə bu ölkənin gündəlik müharibə xərclərini qarşılamaq imkanlarını məhdudlaşdırmaq məqsədi daşıyır. O cümlədən indiyədək Rusiyaya ticarət, maliyyə, enerji, sənaye, texnologiya, nəqliyyat, ikili və dəbdəbəli mallar, qızılla bağlı geniş məhdudiyyətlər tətbiq edilib.

Aİ Rusiyadan maye qaz almağa davam etsə də...

Avropa İttifaqı Rusiyadan maye qaz almağa davam etsə də, onun təkrar ixracını qadağan edib. Eyni zamanda, üçüncü ölkələrə hərbi məhsul satan Avropa şirkətləri onların Rusiyaya təkrar ixracı ilə bağlı riskləri müəyyənləşdirməli və qiymətləndirməlidir. Sanksiyalara, həmçinin Rusiya maye qazının Avropa limanlarından tranzitinə məhdudiyyətlər, rusların Ukraynadan çıxardığı mədəni və tarixi sərvətlərin satışına qadağalar, bu ölkəyə helium idxalının, həmçinin elektron komponentlərin, manqan və digər nadir elementlərin ixracının məhdudlaşdırılması daxildir. Sanksiyalar paketində Avropa İttifaqının aviakompaniyalarına rusiyalı fiziki və hüquqi şəxslərin sifarişi ilə çarter və şəxsi uçuşlar həyata keçirmək də qadağan olunur.

Sanksiyalar Rusiya iqtisadiyyatına ciddi təsir etmir

Avropa İttifaqı Rusiya Mərkəzi Bankının SWIFT sistemini əvəz etmək üçün hazırladığı Maliyyə Mesajlaşma Sisteminə (SPFS) də sanksiyalar tətbiq edib. Bu sanksiyaya əsasən, Rusiyadan kənarda fəaliyyət göstərən Aİ təşkilatlarının SPFS və ya oxşar maliyyə mesajlaşma xidmətlərinə qoşulması qadağan olunub. Bundan əlavə, Aİ operatorlarına Rusiyadan kənarda SPFS-dən istifadə edən bir sıra təşkilatlarla əməliyyatlar aparmağa icazə verilmir. Aİ hüdudlarından kənarda maliyyə institutları və kriptovalyuta tədarükçüləri ilə əməliyyatlar, əgər bu şirkətlər Rusiyanın hərbi-sənaye kompleksi ilə bağlı hər hansı əməliyyatlarda iştirak edirsə, bu da qadağan olunacaq.

Lakin Aİ-nin sanksiyalarına baxmayaraq, Rusiya mövqeyindən geri çəkilmir. Əksinə, son aylar döyüş bölgəsində rus qoşunlarının üstünlüyü artır. Bu, həm də o deməkdir ki, Aİ-nin sanksiyaları Rusiya iqtisadiyyatına ciddi təsir etmir. Əksinə, həmin sanksiyalar bir sıra Avropa ölkələrinə mənfi təsir göstərməkdədir. Ona görə də, 17-ci sanksiyalar paketinin qəbul olunması sual altındadır.

N.BAYRAMLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:270
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 18 Aprel 2025 09:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Barselona”dan möhtəşəm qələbə: 7 qollu oyunda “Rayo” darmadağın edildi

01 Sentyabr 2026 01:35see278

Bu qidalar sərxoşluqdan sonrakı vəziyyəti ağırlaşdıra bilər Həkimlər izah ETDİ

31 Avqust 2026 21:50see265

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see265

İrana qarşı iqtisadi təzyiq aylarla davam edə bilər Bessent

31 Avqust 2026 18:53see249

Kosmosda sakitlik olacaq? Sentyabrın ilk yarısında maqnit fırtınaları ilə bağlı proqnoz

01 Sentyabr 2026 04:02see224

Astarada şəhid ailələri üçün mənzillər alınacaq

01 Sentyabr 2026 00:19see223

Zamiq 90 dəqiqə oynadı, “Eqnatiya” geri dönüş etdi

01 Sentyabr 2026 02:14see219

Şuşa Laçın avtomobil yolunda qazıntı aparan 2 nəfər vəfat edib

31 Avqust 2026 22:04see218

Əli Cəbrayılova UEFA dan beynəlxalq təyinat

01 Sentyabr 2026 01:02see211

Havaların qəfil dəyişməsi sağlamlığımıza necə təsir edir? HƏKİM DANIŞDI

01 Sentyabr 2026 12:04see209

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see195

Bakıda ən bahalı, 10 milyon manatlıq evin içində nə var ki? ƏCAİB QİYMƏTLƏR

01 Sentyabr 2026 17:16see188

Goranboyda güclü partlayış oldu

02 Sentyabr 2026 01:20see186

Bu vərdişlər diş çürüməsi riskini artırır ARAŞDIRMA

01 Sentyabr 2026 09:02see184

Dietoloqlar arıqlamaq üçün ən yaxşı iki meyvənin adını çəkiblər...

31 Avqust 2026 21:05see182

Putinlə Paşinyan arasında mübahisə düşdü

02 Sentyabr 2026 01:17see175

Flik “Barselona”dan ayrıla bilər

02 Sentyabr 2026 03:18see166

Mərkəzi Bank 230 milyon manatlıq notları hərraca çıxarır

01 Sentyabr 2026 21:38see166

Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır? AÇIQLAMA

01 Sentyabr 2026 21:07see166

“Bizi udmaq istəyənlər ağzının üstündən zərbə alacaq” Putin Bişkekdə nəyə işarə etdi?

02 Sentyabr 2026 01:56see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri