Icma.az
close
up
RU
Zelenskinin Avropa turu: Paris görüşü Ukraynanın müdafiə strategiyasında hansı dönüş nöqtələrinə işarə edir?

Zelenskinin Avropa turu: Paris görüşü Ukraynanın müdafiə strategiyasında hansı dönüş nöqtələrinə işarə edir?

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Paris, 17 noyabr, AZƏRTAC

Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Parisdə gözlənilən görüşlə Avropadakı diplomatik səfərini davam etdirir. Onun Prezident Emmanuel Makronla görüşünün əsas məqsədi Ukraynanın hərbi-hava qüvvələrinin və ümumi müdafiə qabiliyyətinin gücləndirilməsi üzrə yeni razılaşmaların əldə edilməsidir.

AZƏRTAC xəbər verir ki, Zelenski noyabrın 16-da X platformasında Fransa ilə tarixi razılaşmanın əldə olunduğunu bəyan edib. Bu razılaşma Ukraynanın döyüş aviasiyası, hava hücumundan müdafiə sistemləri və digər kritik müdafiə imkanlarının gücləndirilməsini nəzərdə tutur. Oktyabr ayında o, İsveç, Fransa və ABŞ ilə paralel danışıqlar apardığını, məqsədinin 250 yeni qırıcı təyyarədən ibarət gələcək hava donanması yaratmaq olduğunu bildirmişdi.

Fransa tərəfi də görüşün əsas məqsədinin Ukraynanın Rusiya təcavüzünə qarşı müdafiəsini təmin edəcək sistemlərin əldə edilməsini dəstəkləmək olduğunu təsdiqləyib.

Ukrayna Prezidenti Avropanın müxtəlif paytaxtlarına səfər edərək, müharibənin kritik mərhələsində müttəfiqlərindən hərbi, siyasi və maliyyə dəstəyini artırmağa çalışır. Son günlər Rusiya tərəfindən enerji infrastrukturlarına edilən ağır zərbələr ölkənin böyük hissəsini qaranlığa qərq edib və vəziyyəti daha da gərginləşdirib.

Zelenski-Makron görüşü: Müdafiənin gücləndirilməsi və yeni təşəbbüslər

Bu gün Makron və Zelenski Paris yaxınlığında yerləşən Villakuble (Villacoublay) hərbi hava bazasında görüşərək Ukraynanın müdafiə qabiliyyətini daha da artırmağın yollarını müzakirə edəcəklər. Yelisey Sarayı xəbər verib ki, görüşün əsas mövzularından biri dronlara qarşı mübarizə olacaq. Fransa son günlər Kiyevə qarşı həyata keçirilmiş genişmiqyaslı Rusiya hücumlarını ən sərt şəkildə pisləyib.

E.Makronun müşaviri bildirib: “Müharibənin uzanması və atəşkəsin olmaması bizim üzərimizə Ukraynanın müdafiəsinə yönəlik bütün imkanları səfərbər etmək məsuliyyəti qoyur”.

Gün ərzində hər iki ölkənin liderləri Fransa və Böyük Britaniyanın təşəbbüsü ilə təşkil edilmiş “Könüllülər koalisiyası” tərəfindən yaradılan “Ukrayna üzrə çoxtərəfli qüvvələr”in qərargahını da ziyarət edəcəklər. Yeliseyin məlumatına görə, 35 ölkəni əhatə edən bu koalisiya artıq fəaliyyət qabiliyyətinə malikdir və mümkün atəşkəsdən dərhal sonra öz funksiyasına başlaya bilər.

Madrid mərhələsi

Səfərin növbəti dayanacağı Madrid olacaq. Zelenski İspaniyanın Baş naziri Pedro Sançeslə və ölkə parlamentinin nümayəndələri ilə görüşərək, hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi və digər birgə təşəbbüsləri müzakirə edəcək.

Enerji təhlükəsizliyinin gücləndirilməsi

Zelenski Avropa turunun ilk uğurlarından birini Afinada əldə edib. Yunanıstan Ukraynaya ABŞ mənşəli mayeləşdirilmiş təbii qaz (LNG) tədarük edəcək. “Depa” və “Naftoqaz” şirkətləri 2025-ci ilin dekabrından 2026-cı ilin martına qədər Ukrayna bazarına təbii qazın verilməsinə dair niyyət bəyanatı imzalayıblar. Bu razılaşma regional enerji əməkdaşlığının və Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində mühüm addım sayılır.

Zelenski Rusiyanın genişmiqyaslı təcavüzü başlayandan bəri davamlı hərbi, maliyyə və humanitar dəstəyinə görə Yunanıstana təşəkkür edib və enerji sabitliyinə əsaslanan yeni bir gələcəyin mümkünlüyündən məmnunluq ifadə edib.

Moskvanın hücumları və daxili çətinliklər

Oktyabr ayında Rusiya 2022-ci ildən bəri Ukraynanın qaz infrastrukturuna qarşı ən böyük hücumlarını həyata keçirmiş, ölkənin qaz hasilatının 60 faizini sıradan çıxarmışdı. Bu, qış mövsümü öncəsi vəziyyəti daha da çətinləşdirir.

Səfər həm də Kiyevlə Moskva arasındakı sülh danışıqlarının praktiki olaraq dayanmış bir dövründə baş tutur. Rusiya ordusu Ukraynanın şəhər və kəndlərini, xüsusilə enerji infrastrukturlarını intensiv şəkildə bombalamaqda davam edir.

Bundan əlavə, Ukrayna rəhbərliyi enerji sektorunda baş vermiş böyük korrupsiya qalmaqalı ilə üzləşib və artıq iki nazir istefa verib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:40
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Noyabr 2025 12:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see278

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see215

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see205

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see190

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see179

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see166

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see159

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see157

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see154

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see154

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see150

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see148

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see146

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see145

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see144

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see141

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see141

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see138

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri