Avropa Komissiyası Gürcüstanla bağlı illik hesabatını təqdim edib
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Tbilisi, 4 noyabr, AZƏRTAC
Avropa Komissiyası Gürcüstan da daxil olmaqla, Avropa İttifaqına üzvlüyə namizəd və potensial namizəd ölkələrlə bağlı 2026-cı il üzrə genişlənmə hesabatını təqdim edib.
AZƏRTAC xəbər verir ki, sənəddə Gürcüstanın Avropa İttifaqına inteqrasiya istiqamətindəki fəaliyyəti, demokratik institutların inkişafı, qanunun aliliyi, insan hüquqlarının müdafiəsi, məhkəmə sisteminin fəaliyyəti və dövlət idarəçiliyində islahatlar kimi məsələlər əhatə olunur.
Hesabatda, həmçinin ölkənin Avropa inteqrasiyası istiqamətində əldə etdiyi irəliləyişlər, qarşıda duran vəzifələr və üzvlük prosesinin davam etdirilməsi üçün zəruri islahatlar qiymətləndirilir.
Avropa Komissiyasının illik genişlənmə hesabatı namizəd ölkələrin Avropa İttifaqına üzvlük meyarlarına uyğunluğunun və inteqrasiya prosesindəki vəziyyətinin qiymətləndirilməsi baxımından mühüm sənəd hesab olunur.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 04 Noyabr 2026 14:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















