Avropa ölkələrində təbii qazın sutkalıq idxalı üzrə rekord qeydə alınıb
Milli.az saytına istinadən Icma.az xəbər verir.
Avropa ölkələri 2026-cı ilin yanvar ayının ortalarında havaların soyuması fonunda mayeləşdirilmiş təbii qazın sutkalıq idxalı üzrə rekord müəyyən edib.
Milli.Az bu barədə Gas Infrastructure Europe (GIE) təşkilatına istinadən xəbər verir.
Yanvarın 14-nün yekunlarına əsasən, Avropa terminallarından Aİ-nin qaz nəqli sisteminə yönəldilən MTQ həcmi 486 milyon kubmetr təşkil edib ki, bu da müşahidələr tarixində ən yüksək göstəricidir. Əvvəlki rekord 2025-ci ilin iyun ayında qeydə alınmışdı.
Ümumilikdə, yanvar ayında Avropa regionda temperaturun əhəmiyyətli dərəcədə aşağı düşməsi səbəbindən yeraltı qaz anbarlarından qazın intensiv şəkildə çıxarılmasını davam etdirir.
Avropanın yeraltı qaz anbarlarından qazın əvvəlki çıxarılma mövsümü 2025-ci il martın 28-də başa çatmışdı və həmin vaxt anbarlarda ehtiyatların 33,57 faizi qalırdı. Hazırda isə Avropanın YQA-ları 51,87 faiz doludur ki, bu da son beş ilin orta göstəricisindən 15,34 faiz azdır. Bu göstərici bir il əvvəl 64,2 faiz təşkil edirdi.
Oktyabrın 13-də başlayan istilik mövsümündən bu günə qədər Aİ ölkələri anbarlardan təxminən 39 milyard kubmetr qaz çıxarıb. Xalis çıxarılma həcmi (çıxarılmanın həcmi vurulmadan çox olduğu vəziyyət) 34 milyard kubmetrə çatıb. Bununla yanaşı, YQA-ların maksimum doluluq səviyyəsinə çatmasından sonra 94-cü gündə ümumi qaz çıxarılması son beş ilin orta göstəricisindən 7 faiz aşağı qalır.
Hazırda Avropanın yeraltı qaz anbarlarında olan ümumi yanacaq həcmi cəmi 57,3 milyard kubmetr təşkil edir.
Ayxan
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 16 Yanvar 2026 11:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















