Icma.az
close
up
RU
Avropa Məhkəməsi Ermənistanla bağlı maraqlı qərar qəbul edib

Avropa Məhkəməsi Ermənistanla bağlı maraqlı qərar qəbul edib

Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Avropa İnsan Hüquqları Məhkəməsi Ermənistana qarşı maraqlı qərar qəbul edib.

Gununsesi.info  bildirir ki, buna səbəb Ermənistan Milli Təhlükəsizlik Xidmətinin bir nəfəri özünə agent etmək istəyi olub.

Belə ki, ərizəçiyə Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin (“MTX”) əməkdaşı yaxınlaşaraq ondan həmin xidmətlə əməkdaşlıq etməsini xahiş edib.
Daha sonra onlar bir kafedə görüşüb söhbət aparıblar, ərizəçi aralarında olan danışıqları gizli olaraq yazıb, o, bu əməkdaşlıq təklifindən imtina edib, əməkdaş onun haqqında geniş məlumatlara malik olmalarını, əməkdaşlıqdan imtina edəcəyi barədə onun və yaxınıarının ciddi nəticələrlə üzləşə biləyəyini qeyd edib.

Həmçinin kompromat xarakterli materialların mediaya ötürülməsi, ölkəni tərk etməsinə mane olunması və gələcək karyera imkanlarının məhdudlaşdırılması kimi hədələr səsləndirib.

Səs yazıları sonradan mətbuatda dərc edilib, ərizəçi bu hadisələrdən sonra ölkəni tərk edərək Hollandiyada sığınacaq alıb.
Daha sonra Ərizəçi onun barəsində məlumatların toplanmasının qanunsuz olması ilə bağlı prokurorluğa şikayət edib, şikayət effektiv araşdırılmadığından Avropa Məhkəməsinə şikayət edib.
Avropa Məhkəməsi qeyd edib ki, MTX tərəfindən ərizəçi barəsində şəxsi məlumatların toplanması və saxlanılması, habelə dövlət təhlükəsizlik agenti tərəfindən səsləndirilmiş hədələr ərizəçinin şəxsi həyatına müdaxilə təşkil edir.

Hökumət belə müdaxilənin milli təhlükəsizliyin qorunması məqsədi daşıdığını sübut edə bilməyib, qanunvericiliyə istinad etsə də, həmin normaların nə belə məlumatların toplanmasına, nə də əməkdaşlığa məcburetmə məqsədilə təzyiqə imkan verdiyini göstərə bilməyib. Məhkəmə müdaxilənin “qanunla nəzərdə tutulmuş” olmadığını və legitim məqsəd güdmədiyini qeyd edib.
Həmçinin dövlətin effektiv istintaq aparmaq öhdəliyi də pozulub.
Beləcə Məhkəmə Konvensiyanın 8-ci maddəsinin həm şəxsi həyata müdaxilə, həm də istintaq aparılmaması baxımından pozulduğunu müəyyən edərək, mənəvi zərərə görə ərizəçiyə 5.000 avro kompensasiyanın ödənilməli olmasını müəyyən edib.

Elmar

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 14 Noyabr 2025 21:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see240

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see215

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see210

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see177

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see165

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see160

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see153

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see151

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see147

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see147

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see139

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see138

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see138

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see135

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see135

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see135

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see134

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see129

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri