Avropa İttifaqında müzakirələr: Ukraynaya görə mövcud qaydalar dəyişir?
Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Avropa İttifaqı (Aİ) Ukraynanın qəbulunu sürətləndirmək üçün yeni ölkələrin üzvlük qaydalarına dəyişiklikləri müzakirə edir.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Politico" nəşri mənbələrə istinadən məlumat verib.
Məlumata görə, mexanizm yeni ölkələrin səsvermə hüququ olmadan Aİ-yə üzv ola bilməsini nəzərdə tutur ki, bu da "Macarıstandan Viktor Orban kimi liderlərin Ukraynanın üzvlüyünə daha mülayim yanaşmasını təmin edir".
Qəzet vəziyyətlə tanış olan avropalı diplomatlara istinad edərək bildirib ki, Aİ-yə üzvlük qaydalarının dəyişdirilməsi təklifi inkişafın ilkin hazırlıq mərhələsindədir və bütün mövcud ölkələr tərəfindən təsdiqlənməlidir.
İdeya ondan ibarətdir ki, Aİ ayrı-ayrı ölkələrin onun qərarlarına veto qoymasını çətinləşdirmək üçün fəaliyyət sistemini tamamilə dəyişəcək və bundan sonra yeni üzvlər bütün hüquqlara sahib olacaqlar.
Xatırladaq ki, 2022-ci ilin iyununda Ukrayna Aİ üzvlüyünə namizəd statusu alıb. Aİ-yə üzv olan 27 ölkənin hamısının liderləri bu qərarın lehinə səs veriblər, 2023-cü ilin dekabrında isə Ukraynanın quruma qoşulması ilə bağlı danışıqlara başlamaq qərarına gəliblər. Lakin Macarıstan Ukraynanın tələsik şəkildə Aİ-yə üzv qəbul edilməsinə qəti etirazını bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 20 Oktyabr 2025 11:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















