Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

İbrahim Tatlısesin model gəlininin evini su basdı

Avropa İttifaqının süni intellektə çevrilməkliyi

Avropa İttifaqının süni intellektə çevrilməkliyi

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

Son illərədək Aİ deyəndə ilk olaraq ağlımıza Avropa İttifaqı gələrdi. Elm və texnologiyanın inkişafı sayəsində 2012-ci ildən etibarən Aİ həm də süni intellektin (AI - Artificial Intelligence) abbreviaturasına çevrildi. Elə Avropa İttifaqının və Avropa Parlamentinin özünü süni intellekt kimi aparması da təxminən eyni vaxta təsadüf etdi. Bu il aprelin 30-da Avropa Parlamentinin qəbul etdiyi qətnamədə Azərbaycana qarşı ittihamları oxuyanda adama elə gəlir ki, bunlar ya əsaslı mənbəyi olmayan Vikipediya materiallarıdır, ya da süni intellektə verilən suallar əsasında formalaşmış cavablardır.

Sənəddə Bakı ilə İrəvan arasında sülh prosesində mühüm irəliləyişin əldə edildiyi vurğulanır və Ermənistanın münasibətlərin tam normallaşdırılmasına yönəlmiş səylərinə dəstək ifadə olunur. Halbuki Ermənistana barış əlini ilk olaraq müharibədə qalib gəlmiş Azərbaycan uzadıb. Sülhün bərqərar olması üçün rəsmi Bakı İrəvandan 30 illik işğala görə 150 milyard dollar təzminat tələb etmək haqqı olduğu halda, bundan imtina edib, hətta ermənilərin qürurunu sonadək sındırmamaq üçün Bakıdakı Hərbi Qənimətlər Parkında işğalçı əsgərlərin dəbilqələrini nümayiş etdirməyi də aradan qaldırıb.

Avropa Parlamentinin qəbul etdiyi sənəddə Azərbaycanın erməni “hərbi əsirləri” ədalətsiz şəkildə saxladığı bildirilir, onların dərhal və qeyd-şərtsiz azad edilməsi tələb olunur. Bəs onların “hərbi əsirlər” dediyi şəxslər kimlərdir? Söhbət Rusiyadan Qarabağa qəhrəman olmaq və sonradan Ermənistanda hakimiyyətə gətirilmək üçün göndərilən Ruben Vardanyan, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü zamanı sülh və insanlıq əleyhinə cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan vətəndaşları Arayik Arutyunyan, Arkadi Qukasyan, Bako Saakyan, David İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərindən gedir. Bu şəxslərdən üçü - Arayik Arutyunyan, Arkadi Qukasyan və Bako Saakyan özlərini separatçı Dağlıq Qarabağ bölgəsinin “prezidenti” elan etmişdilər, Azərbaycan dövlətini tezliklə Bakıda çay içəcəkləri ilə təhdid edirdilər. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu onları bu “arzularına” çatdırdı.

Separatçı ilə necə rəftar etmək lazım olduğunu Avropa İttifaqının üzvü olan İspaniya 2017-ci ildə Kataloniyanı müstəqil elan etmək istəyən Karles Puçdemona münasibətdə göstərmişdi. Puçdemonun separatçılıq cəhdlərinə cəmi bir il dözən avropalılar qan tökmədiyi halda, onu dərhal devirmiş və beynəlxalq axtarışa vermişdilər. Qarabağ ermənilərinin separatçı liderləri isə 30 il ərzində Azərbaycan xalqına qarşı soyqırımlar həyata keçirmiş, şəhər, kənd və qəsəbələrimizi yer üzündən silmiş, bir milyon vətəndaşımızı ev-eşiyindən didərgin salmışdı. Bəlkə Avropada bu cinayətləri edənlərin başlarını sığallayırlar, xəbərimiz yoxdur?

Qətnamədə həmçinin Qarabağdan köçmüş ermənilərin hüquqlarına, onların mənsubiyyət, mülkiyyət və mədəni irsinin qorunmasına dəstək ifadə olunur, erməni mədəni-dini irsinin dağıdılmasına görə məsuliyyət daşıyanların cəzalandırılmasına və beynəlxalq qiymətləndirmə missiyasının yaradılmasına çağırış edilir. Avropa Parlamenti erməni sakinlərin Qarabağa təhlükəsiz, maneəsiz və ləyaqətli şəkildə qayıtmaq hüququnun olduğunu vurğulayır. Təbii ki, bunların hamısı əsassız iddialardır və Avropa İttifaqının Azərbaycandakı səfirinə Azərbaycan XİN-in təqdim etdiyi etiraz notasında bu ittihamlara tutarlı cavab verilib.

30 il ərzində Azərbaycanın işğal olunmuş ərazilərində məscidlərin dağıdılaraq içində donuz saxlanılmasına, maddi mədəniyyət nümunələrimizin yer üzündən silinməsinə səssiz qalan Avropa indi “erməni abidələri”nin hamisi olmağa çalışır. Qarabağ azad olunduqdan sonra işğal dövründə Laçında inşa edilmiş bir qanunsuz kilsədən başqa heç nə sökülmədiyi halda, bu hay-küyün səbəbi nədir? Bu daş-divar keşikçiləri Xocalıda törədilən soyqırımı, sosial media platformalarında Birinci Qarabağ müharibəsi dövründə lentə alınmış işğal videolarını, azərbaycanlıların qovulması və əsirlərimizə işgəncə verilməsi kadrlarını da görməzdən gəlirlər. Elə İkinci Qarabağ müharibəsi zamanı Ali Baş Komandan İlham Əliyevin göstərişi ilə Azərbaycan Ordusunun dinc əhalini nəinki hədəfə almaması, hətta qoruması da qiymətləndirilmir. Necə ki, Azərbaycanla müqayisədə daha güclü yüksək dəqiqlikli silahlara malik olan böyük dövlətlərin bu gün dünyanın müxtəlif yerlərində apardığı müharibələr zamanı qoca, uşaq, qadın demədən mülki əhalini məhv etməsinə göz yumulur. Amma Qarabağda bircə mülki erməninin burnu qanasaydı, Avropa İttifaqı və Avropa Parlamenti Azərbaycanı ermənilərə qarşı soyqırımı törətməkdə elə ittiham edərdi ki, 1915-ci il hadisələrinə görə Türkiyəyə qarşı iddialara şükür etməli olardıq.

Ermənistan rəhbərliyi Azərbaycanla sülhdən söz açır, bölgədə yeni reallığın yaranmasında iştirakı ilə fəxr edir, artıq sərhəddə güllə səslərinin gəlməməsini özünün böyük uğuru kimi qiymətləndirir, suyu və ürəyimizi bulandırmaq istəyən bəzi qüvvələr isə deyirlər ki, dayan görək, hara tələsirsən. Biri danlayır ki, sən niyə Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımısan, o biri sakitcə avtomobilinə oturaraq Qarabağı könüllü tərk etmiş ermənilərin geri qayıtmasının vacibliyindən dəm vurur. Heç o ermənilərdən soruşmağa da ehtiyac görmürlər ki, geri qayıtmaq istəyirsən, ya yox.

Bu yerdə Molla Nəsrəddinin məşhur lətifəsi yada düşür. Hər cümə namazında molla əvvəllər əyyaşlıq edib, sonra imana gəlmiş bir kəndlini camaata nümunə göstərib soruşur ki, bunun əvvəlki halını xatırlayırsınızmı? Baxın, imana gələndən sonra həyatı necə gözəlləşdi, ailə-uşaq və ev-eşik sahibi oldu. Bir gün həmin keçmiş əyyaş dözməyib ayağa durur və deyir: “İyirmi il əyyaşlıq etdim, Allah bir dəfə məni utandırmadı, imana və haqq yoluna gəlməyim üçün mənə güc-qüvvət verdi. Bu alçaq isə hər cümə günü məni sizin qarşınızda utandırır”.

Ermənistanın Azərbaycanla davamlı sülhə can atdığı indiki vaxtda yuyulmamış çömçə kimi ortaya atılan Avropa İttifaqı və Avropa Parlamenti indi özünü həmin molla kimi aparır, erməni xalqına “Böyük Ermənistan” və “erməni soyqırımı” nağıllarının girovluğundan çıxmaq imkanı vermək istəmir. Necə deyərlər, it motaldan əl çəkdi, motal itdən əl çəkmədi...

Cavid İsmayıl,
Tarix üzrə fəlsəfə doktoru


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:163
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 02 May 2026 07:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see381

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see374

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see357

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see344

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see247

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see242

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see241

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see234

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see234

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see227

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see221

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see217

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see215

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see209

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see202

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see186

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see183

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see173

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see163

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri