“Heydər Əliyev kuboku 2025” beynəlxalq turnirinin açılış mərasimi keçirilib FOTO
Icma.az bildirir, Idman.biz portalına istinadən.
Yeniyetmə oğlan və qız boksçular arasında “Heydər Əliyev kuboku-2025” beynəlxalq turnirinin açılış mərasimi keçirilib.
İdman.biz xəbər verir ki, Bakı Boks Mərkəzində təşkil olunan tədbir iştirakçı komandaların paradı ilə başlayıb.
Ardınca çıxış edən Azərbaycan Boks Federasiyasının baş katibi Nağı Səfərov bildirib ki, ölkəmizdə beynəlxalq yarışların keçirilməsi ənənəyə çevrilib. O, “Heydər Əliyev kuboku” turnirinin əhəmiyyətindən söz açıb və iştirakçılara uğurlar arzulayıb.
Dövlət Himni səsləndirildikdən sonra yarış açıq elan olunub.
Qeyd edək ki, yarışda Azərbaycan millisi ilə yanaşı, Özbəkistan, Qazaxıstan, Monteneqro, Rusiya, Belarus, Türkiyə və Gürcüstanın yığmaları mübarizə aparırlar. 216 (185 oğlan, 31 qız) boksçunun qatıldığı turnirdə oğlanların mübarizəsində 14, qızlarda 9 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşəcək. “Heydər Əliyev kuboku-2025″in final görüşləri mayın 21-də olacaq.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 16 May 2025 17:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















