Böyük İpək Yolu beynəlxalq turnirinin açılış mərasimi keçirilib FOTO
Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Qadın və kişi boksçular arasında Böyük İpək Yolu beynəlxalq turnirinin açılış mərasimi keçirilib.
İdman.biz xəbər verir ki, tədbir iştirakçı komandaların paradı ilə başlayıb.
Bakı Boks Mərkəzində təşkil olunan yarışın açılış mərasimində çıxış edən Azərbaycan Boks Federasiyasının (ABF) prezidentinin müşaviri Samir Hüseynov yarışın əhəmiyyətindən danışıb, beynəlxalq arenada nüfuzunun artdığını vurğulayıb. O bildirib ki? turnirə iştirakçı ölkələr güclü boksçularla qatılıblar və azarkeşlər gərgin döyüşlərin şahidi olacaqlar.
Gənclər və İdman Nazirliyinin sektor müdiri Aydın Məmmədov turnirin tarixinə toxunub, həmişə maraqlı keçdiyini deyib və iştirakçılara uğurlar arzulayıb.
Dövlət Himni səsləndirildikdən sonra yarış açıq elan olunub.
Qeyd edək ki, yarışda 9 ölkənin – Azərbaycan, Tacikistan, Özbəkistan, Kamboca, Monteneqro, Qırğızıstan, Gürcüstan, Rusiya və Qazaxıstan boksçuları mübarizə aparacaqlar. 200-dək idmançı 20 dəst medal uğrunda gücünü sınayacaq. Azərbaycan bu yarışda kişilər arasında 47, qadınlar arasında isə 11 boksçu ilə təmsil olunur. Yarışın qaliblərinin adına aprelin 15-də aydınlıq gələcək.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 11 Aprel 2025 19:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















