Icma.az
close
up
RU
Avropa Məhkəməsi Rüfət Səfərovla bağlı qərar verdi

Avropa Məhkəməsi Rüfət Səfərovla bağlı qərar verdi

Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Avropa İnsan Hüquqları Məhkəməsi hüquq müdafiəçisi Rüfət Səfərovun 2016-ci ildə rüşvət ittihamı ilə həbs olunaraq məhkum edilməsinə dair verilmiş şikayət üzrə qərarını qəbul edib.

Gununsesi.info-nun xəbərinə görə, ərizəçi öz şikayətində saxta sübutlar əsasında məhkum edildiyini bildirib.

O qeyd edib ki, cinayət işi saxta sübutlara əsaslanaraq başlanılıb, həmin sübutlara etiraz etmək və öz lehinə sübut təqdim etmək imkanı verilməyib, arqument və müraciətləri isə kifayət qədər əsaslandırılmadan rədd edilib.
Avropa Məhkəməsi Azərbaycana qarşı əvvəllər baxdığı işlərə istinad edərək qeyd edib ki, yerli məhkəmələr ərizəçilərin müdafiə arqumentlərini, o cümlədən təzyiq altında alınmış sübutlara etirazlarını düzgün qiymətləndirmədikdə; şübhəli sübuta əsaslandıqda; və ya sübutların etibarlılığı və qanuniliyi barədə ciddi narahatlıqları, o cümlədən sübutların saxta yerləşdirilməsi və prokurorluq orqanları ilə şahidlər arasında gizli qanunsuz əlaqələri qiymətləndirmədikdə Məhkəmə Konvensiyanın 6-cı maddəsinin pozuntusunu tanıyıb.
Hazırkı işə baxdıqda Məhkəmə qeyd edir ki, yuxarıda göstərilən işlərdə olduğu kimi, ərizəçi rəsmi hadisə təsvirlərinə və ona qarşı əsas sübutların etibarlılığına etiraz etməyə çalışıb. Onun irəli sürdüyü arqumentlər müdafiə taktikasına uyğun idi. Lakin, iddiaların ciddiliyinə baxmayaraq, daxili məhkəmələr bu arqumentləri və onları dəstəkləyən sübutları, eləcə də ərizəçinin müvafiq müraciətlərini düzgün nəzərə almayıb. Xüsusilə, onlar ərizəçinin həbsdən əvvəl və ya həbs zamanı baş verən faktlarla bağlı iddiaları; əsas şahidlərin ərizəçiyə qarşı saxta ifadə verməyə təzyiq altında olub-olmamasını yoxlamayıb.
Məhkəmə hesab edir ki, ərizəçiyə qarşı istifadə olunan sübutların etibarlığının düzgün məhkəmə yoxlaması aparılmadığı üçün onlara verilən qiymət icraatın ədalətliliyi ilə bağlı ciddi suallar doğurur.
Beləcə Məhkəmə nəticəyə gəlir ki, ərizəçinin ona qarşı sübutlara effektiv etiraz etmək, lehinə sübut təqdim etmək və əsaslandırılmış qərar almaq hüququ təmin edilməyib. Bu faktorlar cinayət icraatını bütövlükdə ədalətsiz edib. Nəticədə, Konvensiyanın 6-cı maddəsinin 1 və 3-cü bəndləri pozulub.
Məhkəmə Konvensiyanın 18-ci maddəsi üzrə şikayəti araşdırmağa ehtiyac görmədiyini vurğulayıb.
Məhkəmə mənəvi zərərə görə 4000 avro, məhkəmə xərclərinə görə 1000 avro kompensasiyanın ödənilməsini müəyyən edib.
Qeyd edək ki, R. Səfərovun hüquqlarını Yalçın İmanov, Bəhruz Bayramov və Fariz Namazlı müdafiə edib.

Firuzə Mahmudova

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 17 Fevral 2026 15:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see286

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see275

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see272

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see266

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see266

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see255

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see250

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see249

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see245

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see243

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see230

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see225

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see224

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see224

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see221

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see217

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see213

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see212

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see206

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri