Icma.az
close
up
RU
Avropa Komissiyası Avropanın hərbi cəhətdən gücləndirilməsi planlarını təqdim edib

Avropa Komissiyası Avropanın hərbi cəhətdən gücləndirilməsi planlarını təqdim edib

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Berlin, 16 oktyabr, AZƏRTAC

Avropa Komissiyası Avropanın müdafiə qabiliyyətini artırmaq məqsədilə dörd əsas layihəni açıqlayıb.

AZƏRTAC “Zeit” qəzetinə istinadla xəbər verir ki, bu təşəbbüslərə “Dron divarı” təşəbbüsü və Avropa İttifaqının şərq sərhədlərinin gücləndirilməsi daxildir.

Yeni layihələr çərçivəsində dronlara qarşı müdafiə sistemi (EDDI), şərq sərhədlərinin hərtərəfli mühafizəsi, Avropa hava hücumundan müdafiə sistemi və kosmosdan gələn təhdidlərə qarşı müdafiə qalxanı yaradılacaq. Məqsəd 2030-cu ilədək Avropanı müdafiəyə tam hazır vəziyyətə gətirməkdir.

Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas bu barədə açıqlamasında deyib: “Ukraynada müharibənin bitməsindən sonra da təhlükə aradan qalxmayacaq. Aydındır ki, biz Rusiyaya qarşı müdafiəmizi gücləndirməliyik”.

Avropa Komissiyası xüsusilə iki layihəni “Dron divarı” və “Eastern Flank Watch” adlanan şərq sərhədinin müdafiəsini təcili prioritet kimi qiymətləndirir. Hər iki layihənin 2026-cı ilin sonunadək ilkin fəaliyyət qabiliyyətinə çatdırılması nəzərdə tutulur. Dronlara qarşı müdafiə sistemi bir il sonra tam işlək vəziyyətə gətiriləcək, sərhədin möhkəmləndirilməsi isə 2028-ci ilin sonuna qədər tamamlanacaq. Bu tədbirlər Avropanın hava hücumlarına və hibrid təhdidlərə qarşı zəifliyini azaltmaq məqsədi daşıyır.

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen birgə məqsədləri və konkret mərhələləri olan layihələrin Avropanın müdafiə sənayesini gücləndirəcəyini, istehsal proseslərini sürətləndirəcəyini, eyni zamanda, Ukraynaya dəstəyin davamlılığını təmin edəcəyini bildirib.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:247
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Oktyabr 2025 18:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see342

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see327

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see270

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see262

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see255

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see240

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see230

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see219

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see209

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see208

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see208

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see204

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see199

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see199

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see186

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see184

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

11 Noyabr 2026 23:54see176

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see176

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see169

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri