Icma.az
close
up
RU
Avropa müdafiə strategiyasında yeni platforma axtarışı

Avropa müdafiə strategiyasında yeni platforma axtarışı

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Avropa İttifaqı (Aİ) özünün yüngül çoxməqsədli döyüş təyyarəsini inkişaf etdirməyi planlaşdırır. Layihənin ilkin mərhələsi üçün artıq 15 milyon avro maliyyə vəsaiti ayrılıb.

Defense Express hərbi-analitik portalının məlumatına görə, ayrılan vəsait təyyarənin konsepsiyasının hazırlanması və bu istiqamətdə keçiriləcək müsabiqənin maliyyələşdirilməsinə yönəldiləcək. Layihə Avropa Komissiyasının qərarı ilə Avropa Müdafiə Fondu (EDF) proqramı çərçivəsində dəstəklənir.

EDF-nin 2026-cı il İş Proqramında yer alan ayrıca bənddə vurğulanır ki, hazırlanacaq təyyarə mövcud modellərin sadə təkrarı olmamalı, eyni zamanda, əlverişli və çoxfunksiyalı olmalıdır.

Planlaşdırılan yüngül döyüş təyyarəsi yaxın atəş dəstəyi missiyalarını yerinə yetirməli, pilotsuz uçuş aparatlarını ələ keçirməli, kəşfiyyat aparmalı, zərbələrin koordinasiyasını həyata keçirməli və hədəfləmə məlumatlarının ötürülməsini təmin etməlidir.

Eyni zamanda, gələcək çoxməqsədli yüngül təyyarənin (FMLA) aşağı istismar xərcləri, çevik tətbiq imkanları və uyğunlaşma qabiliyyəti ilə seçiləcəyi, eləcə də axtarış-xilasetmə kimi mülki təhlükəsizlik missiyalarına asanlıqla uyğunlaşdırılacağı bildirilir.

Bundan başqa, təyyarənin radar və digər aşkarlama sistemlərinə görünməsini minimuma endirən müasir texnologiya və materiallardan istifadə olunması, eləcə də elektron müharibə vasitələrinə qarşı dayanıqlılıq əsas şərtlər sırasında yer alır.

Layihə çərçivəsində. həmçinin yerli radar sistemləri, adaptiv kamuflyaj texnologiyaları, sərt iqlim şəraitində fəaliyyət və ekoloji uyğunluq tələbləri də irəli sürülüb.

FMLA-nın əsas döyüş rolu aşağı intensivlikli münaqişələr və “açıq münaqişə həddinin altında” aparılan əməliyyatlarla əlaqələndirilir. Təyyarənin müasir döyüş təyyarələrini almaq imkanına malik olmayan ölkələr üçün də səmərəli alternativ olacağı vurğulanır.

Defense Express analitikləri qeyd edirlər ki, təqdim edilən xüsusiyyətlər bir çox cəhətdən Braziliyanın Embraer Super Tucano təyyarəsinin imkanlarını xatırladır. 

Analitiklərin fikrincə, Aİ-nin öz müdafiə sənayesi üçün belə bir təyyarə yaratmaq niyyəti müsbət və strateji əhəmiyyətli addım kimi qiymətləndirilir. Lakin layihənin icra müddəti optimizmi qismən azaldır. Belə ki, yeni təyyarənin istismara verilməsi və ilk çatdırılmalarının 2035–2040-cı illər arasında baş tutacağı proqnozlaşdırılır.

Avropa İttifaqının yüngül çoxməqsədli döyüş təyyarə hazırlamaq qərarı ilk baxışdan texniki layihə kimi görünə bilər. Lakin bu təşəbbüsün arxasında daha dərin geosiyasi narahatlıqlar, müdafiə asılılığı problemi və dəyişən müharibə konsepsiyaları dayanır.

Aİ-nin Avropa Müdafiə Fondu çərçivəsində bu layihənin ilkin mərhələsi üçün cəmi 15 milyon avro ayırması, əslində, böyük ambisiyaların hələ ki, kiçik addımlarla müşayiət olunduğunu göstərir. Sual yaranır: Avropa niyə indi və niyə məhz belə bir təyyarəyə ehtiyac duyur?

Hərbi analitiklərin fikrincə, Ukrayna müharibəsi göstərdi ki, bahalı beşinci nəsil qırıcılar bütün ssenarilər üçün optimal deyil. Aşağı intensivlikli münaqişələr, sərhəd insidentləri, dron hücumları və qeyri-dövlət aktorlarına qarşı əməliyyatlar daha çevik, ucuz və operativ hava platformaları tələb edir.

Aİ-nin planlaşdırdığı FMLA məhz bu boşluğu doldurmalıdır: yaxın atəş dəstəyi, kəşfiyyat, pilotsuz uçuş aparatlarının ələ keçirilməsi və hədəfləmə məlumatlarının ötürülməsi. Bu, bahalı “hava üstünlüyü” doktrinasından daha pragmatik təhlükəsizlik yanaşmasına keçidin göstəricisidir.

Mütəxəssislər əmindirlər ki, bu layihənin arxa planında bir başqa mühüm faktor da dayanır - Aİ ABŞ silahlarından asılılığı azaltmaq istəyir. Son illərdə Avropa ölkələri müdafiə sahəsində əsasən Amerika istehsalı olan platformalara üz tutur. Bu isə həm siyasi, həm də sənaye baxımından Brüsseli narahat edir.

Yüngül döyüş təyyarəsi layihəsi, mahiyyət etibarilə, Avropanın “özünü təmin etmə” cəhdidir. Hədəf təkcə yeni bir təyyarə istehsal etmək deyil, müdafiə sənayesində texnoloji suverenliyi qorumaqdır.

Analitiklərin tez-tez vurğuladığı məqam təsadüfi deyil: təsvir olunan imkanlar Braziliyanın Embraer Super Tucano təyyarəsinin artıq uzun illərdir icra etdiyi funksiyaları xatırladır. Bu isə Avropanın bu seqmentdə gec oyuna daxil olduğunu açıq şəkildə göstərir.

Üstəlik, turboprop mühərrikli təyyarədən həm gizlilik, həm də radar imkanları gözləmək texniki baxımdan ciddi suallar doğurur. Avropa bu layihə ilə bazarda mövcud olan məhsulu sadəcə təkrarlayacaq, yoxsa həqiqətən fərqli və üstün platforma yarada biləcək?

Ən ciddi problem isə vaxt amilidir. Layihənin real istismar mərhələsinin 2035–2040-cı illər üçün nəzərdə tutulması Avropanın təhlükəsizlik çağırışları fonunda olduqca gec tarixdir. Müasir münaqişələr isə indi və burada baş verir.

Bu, Avropa İttifaqının klassik problemlərindən birini bir daha üzə çıxarır: siyasi konsensus var, lakin operativlik zəifdir. Müdafiə sahəsində gecikən qərarlar isə strateji boşluqlar yaradır.

Siyasi müşahidəçilərin sözlərinə görə, Aİ-nin yüngül döyüş təyyarəsi təşəbbüsü texniki baxımdan kiçik, siyasi baxımdan isə simvolik addımdır. Bu layihə Avropanın dəyişən müharibə reallığını nəhayət qəbul etdiyini göstərir. Lakin real dönüş üçün təkcə konsepsiyalar deyil, sürət, maliyyə və siyasi iradə də tələb olunur. Əks halda, Avropa bir daha sübut edəcək ki, təhlükəsizlik məsələlərində düzgün sualları vaxtında verir, amma cavabları həmişə gec tapır.

Səbuhi MƏMMƏDOV

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:221
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 Yanvar 2026 14:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see320

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see311

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see294

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see279

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see228

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see228

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see223

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see218

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see209

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see208

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see204

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see203

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see197

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see196

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see192

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see188

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see180

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see168

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see165

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri