Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə dekarbonizasiya üzrə əməkdaşlıq müzakirə olunub
Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Energetika naziri Pərviz Şahbazov ilə Avropa İttifaqının (Aİ) ölkəmizdəki nümayəndəliyinin rəhbəri, səfir Mariyana Kuyundziç arasında görüş keçirilib.
Nazirlikdən XQ-ə verilən məlumata görə, görüşdə enerji sahəsində Azərbaycan-Aİ əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub.
Azərbaycanın Avropanın enerji təchizatındakı etibarlı tərəfdaş rolu, habelə bərpaolunan enerji sahəsində fəaliyyəti yüksək qiymətləndirilib. Görüş zamanı “Enerji Dialoqu” formatında əməkdaşlıq əlaqələrinin davam etdirilməsi, Cənub Qaz Dəhlizinin genişləndirilməsi, Azərbaycandan Avropaya elektrik enerjisi ixracını təmin edəcək “Yaşıl Enerji Dəhlizi” layihələrinin icrası nəzərdən keçirilib.
Görüşdə, həmçinin “EU4Energy” proqramı, dekarbonizasiya, enerji səmərəliliyi, hidrogen və digər perspektivli istiqamətlər üzrə əməkdaşlıq məsələlərinə də toxunulub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 02 Dekabr 2025 22:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















